Trendyol Milan-Kortina 2026 üçün hazırladığı Olimpiya geyim kolleksiyasını - SATIŞA ÇIXARIB

Trendyol Milan-Kortina 2026 üçün hazırladığı Olimpiya geyim kolleksiyasını - SATIŞA ÇIXARIBTrendyol tərəfindən dizayn edilən və istehsal olunan yeni geyim kolleksiyası Milan‑Kortina 2026 Qış Olimpiya Oyunları ərəfəsində satışa çıxarılıb. Beynəlxalq Olimpiya Komitəsinin lisenziyası əsasında hazırlanan "Olimpiya Kolleksiyası" dünyanın müxtəlif ölkələrində yaşayan istehlakçılar üçün nəzərdə tutulub və aktuallığını heç vaxt itirməyəcək kolleksiya kimi yaradılıb.
 biznes və maliyyə xəbərləri portalı xəbər verir ki, "Trendyol"un məhdud sayda təqdim etdiyi Olimpiya Kolleksiyası özündə müasir dizaynlı geyim elementlərini və Olimpiya ruhundan ilhamlanan ikonik detalları birləşdirir. Kolleksiyaya „zip-up" gödəkçələri və kapüşonlu sviterlər, qadın və kişi idman şalvarları, taytlar, suya davamlı gödəkçələr və balaklavalar daxildir.
Rahatlıq və funksionallığa xüsusi diqqət yetirilərək dizayn edilən geyimlər gündəlik istifadəyə uyğundur. Məhsullar Türkiyənin yerli istehsalçıları ilə əməkdaşlıq çərçivəsində hazırlanıb və "Trendyol"un beynəlxalq bazarlar üçün nəzərdə tutulmuş kolleksiyalar yaratmaq sahəsindəki təcrübəsini əks etdirir. Kolleksiya Trendyol platformasında satışa çıxarılmaqla yanaşı, 2026-cı ildə Milan şəhərində açılan rəsmi olimpiya mağazalarında və İsveçrənin Lozanna şəhərindəki Olimpiya Muzeyində də təqdim olunacaq.
"İdman dünyasının ən nüfuzlu təşkilatlarından biri olan Beynəlxalq Olimpiya Komitəsi ilə iki ildir davam edən əməkdaşlığımız, "Trendyol"un yerli istehsalçılar və beynəlxalq bazarlar arasında əlaqə yaratmaq  missiyasında mühüm rol oynayır. Trendyol tərəfindən dizayn edilərək istehsal olunan Olimpiya Kolleksiyasının "Milan-Kortina 2026 Qış Olimpiya Oyunları" ərəfəsində  beynəlxalq platformalarımız vasitəsilə istifadəçilərin ixtiyarına verilməsindən çox məmnunuq", - deyə ""Trendyol""un beynəlxalq genişlənmə üzrə rəhbəri İrem Çağrı Yılandil bildirib.
Beynəlxalq onlayn ticarət platforması olan Trendyol Paris 2024 Yay Olimpiya Oyunlarından etibarən Beynəlxalq Olimpiya Komitəsinin rəsmi tərəfdaşıdır. Şirkət  Paris 2024 Olimpiya Oyunlarında da idmansevərlərə öz Olimpiya Kolleksiyasını təqdim edib.
BOK-un Qlobal Lisenziyalaşdırma Proqramı haqqında
Beynəlxalq Olimpiya Komitəsi ilə Trendyol arasında imzalanmış lisenziya müqaviləsi, BOK-un Qlobal Lisenziyalaşdırma Strategiyasının tərkib hissəsidir. Bu strategiyanın əsas məqsədi azarkeşləri təkcə Olimpiya Oyunları dövründə deyil, oyunlararası dövrlərdə də Olimpiya brendini tanıdan rəsmi məhsullar vasitəsilə bir araya gətirməkdir.
Olimpiya Kolleksiyası gənc və aktiv auditoriyanı geyim, oyuncaqlar, çantalar, dəftərxana və idman avadanlıqları kimi brend məhsullarla cəlb etməyi hədəfləyir. Bundan əlavə, Beynəlxalq Olimpiya Komitəsinin lisenziyalaşdırma proqramına baş tutacaq bütün Olimpiya və Paralimpiya Oyunları kolleksiyaları, həmçinin keçmiş oyunlardan ilhamlanan Olimpiya İrs Kolleksiyası daxildir. Bu kolleksiyalarda aksessuarlar, suvenirlər, fan geyimləri və geyim məhsulları təqdim olunur. Olimpiya lisenziyalaşdırma proqramları rəsmi lisenziyalı məhsullar, kolleksiya əşyaları və suvenirlərin satışı vasitəsilə azarkeşlərə Olimpiya Oyunları və dəyərləri ilə əlaqə yaratmaq imkanı verir.   / fed.az

Biznes     Tarix: 09 fevral 2026

Oxşar xəbərlər

Azərbaycanda 200 min dollarlıq şirkətin – ADI DƏYİŞDİRİLİR

"Tunç" LTD ŞTİ Müəssisəsi (VÖEN: VÖEN: 1700246631) adını və təşkilatı-hüquqi formasını dəyişir. biznes və maliyyə xəbərləri portalı xəbər verir ki, şirkət "Tunc Stone" MMC -yə çevrildiyini elan edib. Qey

Sahibkarlar üçün yenilik - Ezamiyyət qaydaları dəyişdi

Azərbaycanda işçilərin ezamiyyətə göndərilməsi qaydalarında dəyişiklik edilib. xəbər verir ki, maliyyə naziri Sahil Babayevin sədrliyi ilə Maliyyə Nazirliyinin Kollegiyası "İşçilərin Ezamiyyə Qaydaları"na dəyişikliklər

"Gəncə Şərab-1"in dövlətə 30 min manata yaxın vergi borcu var – QƏRAR VERİLƏCƏK

"Gəncə Şərab-1" ASC-nin borclarının həll olunması məqsədilə şirkətin səhmdarlarının növbədənkənar iclası çağırılıb. xəbər verir ki, 6 noyabr 2026-cı il saat 15.00-da "Gəncə Şərab-1" ASC səhmdarlarını

Azərbaycan şirkətinin təsisçisi – 40%-LİK PAYINI GERİ GÖTÜRÜR

"Amen" MMC-nin (VÖEN: 6404786371) təsisçilərindən biri şirkətdən ayrılıb. Azərbaycanda eyni ünvanda yerləşən 5 şirkət – LƏĞV EDİLİR - DETALLAR. biznes və maliyyə xəbərləri portalı xəbər verir ki, şirkətin 100 manatlı

Vüqar Bayramov: "İqtisadiyyat azsaylı böyük bizneslər üzərində qurulmamalıdır"

Azərbaycan iqtisadiyyatı azsaylı böyük bizneslər üzərində qurulmamalıdır. Kiçik sahibkarlara 5 illik vergi güzəşti 10 min vergi ödəyicisini əhatə edəcək. xəbər verir ki, bunu deputat Vüqar Bayramov Milli Məclisin İqtisad

Şərikli biznes quranların problemlə üzləşməməsi üçün - HÜQUQŞÜNASDAN 5 VACİB TÖVSİYƏ

Son illər Azərbaycanda ortaq şəkildə qurulan bizneslərin sayı artmaqda, şərikli iş quranların sıraları genişlənməkdədir. xatırladır ki, insanlar bəzən tək güclə biznesi qura bilməyəcəklərini anlayaraq müxtəlif şərtlərlə ortaqlı

Üç xarici şirkətin Azərbaycandakı Filialı – BAĞLANIR

Daha üç xarici şirkət Azərbaycandakı fiallarını bağlamaq qərarına gəliblər. biznes və maliyyə xəbərləri portalı xəbər verir ki, söhbət "Viking İnternational Limited" şirkətinin filialından (VÖEN: 1701601701), "Verti

ATİB-in sədri Mürsəl Rüstəmov Sabancı Universitetinin nümayəndələrini qəbul edib

Oktyabrın 19-da Sabancı Universitetinin Rəhbər Kadrların İnkişafı Bölməsinin (EDU) Beynəlxalq Satış və Biznesin İnkişafi üzrə meneceri Özge Özkan və Beynəlxalq Proqramlar üzrə məsləhətçisi Gülin Kan Yükseltan Azərbaycan-Türkiy

Azərbaycanda 116 milyonluq şirkətdən – SƏRMAYƏ GÖTÜRÜLÜR

"Mars Overseas Baku LTD" MMC (VÖEN: 99006521) nizamnamə kapitalını azaldır. Böyük Britaniya şirkəti Azərbaycan bazarını – TƏRK EDİR. biznes və maliyyə xəbərləri portalı xəbər verir ki, nizamnamə kapitalı 116 milyo


iqtisadi xeberler emlak xeberleri online pul qazanmaq internetden pul qazanmaq pul qazanmaq