Trampın qələbəsindən sonra dəyərini itirən qızıl ucuzlaşmağa davam edəcəkmi?

Trampın qələbəsindən sonra dəyərini itirən qızıl ucuzlaşmağa davam edəcəkmi?Qlobal birjalarda qızıl ABŞ dollarının bahalaşamsı səbəbindən ucuzlaşıb. Ötən həftə ABŞ-da keçirilən prezident seçkilərində Donald Trampın qələbəsi və Respublikaçılar Partiyasının Konqresə nəzarəti ələ keçirməsi ehtimalı qızıl bazarında "təhlükəsiz sığınacaq" tələbini azaldıb. Bu, 2021-ci ildən bəri ən böyük gündəlik enişlərdən birinə səbəb olub.
Marja.az xəbər verir ki, bu gün Nyu-York əmtəə birjasının Comex bölməsində qızıl daha 1 faizə yaxın ucuzlaşaraq bir unsiya üçün 2551 dollar olub (Bakı vaxtı ilə saat 13:20-yə olan məlumat). Qiymətlərdə son günlər baş verən itki 2021-ci ilin iyun ayından bəri ən böyük azalma kimi qeydə alınıb. Dow Jones Market Data məlumatlarına görə, qızıl qiymətləri bununla da son iki ayın ən aşağı səviyyəsinə düşüb.
Trampın qələbəsindən sonra dəyərini itirən qızıl ucuzlaşmağa davam edəcəkmi?Market Watch-un məlumatına görə, Zaner Metals-in vitse-prezidenti və baş metal strateqi Peter Qrant Trampın qələbəsi ilə başa çatan seçki prosesinin bazarlarda qeyri-müəyyənlik yaratdığını bildirib. Qrantın sözlərinə görə, seçkilərin sona çatması ilə bazarlarda siyasi qeyri-müəyyənlik azaldı və bu, riskli aktivlərə tələbi artırdı və "təhlükəsiz sığınacaq"  hesab olunan qızılın qiymətini aşağı saldı. Xüsusilə, Tramp administrasiyasının daha aşağı vergilərə və daha az tənzimləmələrə üstünlük verəcəyi gözləntiləri investorların qızıl kimi "təhlükəsiz sığınacaq" aktivlərini tərk edərək səhmlərə üz tutmasına səbəb oldu.
Birjalardakı bu yüksəliş tendensiyası ABŞ fond indekslərində də özünü göstərdi. Dow Jones Industrial Average indeksi ilk dəfə olaraq 44.000 bənddən yuxarı bağlanmaq yolundadır və investorların diqqətini qızıl bazarından uzaqlaşdırır.
Bazar analitiklərindən Favad Razaqzada bildirib ki, Trampın qələbəsindən sonra qızılın bu ucuzlaşması investorların təhlükəsiz sığınacaq aktivlərini tərk etməyə başladığını göstərir. Bu enişin qalıcı deyil, müvəqqəti olacağını bildirən Razaqzada, mərkəzi bankların faiz endirimləri davam etdiyi üçün qızıl qiymətlərinin uzunmüddətli perspektivdə yüksəliş trendini davam etdirəcəyi qənaətindədir.
Zaner Metals-in vitse-prezidenti və baş metal strateqi Peter Qrant, "Seçkilərdən sonra toz yatanda" bazar diqqətini geosiyasi risklərə, Çin və Avropa iqtisadiyyatındakı yavaşlamaya, qlobal borcun artmasına, mərkəzi bankların qızıl alışlarına və Almaniya və Yaponiyadakı siyasi qeyri-müəyyənliklərə yönəldəcək. Bu amilləri nəzərə alaraq, qızılın qiymətinin ilin sonuna qədər yeni rekord həddə çatmasa da, uzunmüddətli perspektivdə bahalaşmaqda davam edəcək" deyib.  
Oktyabr ayında 2801,80 dollarla ən yüksək səviyyəsinə çatan qızıl qiymətlərinin ilin sonuna qədər üfüqi olaraq qalacağını proqnozlaşdıran Qrant, 2025-ci ilin əvvəlindən etibarən yüksəliş trendinin yenidən başlaya biləcəyini qeyd edib.

Maliyyə     Tarix: 14 noyabr 2024

Oxşar xəbərlər

ABŞ-də FED-in izlədiyi əsas inflyasiya göstəricisi açıqlandı

ABŞ Mərkəzi Bankının (FED) pul siyasəti qərarları üçün yaxından izlədiyi baza şəxsi istehlak xərcləri qiymət indeksi (baza PCE) üzrə iyul göstəriciləri açıqlanıb. . Ərzaq və enerji kimi dəyişkən komponentləri nəzərə almaya

Azərbaycanın tədiyyə balansında 323 milyon dollarlıq kəsir

2026-cı ilin 1-ci rübü üzrə tədiyə balansı qlobal əmtəə, xidmət və maliyyə bazarlarındakı qiymət və indekslərin yüksək dəyişkənliyindən təsirlənmişdir. Bu dövrdə cari əməliyyatlar balansında 1.7 mlrd. dollar həcmində profisi

Dövlət Vergi Xidməti büdcəyə proqnozdan 913 milyon manat artıq vəsait toplayıb: Rekord həcm – 9 ayda 13,6 milyard manat

Azərbaycanda vergi daxilolmaları 13,6 milyard manatı ötdü – Büdcəyə proqnozdan 913 milyon manat artıq vəsait daxil olub. 2026-cı ilin ilk 9 ayında Azərbaycanda dövlət büdcəsinə vergi daxilolmaları əhəmiyyətli dərəcədə artıb

Dünya maliyyə bazarları ilə bağlı həftəlik analiz ®

 İnvestAZ-dan dünya maliyyə bazarları ilə bağlı həftəlik analiz. InvestAZ İnvestisiya Şirkəti tərəfindən aparılan həftəlik bazar araşdırmalarına görə, 17–21 avqust həftəsində qlobal maliyyə bazarlarının əsas istiqamətveric

Dünya maliyyə bazarları ilə bağlı həftəlik analiz

()  İnvestAZ-dan dünya maliyyə bazarları ilə bağlı həftəlik analiz. İnvestAZ İnvestisiya Şirkəti tərəfindən aparılan həftəlik bazar araşdırmalarına görə ABŞ-İran gərginliyi 1-5 iyun həftəsində bazarlarda risk aktivləri üzərnd

Büdcə təşkilatlarına metodiki dəstəyin göstərilməsi üçün "Xəzinə Bələdçisi" hazırlanıb

Maliyyə Nazirliyi yanında Dövlət Xəzinədarlıq Agentliyi tərəfindən göstərilən xidmətlər üzrə müraciətlərin qəbulu və icra prosesində büdcə təşkilatlarına metodiki dəstəyin göstərilməsi üçün "Xəzinə Bələdçisi" hazırlanıb

Naxçıvan iqtisadiyyatı 3 % böyüyüb

Bu ilin yanvar-iyul aylarında Naxçıvan Muxtar Respublikasında 1 milyard 25,7 milyon manat dəyərində ümumi daxili məhsul istehsal (ÜDM) olunub. Bu barədə Naxçıvanın Dövlət Statistika Komitəsindən bildirilib. Məlumata görə

Avropa Mərkəzi Bankı sentyabrda faiz dərəcəsini artıra bilər

Cümə axşamı əsas faiz dərəcəsini dəyişmədən saxlayan Avropa Mərkəzi Bankı (AMB) iqtisadi və geosiyasi proseslərin inkişafından asılı olaraq sentyabrda faiz artımına gedə bilər. Marja xəbər verir ki, məsələyə yaxın mənbələri

Yeni nəsil nəzarət-kassa aparatları 8 ayda 20,4 milyard manat dövriyyəni qeydə alıb

İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidməti tərəfindən ölkədə yeni nəsil nəzarət-kassa aparatlarının (NKA) tətbiqi istiqamətində işlər davam etdirilir. Xidmtin yaydığı məlumatda bildirilir ki, indiyədək ölkə ərazisind


iqtisadi xeberler bu gunun xeberleri birbank valyuta kurslari bank faizleri