Trendyol ölkənin ilk inklüziv kafesi "Kashalata"nın inkişafına dəstəyini davam etdirir - FOTOLAR
Türkiyənin aparıcı e-ticarət platforması və dünyanın ən böyük e-ticarət platformalarından biri Trendyol sosial təsir layihələri çərçivəsində Azərbaycanda inklüzivliyi təşviq edir və əlilliyi olan şəxslərin məşğulluğunu dəstəkləməyə davam edir.
FED.az xəbər verir ki, şirkət Bakının ilk və yeganə inklüziv kafesi olan "Kashalata"ya davamlı dəstək verməklə neyromüxtəlifliyə malik gənclərin cəmiyyətə sosial inteqrasiyasını təşviq edir.
"Kashalata" kafe iki il əvvəl Birgə və Sağlam İctimai Birliyi tərəfindən təsis edilib və Trendyol, eləcə də Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi, KOBİA, SOCAR və PAŞA Holding tərəfindən davamlı şəkildə dəstəklənir.
Trendyol, ""Kashalata"" kafeyə dəstək proqramı çərçivəsində DOST İnklüziv İnkişaf və Yaradıcılıq Mərkəzi və "Birgə və Sağlam" İctimai Birliyi ilə birgə kafedə sosial inklüzivliyin təşviqi, əlilliyi olan şəxslər üçün iş imkanlarını genişləndirmək, eləcə də valideynlərin rifahı və maarifləndirilməsinə dəstək məqsədilə keçirilən təşəbbüsə qoşulub.
Tədbir çərçivəsində "Stress menecmenti və dayanıqlılıq strategiyaları" mövzusunda maarifləndirici təlim keçirilib. Təlimdə Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin Əlillik siyasəti şöbəsinin və DOST İnklüziv İnkişaf və Yaradıcılıq Mərkəzinin Sosial-pedaqoji inkişaf və sosial-psixoloji dəstək departamentinin əməkdaşları valideynlərin suallarını cavablandırıb, müzakirələrdə iştirak ediblər.
Tədbirin bədii hissəsində DOST İnklüziv İnkişaf və Yaradıcılıq Mərkəzi və "Birgə və Sağlam" İctimai Birliyinin üzvlərinin ifasında konsert proqramı təqdim olunub.
Üzeyir Hacıbəyli küçəsi 57 ünvanında yerləşən "Kashalata" kafedə hazırda 20 gənc çalışır. Onların bir qismi autizm spektr pozuntusu və digər neyromüxtəliflik xüsusiyyətlərinə malikdir. "Trendyol"un və ""PAŞA Holding""in əsas biznes tərəfdaşlığı ilə fəaliyyət göstərən bu məkan ölkədə inklüziv məşğulluğun uğurlu nümunələrindən biri hesab olunur.

EIB "Bank Respublika" və "AccessBank"ın birləşməsi ilə əldə etdiyi kompensasiyanın detallarını açıqlayıb
BOKT-un mənfəəti 5 dəfəyə yaxın artıb - Kredit portfeli 15,7 milyon manata çatıb
"PAŞA Həyat"ın ödənişləri 548 milyon manatı keçib, xalis mənfəəti artıb
"PAŞA Sığorta"da yığımlar artaraq 309 milyon manata çatıb, ödənişləri isə 131 milyon manata yaxınlaşıb
"A-Qroup"un mənfəəti 34% artıb, sığorta ödənişləri azalıb
"Xalq Həyat"ın mənfəəti artıb, sığorta ödənişləri azalıb
"İpək Yolu Sığorta"nın yığımları 75%, mənfəəti 53% artıb
İşəgötürənlərin müsahibə zamanı ən çox verdiyi suallar
Bitcoin necə işləyir?
Biznes nədir və hansı növləri var?
Fond birjası nədir?
"Freelance" nədir?