Tramp TikTok ilə bağlı sərəncam imzalayıb

Tramp TikTok ilə bağlı sərəncam imzalayıbTramp TikTok-un ABŞ-dakı əməliyyatlarının satışına yol açan sərəncam imzalayıb.

Biznes.az xəbər verir ki, ABŞ prezidenti Donald Tramp Çində yerləşən sosial media platforması TikTok-un ölkədəki əməliyyatlarının ABŞ investorlarına satışına yol açan sərəncamı imzalayıb.
Tramp Çin prezidenti Si Cinpinlə baş tutan görüşü xatırladaraq, "Ona böyük hörmətim var. Ümid edirəm ki, o da mənə böyük hörmət bəsləyir. TikTok və digər mövzularda danışdıq və o, bizə xeyir-dua verdi" deyib.

Tramp Oval Ofisdə TikTok-un təhlükəsizlik tələblərinə cavab verərək ölkədə fəaliyyətini davam etdirməsinə imkan verəcək fərmanı imzalayarkən bu fikirləri səsləndirib.

Tramp "ABŞ-ı sevən" dörd və ya beş investorun, o cümlədən Dell Technologies-in baş direktoru Maykl Dell, Fox-un icraçı direktoru Rupert Merdok və Oracle-ın qurucusu Larri Ellisonun bu işə cəlb edildiyini qeyd edib və Oracle-ın təhlükəsizlikdə böyük rol oynayacağını bildirib.

ABŞ-ın vitse-prezidenti J.D.Vens də Çinin müəyyən müqavimətinə baxmayaraq, TikTok-un ölkədə fəaliyyətini davam etdirməsini istədiklərini bildirib.
Qanunun tələb etdiyi şəkildə amerikalıların məlumat məxfiliyini qorumağı hədəflədiklərini vurğulayaraq, "Bu razılaşma amerikalıların TikTok-dan keçmişdən daha etibarlı istifadə edə biləcəkləri deməkdir. Onların məlumatları təhlükəsiz olacaq və vətəndaşlarımıza qarşı təbliğat silahı olaraq istifadə edilməyəcək",- vurğulayıb.

Xəbərlər     Tarix: 26 sentyabr 2025

Oxşar xəbərlər

Dövlət qulluqçuları və hərbçilərin pensiya hesablanması dəyişir

Milli Məclis dövlət qulluqçularının, Müdafiə Nazirliyi sistemində xidmət edən hərbi qulluqçuların, səlahiyyət müddətinə görə pensiya alan şəxslərin pensiya təyinatı mexanizmlərinin təkmilləşdirilməsi və vahid sığorta prinsip

Bu şəxslərin pensiyası ARTIRILDI

1300-dən çox işləyən pensiyaçının pensiyası 6 il işlədikdən sonra proaktiv qaydada yenidən hesablanaraq artırılıb. xəbər verir ki, bu barədə Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi məlumat yayıb. Bildirilib ki, yaşa gör

Bu şəxslər işdən çıxarıla bilməyəcək -Yeni təminatlar

Dövlət Qulluğu Məcəlləsinin layihəsində ştatların ixtisarı zamanı bir sıra sosial həssas kateqoriyalara əlavə təminat nəzərdə tutulur. xəbər verir ki, layihəyə əsasən, dövlət qulluqçularının sayı və ya ştatları azaldıldıqd

Bu şəxslər 20 il gəlir vergisi ödəməyəcəklər

Yüksək ixtisaslı miqrantlar 20 il gəlir vergisi verməyəcək. Bu, Milli Məclisin bu gün keçirilən iclasında müzakirəyə çıxarılan Vergi Məcəlləsinə təklif edilən dəyişiklikdə əksini tapıb. Layihəyə əsasən, Miqrasiya Məcəlləsind

Prezident: Gələn il minimum əməkhaqqı, pensiyalar, sosial müavinətlər qaldırılacaq

Artıq göstəriş verildi, gələn il minimum əməkhaqqı qaldırılacaq, pensiyalar qaldırılacaq, sosial müavinətlər qaldırılacaq. xəbər verir ki, bu barədə Prezident İlham Əliyev Yeni Azərbaycan Partiyasının (YAP) VII Qurultayınd

Bu şəxslərin pensiyası yenidən artacaq

"2026-cı ildə pensiyaların əlavə olaraq artırılması pensiya yaşına çatdıqdan sonra əmək fəaliyyətini davam etdirən və bu il iş stajının altı ili tamam olan vətəndaşlara şamil ediləcək". Bunu Milli Məclisin İqtisad

Maaşlardan yığılan vergi 21% artıb

Azərbaycanda 2026-cı ilin yanvar-iyul aylarında fiziki şəxslərin gəlir vergisi üzrə dövlət büdcəsinə 1 milyard 412,6 milyon manat vəsait daxil olub. Ötən ilin eyni dövründə bu göstərici 1 milyard 168,4 milyon manat təşki

Paytaxtda mənzillərin qiyməti artır? - VİDEO

Daşınmaz əmlak bazarında qiymət artımı davam edir. -ın "Xəzər" TV-yə istinadən yaydığı məlumata görə, əmlak məsələləri üzrə ekspert Elnur Fərzəliyev bildirib ki, bahalaşma xüsusilə sahəsi kiçik olan mənzillərd

Bu tarixlərdə ardıcıl olaraq 4 gün İŞ OLMAYACAQ

Azərbaycanda noyabr ayında ardıcıl 4 gün qeyri-iş günü olacaq. xəbər verir ki, 8 Noyabr Zəfər Günü, 9 Noyabr isə Dövlət Bayrağı Günüdür. Əmək Məcəlləsinə və Nazirlər Kabinetinin müvafiq qərarlarına əsasən, 8 Noyabr baza


iqtisadi xeberler biznes krediti leobank kart bitkoin kripto