Tramp administrasiyası Tayvana təzyiq edir
Tramp administrasiyası, çip istehsalını daha çox ABŞ-a yönləndirməsi üçün Tayvana təzyiq göstərir.
Biznes.az xəbər verir ki, Amerikanın texnologiya təchizat zəncirini təmin altına almaq və inkişaf etmiş yarımkeçiricilər sahəsində Asiyadan asılılığını azaltmaq məqsədilə ABŞ Ticarət naziri Hovard Lutnick, istehsalın iki ölkə arasında bərabər bölüşdürülməsini nəzərdə tutan plan barədə Taypey ilə danışıqlar aparıldığını açıqlayıb. Bu plan, Amerikanın çip tələbinin yarısının yerli istehsalla qarşılanmasını nəzərdə tutan "50-50" modelidir.
"Tayvan dünyadakı inkişaf etmiş çiplərin 90 faizindən çoxunu istehsal edir. Bu, bir problemdir. Biz öz çiplərimizi istehsal etməliyik. Mənim Tayvana təklifim bu idi: gəlin 50-50-yə çataq.",-deyə Lutnick bildirib.
Onun hədəfi ABŞ-ın Prezident Donald Trampın mövcud müddətinin sonuna qədər 40 faiz yerli istehsal göstəricisinə nail olmasıdır. Bunun üçün ABŞ mərkəzli 500 milyard dollardan çox sərmayə tələb olunacağını bildirib.
Tayvanın çip sahəsində üstünlüyü əsasən TSMC tərəfindən idarə olunur və uzun müddətdir Çinin hərbi aqressiyasını çəkindirən strateji bir aktiv, yəni "Silikon Qalxan" kimi görülür. Lakin Lutnick istehsalın iki müttəfiq arasında daha balanslı olması halında Tayvanın əslində daha təhlükəsiz olacağını iddia edib.

"Bitcoin" yenidən 81 min dolları ötüb - SON QİYMƏT
ING AMB-nin uçot dərəcəsinin 6,5% səviyyəsində saxlanılacağını gözləyir
Bill Qeyts kimdir?
Birbank xidmətinə necə qoşulmaq olar?
Ən çox soruşulan müsahibə sualları hansılardır?
Biznes plan necə yazılır?
Dünyanın ən varlı 10 adamı