Transfer Pricing sənədləşməsinin əhəmiyyəti nədir?
Bu sənədləşmənin əsas məqsədi əməliyyata görə ikiqat vergi tutmanın qarşısını almaqdır...
İqtisadi bazarda əsasən beynalxalq törəmə şirkətləri arasında aparılan Transfer Pricing yəni Transfer qiymətlərinin sənədləşməsi əməliyyatı həm vergi tutma həm də törəmə şirkətin apardığı əməliyyatlar üzrə düzgün verginin hesablanması üzrə çox əhəmiyyət daşıyan sənədləşmədir.
Burada məqsəd vergitutma bazasının süni şəkildə ölkədən kənara çıxarılmasının qarşısını almaq və vergilərin ədalətli paylanmasını təmin etməkdir.
Azərbaycan Respubikasında fəaliyyət göstərən xarici investisiyalı törəmə şirkətlərinin artması və bu sahədə vergitutmanın düzgün hesablanması və tətbiqi üçün Azərbaycan Respublikasının Vergi Məcəlləsində bir sıra tələblər iləri sürülmüşdür.
Bunlardan əsası isə həmin vergitutma obyektləri tərəfindən Transfer qiymətlərinin sənədləşməsi (Transfer Pricing) hesabatının müəyyən edilmiş müddətdə vergi orqanına təqdim olunmasıdır.
Bir çox aspekt baxımından Transfer qiymətlərinin sənədləşməsi (Transfer Pricing) əməliyyatlarına niyə ehtiyac duyulur?
Nəzərə alsaq ki, beynalxalq bazarda fəliyyat göstərən törəmə şirkətlərin aid olduğu ölkələrin öz vergi tələbləri mövcuddur. Məhz elə bu səbəbdən həmin ölkələrin vergi əmsalları nəzərə alnmaqla beynalxalq bazarda tanınmış proqram təminatı vasitəsi ilə transfer qiymətləri müəyyənləşdirilir və bu əsasda Azərbayan Respublikasında ödəməli olduğu verginin həcmi müəyyənləşdirilir.
Bəli, nəzərə alsaq ki bu əməliyyatların hesablanması heç də asan deyil və kompleks multiəməliyyatlar üzrə beynalxalq bazarın əmsalları nəzərə alınır.
Transfer qiymətlərinin sənədləşməsi (Transfer Pricing) icra olunmadığı zaman bu haqda hesabat verilmədiyində nə baş verə bilər?
Bu çox əhəmiyyətli əmliyyatlar olduğu üçün vergi orqanı bu haqda müəyyən edilmiş hesabatı tələb edir. Əgər şirkət tərəfindən həmin hesabatlar təqdim edilmədiyi təqdirdə Azərbaycan Respublikasının Vergi Məcəlləsində bu haqda cərimə nəzərdə tutulmuşdur.
Beynəlxalq sazişlərin (ikiqat vergitutmanın aradan qaldırılması) əhəmiyyəti və məqsədi nədir?
Beynalxaq sazişlər qarşılıqlı asılı şəxslər arasında aparılan xarici iqtisadi əməliyyatların vergiləndirilməsini tənzimləyən mexanizmdir. Bazarda bir çox sahədə əsasən transport və xidmət sahəsində ikiqat vergitutmanın aradan qaldırılmasında vacib rol oynayır. Məsələn: Beynəlxalq sazişlərə qoşulmuş avropa ölkələrində fəaliyyət göstərən şirkət Azərbaycan Respublikasında fəaliyytə göstərən şirkətə transport xidmətləri və ya informasiya texnologiya xidmətləri təqdim edir və bu xidmətə görə ödəmə mənbəyindən vergi hesablanır. Məhz, bizim mütəxəssis tərəfindən həmin müqavilələr təhlil edilir və nəzərdə tutulmuş vergi məbləği geri ödənilir.
Burada məqsəd əməliyyata görə ikiqat vergi tutmanın qarşısını almaqdır.
Rahim Manafov
"Reanda Azərbaycan" MMC
Direktor / fed.az

Bir-dən təqaüdçülər üçün "Hər yaşa dost" təşəbbüsü
Azərbaycan iqtisadiyyatı 1,4% böyüyüb, istehlak qiymətləri 5,7% artıb
AMB: Digər inzibati binalarla bağlı hələ qərar qəbul edilməyib
"Rabitəbank" səhmdarları Müşahidə Şurasının tərkibi və "Capital Partners"lə bağlı toplanır
DSX işçilərinə – XÜSUSİ TƏKLİF
"Azərsun"un 103 milyonluq şirkəti – MMC-yə ÇEVRİLİR
Leobank Uşaq kartı istifadəçilərinin sayı 20 000-ə çatdı
Azərbaycanda qida məhsulları son 12 ayda 7%-dən çox bahalaşıb
"Bank VTB Azərbaycan"ın kapital strukturu cari maliyyə göstəricilərinə uyğunlaşdırılıb
Bankda növbədənkənar yığıncaq keçiriləcək, investisiya şirkətinə əlavə maya qoyulacaq
Xaricdə freelancer tapmaq üçün TOP-5 sayt
Onlayn mağazalarda edilən TOP-5 səhvlər nələrdir?
İlon Mask kimdir?
Dünyanın ən varlı 10 müğənnisi
Dünyanın ən çox maaş verən şirkətləri