Trampın vəkili 2020-ci il seçkiləri ilə bağlı ifadə verdi
ABŞ-ın keçmiş prezidenti Donald Trampın şəxsi vəkili, Nyu-York şəhərinin keçmiş meri Rudi Culiani 2020-ci il prezident seçkilərinə müdaxilə ilə bağlı istintaq çərçivəsində Corciya ştatında ifadə verib.
KONKRET.azxarici mediaya istinadən xəbər verir ki, Culiani hakim qarşısına çıxmaq üçün vəkili Robert Kostello ilə birlikdə Fulton rayon məhkəməsinə gedib.
Təxminən 6 saat şahid qismində ifadə verən Culiani məhkəmənin çıxışında media mənsublarının suallarını cavabsız qoyub.
"The New York Times"ın məlumatına görə, Fulton Rayon Prokurorluğu Rudi Culianini Corciya ştatında 2020-ci ildə keçiriləcək prezident seçkilərinə qeyri-qanuni müdaxilə cəhdlərinə görə mühakimə oluna biləcəyi barədə xəbərdarlıq edib.
Bildirilib ki, 3 noyabr 2020-ci il seçkilərindən sonra Culiani dekabr ayında Corciya əyalətinin qanunvericiləri ilə 3 dəfə görüşüb. Ştatda seçkilərdə geniş pozuntular və saxtakarlıqların olması ilə bağlı iddialar yayıb. Fulton rayon prokuroru irəli sürülən iddialarla əlaqədar araşdırma başladıb.
İqbal Rzayev,
KONKRET.az

Bitkoin ucuzlaşıb - SON QİYMƏT
İlham Əliyev Çin və İtaliya şirkətlərinin rəhbər şəxslərini qəbul edib - FOTOLAR
ATİB heyəti Türkiyə səfiri ilə aqrar sahədə əməkdaşlığı müzakirə edib – FOTOLAR
Expressbank sahibkarlara 100 000 AZN-dək mikro kredit təklif edir ®
BOKT İsmayıllıda filialını açır
KASKO-da yığımlar cəmi 1,6% artıb, ödənişlər 26% yüksəlib
BƏƏ Mərkəzi Bankı "Bank Melli İran"ın filiallarına qarşı tədbir görüb
İstehsalat qəzaları üzrə icbari sığorta yığımları 25 milyon manat azalıb
Bank hesabdan xəbərsiz pul çıxara bilərmi? – Akseptsiz tutulmanın qaydaları - MÜSAHİBƏ
Hər 100 manat yığıma 80 manat ödəniş – İcbari avtosığortada diqqətçəkən rəqəm
ƏDV geri al və onun üstünlükləri
Whatsapp biznesin üstünlükləri nələrdir?
Biznesə aid ən yaxşı 10 kitab
Yatırım olmadan necə biznes qurmaq olar?
Ən bahalı otellər hansılardır?