Toksik məhsuldarlıq tələsi: niyə hər anı fayda ilə keçirməyə meyilliyik?

Toksik məhsuldarlıq tələsi: niyə hər anı fayda ilə keçirməyə meyilliyik?Bir çoxumuz başa düşürük ki, iş və şəxsi həyat arasında tarazlıq olmadan nə peşəkar fəaliyyətdən, nə də asudə vaxtdan tam fayda əldə etmək mümkün deyil. İndiyə kimi səlahiyyətlərimizi ötürməyi, vacib bir şeyi əldən vermək qorxusuna məhəl qoymamağı (FOMO), boş vaxtımızda marafonlara hazırlaşmağı və ya seriallara baxmağı öyrəndik. Bəs nəyə görə yenidən toksik məhsuldarlıqdan danışmağa başladıq, və niyə toksik məhsuldarlıq işqolikliyin daha incə versiyasıdır?
"Siz həqiqətən istirahət edə bilərsiniz, lakin yalnız bədəniniz bundan zövq alacaq. Bəs beyniniz? Demək olar ki, heç vaxt. Belə ki, istirahət edərkən tətildən sonra nə edəcəyiniz haqqında düşünəcəksiniz. Bəs hissləriniz? Onlar da dəyişməyəcək, çünki kiminsə öz məqsədlərinə çatmaq üçün çalışdığını düşünərək yüksək narahatlıq keçirməyə davam edəcəksiniz", — toksik məhsuldarlığı təsnif edən mühasib Andre Nahra İhsanti yazır.
Bugünkü tendensiya boş vaxtın məhsuldar keçməli olduğu fikrini təşviq edir: istər hobbi, istər özünü inkişaf etdirmə, istərsə də yeni layihələr. Bir neçə il əvvəl İlon Mask ənənəvi işgüzarlıq ideyasını səsləndirərək, "X" sosial şəbəkəsində (keçmiş "Twitter") "heç kim həftədə 40 saat işləməklə dünyanı dəyişməyib" demişdisə, deyəsən, 2025-ci ildə konsepsiya dəyişib.
Bu gün getdikcə daha çox insan hədəflərə çatmaq üçün istirahətin günahkarlıq və narahatlıq hisslərinə səbəb ola biləcəyi ilə qarşılaşır. Toksik məhsuldarlığın arxasında duran ideya ondan ibarətdir ki, vaxtınızın hər dəqiqəsi faydalı bir işə sərf edilməlidir. Dərhal nəticə verməyən və ya müəyyən bir məqsədə çatmağa kömək etməyən bütün növ istirahət vaxt itkisi kimi qəbul edilməyə başlayır.
Ehtiyatlı olun — bu, zəhərli məhsuldarlığın necə işlədiyinin bariz nümunəsidir. Hər bir hərəkət "mən bu vaxtdan mümkün qədər səmərəli istifadə etməliyəm" prizmasından qəbul edilir. Nəticədə, hər dəqiqənin "faydalı" bir şeylə dolması fikri bizi asanlıqla fasilə edə bilməyən insanlara çevirir.
Vəziyyət daha da çətinləşir
2024-cü ilin sonunda "Harvard Business Review" jurnalında dərc edilmiş araşdırma təsdiq edir ki, dünyada bir çox insanlar öz peşə və şəxsi həyatları arasında tarazlığı saxlamaqda çətinlik çəkir. "Atlassian" araşdırması müəyyən edib ki, respondentlərin 78%-i daimi iş görüşmələri səbəbindən özünü yüklənmiş hiss edir, 67%-i isə normadan artıq işləməyə məcburdur.
"Mercer"in 2024-ci il qlobal istedad trendləri hesabatı (buraya 12 000-dən çox respondent daxildir) göstərir ki, işçilərin 82%-i tükənmə riski altındadır. Sorğuda iştirak edən işçilərin 40%-i isə tükənmənin uğurun ayrılmaz hissəsi olduğuna inanır.
Paradoksal olsa da, bütün bunlar məhsuldarlıq uğrunda yarış kontekstində baş verir. Bu iş tərzinin tükənməyə gətirib çıxardığını başa düşsək də, geriləmək qorxusu və istirahətdən imtina gündəlik həyatın bir hissəsinə çevrilir.
Toksik məhsuldarlığı qidalandıran nədir?
19-cu əsrdə ABŞ-də Sakramento yaxınlığında böyük yataqların aşkarlanması ilə əlaqədar qızıl tələsikliyi yaşandı. Bəzi tədqiqatçılar bu fenomenin Qərbdə "zəhərli məhsuldarlıq mədəniyyəti" üçün başlanğıc nöqtəsi olduğuna inanırlar. İnsanlar yatmadan, istirahət etmədən "xəzinə axtarırdılar".
"Əzmli iş işgüzarlıqdan fərqlənir. Belə ki, məşğul olan işçilər işlərindən sevinc və məmnunluq duyurlar. İşqolikin şəxsiyyəti isə tamamilə işə bağlıdır", — "The Verge" yazır. Bu tendensiya get-gedə dəyişir — müasir işçilər zəhmətin fəzilətlə, istirahətin isə tənbəlliklə əlaqəli olduğunu düşünürlər.
Digər tərəfdən, hər dəqiqəsi dolu olan qrafikin mənfi cəhəti nədir ki? Mütəxəssislərə görə, sağlam məhsuldarlığın bu kimi meyarları var: real hədəflər, "work-life" balansı, fasilələr, boş vaxtdan zövq almaq və keyfiyyəti kəmiyyətdən yüksək qiymətləndirmək bacarığı.
ABŞ-nin Nyu-York şəhərində işçilər arasında maraqlı bir tədqiqat keçirilmişdi. Nəticələr göstərdi ki, respondentlərin 55%-i işə çox vaxt sərf etməyin məqbul olduğuna inanır. Onlar tapşırıqları iş yerlərindən və iş saatlarından kənar yerinə yetirməyə meyillidirlər. Bu məsələdə işəgötürənin təzyiqi böyük rol oynayır — dünyanın bir çox şirkətləri hələ də əlavə iş saatlarını təşviq edir.
Aktiv fəaliyyətlərə vaxt sərf etməkdə pis heç nə yoxdur, lakin toksik məhsuldarlığın əsas tələsi strateji planlaşdırmanın olmamasıdır. Öz düşüncələri və emosiyaları ilə üzləşməkdən qorxan insanlar bəzən vaxtlarını sonsuz fəaliyyətlərlə doldurmağı seçirlər. Bunun fonunda onlar həqiqətən vacib olanını əldən verirlər.
Məsələn, insanlar ailəsinə vaxt ayırmamaq üçün bütün vaxtlarını işə sərf edirlər. İş adi və xoş bir əyləncəyə çevrilir, ailə ilə tətil keçirmək isə çətin bir sınaq kimi qəbul edilir. Beləliklə, istirahət iş planının bir hissəsi olur. İnsan məzuniyyətdə özünü inkişaf etdirmək üçün peşəsinə dair kitablar oxuyur, mühazirələrə qulaq asır və bütün bunlar prosesdən zövq almaq üçün deyil, vaxtını faydalı keçirmək üçündür.
"Zəhərli məhsuldarlıq" bizi gündəlik mənasız və düşünülməmiş hərəkətlərdən aldığımız sevincdən məhrum etməklə yanaşı, faydalı işlər görməyə vadar edir. Klinik psixoloq Ketrin Esquer deyir ki, "toksik məhsuldarlıq digər problemlər haqqında düşünməmək və əlavə dopamin əldə etmək üçün bir vasitədir". Eyni zamanda, zəhərli məhsuldarlıqdan xilas olmaq olduqca çətindir, çünki o, müxtəlif yollarla qidalanır.
Gənclər arasında toksik məhsuldarlıq
Bir yaş qrupu daxilində işə münasibət çox vaxt oxşar olur və yalnız nəsildən asılı olaraq dəyişir. Məsələn, "baby-boomer"lər düşünürlər: "mən işləmək üçün yaşayıram". Onlardan fərqli olaraq "Z" nəslin nümayəndələri "mən yaşamaq üçün işləyirəm" ideyasından çıxış edirlər. Bunların iksindən fərqli olaraq, "Y" nəsli ağır işə hazırdır, lakin prosesin özündən zövq almaq onlar üçün çox vacibdir.
Tədqiqatlar göstərir ki, "Z" nəslin işçilərinin 98%-i tükənmə ilə üzləşir. Yəni karyera yoluna qədəm qoyan yeni nəslin nümayəndələrinin demək olar ki, hamısı aşırı yükləndiyini hiss edir. Bəs valideynlərinin topladığı kapital olduğu halda gənclər niyə bu qədər çox işləməlidirlər? Başa düşmək vacibdir ki, "Z" nəslin nümayəndələrinin 90%-i inkişaf etməkdə olan iqtisadiyyatlı ölkələrdə yaşayır. Və onlar bütün potensialını pul qazanmağa yönəltməlidirlər.
Zəhərli məhsuldarlıq — "Z" nəslin əsas problemidir. Boş vaxtlarında belə onlar düşünürlər: "elektron məktublara cavab vermək, yoxsa çamaşırları qatlamaq vacibdir?". Onlar hesab edirlər ki, tendensiyaları izləməsələr, karyera sahəsində gecikə bilərlər.
Sosial şəbəkələr — toksik məhsuldarlığın əsas ambasadorudur. İstifadəçilər özlərindən əl çəkə bilmirlər, çünki bu halda başqalarından geri qala bilərlər. Orada inflüens və bloggerlər gündəlik cədvəllərini, görüləcək işlər siyahılarını, o cümlədən məhsuldarlığın meyarı kimi qəbul edilən digər kontenti bölüşürlər. Öz növbəsində, bunu izləyən insanlar istirahət etmək istədiklərinə görə özlərini günahkar hiss edirlər.
Lakin unutmamalıyıq ki, sosial şəbəkələr real həyatın redaktə edilmiş versiyasıdır. Bunu aşkara çıxarmaq üçün özünüzə sual verin: bir şəkil yerləşdirməzdən əvvəl neçə dənə selfi çəkmisiniz? Onlardan ən yaxşısını paylaşmısınız, elə deyilmi?
Özünüzü sosial şəbəkələrin neqativ təsirindən qorumaq üçün iki şey etməlisiniz. Birincisi, virtual dünyadan çıxmaq üçün zəngli saat qurun. İkincisi, sizə yalnız pozitiv emosiyalar bəxş edən insanları izləyin.
Bədən özü istirahət üçün vaxt seçəcək – istəsəniz də, istəməsəniz də
Zəhərli məhsuldarlığa uysanız, mütləq ki, bunun hesabı ilə qarşılaşacaqsınız. "Yerks-Dodson qanunu" işçinin fəaliyyəti ilə onun stress səviyyəsi arasındakı əlaqəni belə izah edir: insanın məhsuldarlığının maksimuma çatdığı optimal stres səviyyəsi var. Stres səviyyəsi çox aşağı olduqda, insan kifayət qədər motivasiyalı və diqqətli olmur. Və əksinə, çox yüksək olduqda, aşırı yüklənmə, narahatlıq və məhsuldarlığın azalması kimi problemlər ortaya çıxır.
"The Art of Being Well" podkastının aparıcısı doktor Uill Kol xəbərdarlıq edir ki, istirahət etməsəniz, bədən özü istirahət üçün vaxt seçəcək – istəsəniz də, istəməsəniz də. Uğurlu, məhsuldar və peşəkar olmağın heç bir pis tərəfi yoxdur, ancaq sağlamlığınız bahasına deyil.
Yazıçı və çap biznesinin mütəxəssisi Brin Donovan hesab edir ki, "müvəffəqiyyətli olmaq üçün daha çox çalışmaq lazımdır" yerinə, "həyatdan zövq alsam, daha çox uğur qazanaram" düşüncəsini qəbul etməliyik.
"Mən fiziki və əqli sağlamlığımı qurban verməyə hazır idim və elə düşünürdüm ki, onunla sonra məşğul ola bilərəm", – deyə kaliforniyalı investor Ted Reinqold yazır.  Diaqnozu öyrəndikdən sonra o, diqqətini ailəsinə və xərçənglə mübarizəyə yönəltməyə başlayıb. Təəssüf ki, Silikon Vadisinin investoru xəstəliyə qalib gələ bilməyib. "Yaşadığım üçün çox xoşbəxtəm. Artıq "to-do list"im yoxdur. Həyatın özü elə "to-do list"dir", – sahibkarın söz sözləri olur.
Zəhərli məhsuldarlığın qarşısını necə almaq olar?
Zəhərli məhsuldarlığın zərərli təsirlərindən qaçmağınıza kömək edəcək bəzi məsləhətlər:
Qadcetlərdən imtina: Gün ərzində qadcetsiz vaxt keçirməyə çalışın. Bu, meditasiya, musiqi və ya sadəcə qısa bir fasilə ola bilər. Belə anlar sizə istirahət etdiyiniz üçün məhsuldar olmadığınıza görə özünü günahkar hiss etməməyə kömək edəcək.
Şəxsi sərhədlərinizi qoruyun: Rifahınızı artıracaq qaydalar yaradın — Yemək yeyərkən telefondan istifadə etməmək; — Gərgin iş zamanı hər iki saatdan bir fasilə vermək; — Sevdiklərinizlə ünsiyyət qurmaq üçün vaxt ayırmaq; — Gündə ən azı altı saat yatmaq; — Dincəlməyə və istirahətə kömək edəcək əyləncə üçün vaxt tapmaq.
Sosial şəbəkələrin təsirini azaldın: Sosial mediadakı aşırı məhsuldarlıq mədəniyyətinin təsiri altına düşməməyə çalışın. Postlara baxmaq sizə özünüzü günahkar hiss etdirirsə, fasilə vermək faydalı ola bilər.
Özünüzə qarşı səbirli olun: Siz dərk etməlisiniz ki, məhsuldarlığınız həmişə pik səviyyədə olmaya bilər. Bəzən dayanmaq və situasiyanı boş buraxmaq lazımdır. Çünki müəyyən anlarda edə biləcəyimiz ən məhsuldar şey heç nə etməməkdir.
Özünüzü analiz edin: Nəyi və niyə etdiyinizi başa düşmək üçün hər səhər və ya həftə özünüzə suallar verməyə çalışın. Unutmayın ki, "məhsuldarlıq çarxı"na düşən insanların əksəriyyəti bunu avtopilot rejimində edir. Avtopilot — böyük bir problemdir, çünki bu halda özümüzü dərk etmirik, müntəzəm olaraq yoxlamırıq. / banker.az

Maraqlı     Tarix: 07 fevral 2025

Oxşar xəbərlər

Ruçir Şarma: 2026-cı il üçün 10 əsas trend

Keçən il demək olar ki, hamı eyni fikirdə idi: investisiya qoymağa dəyər yeganə ölkə ABŞ-dır. Amma il elə yekunlaşdı ki, rəqib bazarlar Amerikadan xeyli yaxşı nəticə göstərdi, iki dəfə artıq gəlir gətirdi və ABŞ-ı nisbətə

2025-ci ildə hansı iqtisadiyyat daha yaxşı nəticə göstərib?

"The Economist jurnalının illik reytinqi. Daha pis ola bilərdi. Aprel ayında prezident Donald Tramp ticarət müharibəsinə başlayanda, investorlar və bir çox iqtisadçılar dərin qlobal geriləmədən qorxurdular. Nəticəd

Araşdırma göstərir: ChatGPT daha sürətli öyrənməyə kömək edə bilər — lakin bir "amma" var

Yeni araşdırmaya görə, süni intellekt çat-botları "kognitiv qoltuq ağacı" rolunu oynayaraq məlumatın yadda qalmasını zəiflədə bilər. Tədqiqat Rio-de-Janeyro Federal Universitetinin süni intellekt üzrə eksperti Andr

Kvant sıçrayışı: həyatların xilası, yoxsa kibertəhlükəsizlik üçün təhlükə?

Merilend ştatında yerləşən laboratoriyada hazırlanan kvant kompüteri həm xərçəngin müalicəsində inqilabi dönüş yarada, həm də parolların sındırılması üçün güclü alətə çevrilə bilər. Demokrat qubernator Ues Mur kvant hesablamaların

Roma valyuta imperiyasının tənəzzülü və süqutu

Qədim sikkələrin taleyi dolların hökmranlığı ilə bağlı xoşagəlməz dərslər verir. 1847-ci ildə Hindistanın müasir Kerala ştatında yerləşən Kottayam şəhəri yaxınlığında yaşayan bir neçə kasıb fəhlə qızıl sikkələrdən ibarə

Bağlı qapıların açılması zamanı qapıya zərər dəyirmi?

Bağlı qapı problemi gündəlik həyatda hər kəsin qarşılaşa biləcəyi vəziyyətlərdən biridir. Qapının açılmaması insanlarda ilk olaraq qapıya zərər dəyib-dəyməyəcəyi ilə bağlı narahatlıq yaradır. Xüsusilə ev və ofis qapılarınd

İnteqrasiyanın gücü: niyə yaradıcı insanlar tək bir yol seçməkdə çətinlik çəkirlər

Bir çox insan sanki həyatda aydın və tək bir trayektoriya ilə irəliləyir. Onların bir peşəsi olur və bu peşə çox vaxt şəxsiyyətlərinin mühüm hissəsinə çevrilir. Amma bir çoxumuz üçün vəziyyət belə deyil. Bizi tez-tez müxtəli

Milyardlıq subsidiyalar və dəniz məhsulları üzərində dayanan Qrenlandiya iqtisadiyyatı

Nuuk, Qrenlandiya. Əgər prezident Tramp Qrenlandiyanı alsaydı, o, iqtisadiyyatı demək olar ki, böyüməyən, tamamilə dövlət subsidiyalarından – ildə bir milyard dollardan çox vəsaitdən – asılı olan, əsasən isə krevet satışında

Səhv nəticəsində ortaya çıxmış 10 dahiyanə ixtira

Qarğıdalı lopalarından tutmuş kardiostimulyatora qədər ən sevilən və faydalı məhsullardan bəziləri təsadüfi səhvlər nəticəsində yaranıb. Səhvlər ABŞ-ın sanki genetik koduna yazılıb: Xristofor Kolumb Avropadan Asiyaya qər


iqtisadi xeberler 1000 manatla biznes bank faizleri bitkoin qiymeti avtomobil xeberleri