Tikilən binaların istismar müddəti azı 100 il olacaq

Tikilən binaların istismar müddəti azı 100 il olacaqDövlət Şəhərsalma və Arxitektura Komitəsinin Kollegiyası "Yüksək binalar və komplekslər. Layihələndirmə normaları"nı təsdiqləyib.

Biznes.az xəbər verir ki, Kollegiyanın sədri Anar Quliyev yeni imzaladığı qərara görə, binaların layihələndirilməsi layihə tapşırığı üzrə yerinə yetirilməlidir. Belə ki, layihələndirilən yüksək binalar yüksək məsuliyyət səviyyəsinə aiddir və konstruksiyalarının hesablama istismar müddəti 100 ildən az olmayaraq qəbul edilməlidir.

Yüksək binalar üçün məsuliyyətlilik üzrə etibarlılıq əmsalının (Ɣn) qiyməti xüsusi texniki şərtlərlə təyin olunur və aşağıdakı qiymətlərdən kiçik qəbul edilmir:

- binanın hündürlüyü 100 m-dək olduqda – 1,1;

- binanın hündürlüyü 100 - 150 m-dək olduqda – 1,15;

- binanın hündürlüyü 150 - 200 m-dək olduqda – 1,2.

Bununla yanaşı yüksək binaların və komplekslərin yanğından mühafizə layihələrində avtomatlaşdırılmış yanğınsöndürmə və yanğın xəbərdaredici sistemləri (siqnalizasiyası) nəzərdə tutulmalıdır.
Bitişik ərazilərdə binaların sayından, təyinatından və həcmi-planlaşdırma həllərindən asılı olmayaraq aşağıdakı abadlıq elementləri nəzərdə tutulmalıdır:

- baş yollara giriş və çıxışlar;

- avtomobil duracaqları;

- istirahət zonaları;

- yaşıllıq zonaları;

- xüsusi avtomobil nəqliyyatı ilə tullantıların yığılması üçün tutumların yerləşdirilməsi.

Tikinti ərazisi 9 ha-dan çox olan bina kompleksinin ətrafı boyu dairəvi yol layihələndirilməlidir. Binalarla yol arasında məsafə 25 m-dən çox olmamalıdır.(report)

Xəbərlər     Tarix: 01 oktyabr 2025

Oxşar xəbərlər

Qaz ödənişləri ilə bağlı YENİLİK

İstifadə olunan təbii qazın ödənişi ilə bağlı yeni qayda tətbiq ediləcək. xəbər verir ki, abonentlər qaz sərfiyyatının dəyərini artıq POS-terminallar vasitəsilə də ödəyə biləcəklər. Beləliklə, istifadə edilmiş qazın haqq

Bəzi hallarda saytlara giriş MƏHDUDLAŞDIRILACAQ - Qanun DƏYİŞDİ

Azərbaycanda bəzi informasiyaların yerləşdirilməsinə görə saytlara məhdudlaşdırma tətbiq ediləcək. xəbər verir ki, Prezident İlham Əliyev bununla bağlı Cinayət, Cinayət-Prosessual Məcəllələrinə və "İnformasiya, informasiyalaşdırm

Məktəblərdə davamiyyətə nəzarətlə bağlı süni intellektdən istifadə ediləcək

Təhsil sistemində səmərəliliyin artırılması məqsədilə süni intellektin tətbiqi xidmətlərinin satın alınması ilə bağlı açıq tender elan edilib. xəbər verir ki, Elm və Təhsil Nazirliyi yanında Təhsil Sisteminin İnformasiyalaşdırılmas

Bu şəxslərin pensiyası ARTIRILDI

1300-dən çox işləyən pensiyaçının pensiyası 6 il işlədikdən sonra proaktiv qaydada yenidən hesablanaraq artırılıb. xəbər verir ki, bu barədə Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi məlumat yayıb. Bildirilib ki, yaşa gör

Pensiyaların ödəniləcəyi TARİX AÇIQLANDI

Avqustun 14-də Bakı və Sumqayıt şəhərlərində, həmçinin Abşeron rayonunda bu ay üzrə pensiya ödənişlərinin həyata keçirilməsi planlaşdırılır. -ın məlumatına görə, bu barədə Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyind

Yaponiya 21,3 trilyon yenlik iqtisadi stimullaşdırma paketini təsdiqləyib

Yaponiyada Baş nazir Sanae Takaiçinin rəhbərlik etdiyi kabinet 21,3 trilyon yenlik iqtisadi stimullaşdırma paketini təsdiqləyib. xəbər verir ki, bu, genişlənən maliyyə siyasəti həyata keçirəcəyinə söz verən yeni liderin il

Almaniyanın avtomobil sektorunda məşğulluq ən aşağı səviyyəyə düşüb

Almaniyanın avtomobil sektorunda məşğulluq sentyabr ayında 721.400 nəfərə düşüb. xəbər verir ki, bu barədə Almaniya Federal Statistika İdarəsi bildirib. Bu 2011-ci ilin ortalarından bəri ən aşağı səviyyədir. Hissə istehsalçıların

Azərbaycan qızıl istehsalını yüksəldib

Azərbaycan 2025-ci ilin ilk 10 ayında qızıl istehsalı həcmini 2 593 kiloqrama yüksəldib. xəbər verir ki, bunu Dövlət Statistika Komitəsinə istinadən xəbər verir. İstehsal edilmiş qızıl öncəki ili 20 faiz üstələyib. Qeyd edə

Taleh Kazımov: Kredit faizləri istədiyimiz qədər azalmır - SƏBƏBİ AÇIQLANDI

Azərbaycanda kredit faizlərinin Mərkəzi Bankın arzuladığı səviyyədə aşağı düşməməsinin əsas səbəblərindən biri bank sektorunda rəqabətin zəif olmasıdır. xəbər verir ki, bunu Azərbaycan Mərkəzi Bankının sədri Taleh Kazımo


iqtisadi xeberler bitcoin dollar manat kursu valyuta mezennesi biznes ideyalari