Trampın tarifləri fonunda Dollar son 2,5 ilin ən böyük itkisinə məruz qalıb
Bloomberg hesab edir ki, prezident Donald Trampın ABŞ-ın ticarət tərəfdaşlarına elan etdiyi gömrük rüsumları (tariflər) ABŞ valyutasını son iki il yarım ərzində ən çox zəifləməsinə səbəb olub.
Marja xəbər verir ki, Bloomberg Dollar Spot Index (BBDXY) aprelin 3-ü cümə axşamı ticarət zamanı 1,5% ucuzlaşıb.
Dollar G10-un bütün valyutalarına nisbətən zəifləyib: Yen və İsveçrə frankı qarşısında təxminən 2%, avro və funta qarşı isə 1%-dən çox ucuzlaşıb. ABŞ dollarının Kanada dollarına qarşı məzənnəsi dekabrın ortalarından bəri ən aşağı səviyyəyə düşüb.
BBDXY indeksinə ABŞ-ın ən böyük ticarət tərəfdaşlarından 12-nin valyutaları daxildir: avro, yen, Kanada dolları, funt sterlinq, Meksika pesosu, yuan, İsveçrə frankı, Avstraliya dolları, Cənubi Koreya vonu, Hindistan rupisi, Sinqapur dolları və Yeni Tayvan dolları.
Amerika valyutasının ABŞ-ın əsas ticarət tərəfdaşı olan ölkələrin digər altı valyutası qarşısında dəyərini ölçən DXY dollar indeksi cümə axşamı 2,23% azalaraq 101,372 bənd səviyyəsinə enib. Valyuta səbətinə avro, Yapon yeni, Britaniya funtu, Kanada dolları, İsveç kronu və İsveçrə frankı daxildir. İndeks Qitələrarası Birja (ICE) tərəfindən hesablanır.
Bakı vaxtı ilə saat 17:10-a olan mlumata görə, Avro/Dollar məzənnəsi 2,3% dəyər qazanaraq 1,11 dollar səviyyəsini aşıb (Dollar ucuzşalıb, avro bahalaşıb)
Çərşənbə günü, aprelin 2-də ABŞ prezidenti Donald Tramp ABŞ-a idxal olunan məhsullara rüsumlar tətbiq ediləcəyini açıqlayıb. Müxtəlif ölkələr üçün 10%-dən 50%-ə qədər rüsum tətbiq ediləcək.
Hazırda insanlar bu tariflərin ABŞ-ın özünə göstərə biləcəyi iqtisadi təsirə diqqət yetirirlər.
İnvestorlar, tariflərin ABŞ iqtisadiyyatını yavaşlatacağına dair mərc etməyə başlayıblar, bu da FED-in uçot dərəcəsinin azaldılması gözləntilərini artıraraq dollara təzyiq göstərir. Deutsche Bank, Amerika valyutasına mümkün inam böhranı barədə xəbərdarlıq edib. / marja.az

"BOKT-lara demişik ki, bu kreditləşmə bizim üçün maraqlı deyil
Mərkəzi Bank Azərbaycan banklarının xarici bazarlara çıxışını dəstəkləyir
Mərkəzi Bank lombardlarla bağlı yeni qanunun gələn il qəbul ediləcəyini gözləyir
"Binance": Təhlükəsizlik insidenti səbəbindən ümumi zərər təxminən 6,3 milyard dollar təşkil edir
"Bitcoin" ucuzlaşıb - SON QİYMƏT
"Binance" kriptobirjasına kiberhücum: 2,54 milyard dollarlıq aktivlər dondurulub
XalqKart ilə "Baku Electronics" mağazalarında 5 % keşbek/bonus
Azərbaycanda bank müştərilərinin sayı 17 milyonu keçib
Azər Türk Bank atb360 tətbiqini yenilədi: Ailə bankçılığı və yeni rəqəmsal imkanlar
Səfir: Azərbaycan-Qırğızıstan biznes forumu keçiriləcək
Biznes qurmaq istəyənlərə 10 məsləhət
CV hazırlayarkən buraxılan 5 səhv
Ev şəraitində pul qazanmağın yolları
Dünyanın TOP-3 biznes universiteti hansılardı?
Yatırım olmadan necə biznes qurmaq olar?