"TikTok" foto ilə axtarış funksiyasını təqdim edib
"TikTok" sosial media bazarında lider mövqeyi ilə "Google"un axtarış sistemi məkanında üstünlüyünə meydan oxumağı hədəfləyir. Şirkət məhsulların fotoşəkillə axtarışı funksiyasını sınaqdan keçirir. Bu seçim ABŞ və Cənub-Şərqi Asiyadakı bütün istifadəçilər üçün əlçatandır.
Tutaq ki, restoranda yeməyin verildiyi boşqab xoşunuza gəldi. "TikTok Shop"da oxşar məhsulları tapmaq üçün "TikTok" tətbiqini aça və onun şəklini çəkə bilərsiniz. Daha aşağı qiymətə oxşar bir şey tapmaq üçün şəkli saxlaya və sonra onu tətbiqə yükləyə bilərsiniz.
Bu yenilik vasitəsilə şirkət təkcə "Google" və ya "Amazon" ilə deyil, həm də "Klarna" kimi axtarış alətləri təklif edən digər şirkətlərlə rəqabət aparmaq istəyir.
Şirkət ABŞ-də potensial qadağaya baxmayaraq, e-ticarət fəaliyyətini genişləndirir. Aprel ayında prezident Bayden "TikTok"u qadağan edən qanun layihəsini imzalayıb. / banker.az

"Bitcoin" yenidən 81 min dolları ötüb - SON QİYMƏT
AMB: Kommersiya banklarını birləşməyə məcbur etmirik
Vergi borcu yaranan keytrinq şirkəti – MÜFLİS OLDU
Milyonlar qazandıran qəribə biznes ideyaları
İşəgötürənlərin müsahibə zamanı ən çox verdiyi suallar
Dünyanın ən varlı 10 adamı
Biznes qurmaq üçün nə lazımdır?
CV hazırlayarkən buraxılan 5 səhv