Trendyol və PAŞA Holding genişmiqyaslı ağacəkmə kampaniyasına - BAŞLAYIB

Trendyol və PAŞA Holding genişmiqyaslı ağacəkmə kampaniyasına - BAŞLAYIBTürkiyənin aparıcı e-ticarət platforması və dünyanın ən böyük e-ticarət platformalarından biri Trendyol "PAŞA Holding"lə birlikdə genişmiqyaslı ağacəkmə kampaniyasına başlayıb.
FED.az xəbər verir ki, bu təşəbbüs şirkətlərin iqlim dəyişikliyinin təsirlərinin azaldılması və ətraf mühitin qorunması istiqamətindəki fəaliyyətinin davamıdır. Kampaniya çərçivəsində il ərzində ölkənin müxtəlif yerlərində meşə və yaşıllıqların artırılmasına töhfə veriləcək.  
EcoHub Ekoloji Təşəbbüslərə Dəstək İctimai Birliyinin icraçı tərəfdaşlığı ilə ümumilikdə, 10 hektardan çox ərazidə 12.500 ədəd ağacın əkilməsi planlaşdırılır. 
Kampaniyanın ilkin mərhələsində Göygöl rayonu və Bakının Müşfiqabad qəsəbəsində 5500 ədəd Eldar şamı və zeytun ağacı əkilib. Növbəti ağacəkmə mövsümündə isə Lənkəran-Astara, Şəki-Zaqatala və Quba-Xaçmaz bölgələrində yeni yaşıllıq sahələrinin salınması nəzərdə tutulur.
Ətraf mühitə, təbiətə və cəmiyyətə töhfə verməyi əsas prioritetlərindən hesab edən Türkiyənin dayanıqlılıq üzrə yol xəritəsi və fəaliyyət planına malik ilk e-ticarət şirkəti Trendyol, fəaliyyət göstərdiyi ölkələrdə "Birlikdə Transformasiya" şüarı altında təşəbbüsləri dəstəkləyir.  Şirkət daha yaşıl, ədalətli və rəqəmsal gələcək qurmaq üçün fəaliyyətini davam etdirir və müxtəlif sahələrdə müsbət dəyişikliklərə imza atır. 
PAŞA Holding Qarabağ bölgəsində də abadlaşdırma, yaşıllaşdırma və meşə səthinin bərpası məqsədilə genişmiqyaslı ağacəkmə aksiyaları həyata keçirir. Bugünədək Holding və onun törəmə şirkətləri tərəfindən Zəngilanda 11.000-dən çox ağac əkilib. 
Ətraf mühitin qorunması və iqlim dəyişikliyi ilə mübarizə, hər iki şirkətin korporativ sosial məsuliyyət strategiyasının bir hissəsini təşkil edir.

Biznes     Tarix: 05 may 2025

Oxşar xəbərlər

ATİB-in sədri Mürsəl Rüstəmov Sabancı Universitetinin nümayəndələrini qəbul edib

Oktyabrın 19-da Sabancı Universitetinin Rəhbər Kadrların İnkişafı Bölməsinin (EDU) Beynəlxalq Satış və Biznesin İnkişafi üzrə meneceri Özge Özkan və Beynəlxalq Proqramlar üzrə məsləhətçisi Gülin Kan Yükseltan Azərbaycan-Türkiy

AZCON Holding-in IE Universiteti ilə birgə həyata keçirdiyi "Global Senior Management" proqramı uğurla yekunlaşıb

AZCON Holding və İspaniyanın nüfuzlu IE Universitetinin biznes məktəbi olan "IE Business School"un əməkdaşlığı çərçivəsində Holdinq və şirkətlərin strateji rəhbər heyəti üçün təşkil olunmuş "Global Senior Management"

Azərbaycanda bazarda nöqsanlar aşkarlanıb – Sahibkar barəsində protokol tərtib edilib

Siyəzəndə ərzaq bazarında yoxlama keçirilib. Azərbaycanda bazarın fəaliyyəti nəzarətə götürüldü – Ciddi pozuntular aşkarlanıb. xəbər verir ki, Azərbaycan Qida Təhlükəsizliyi Agentliyinin əməkdaşları Siyəzən şəhəri, Xəta

Oxford Economics "McDonald"s Azərbaycan"ın iqtisadiyyata təsirini araşdırıb

Beynəlxalq konsaltinq şirkəti olan "Oxford Economics" "McDonald"s"ın Azərbaycan iqtisadiyyatına təsirini qiymətləndirib. xəbər verir ki, ictimaiyyətə təqdim olunan hesabata əsasən, şirkətin 2025-c

Bakı "PostEurop" Baş Assambleyası və Biznes Forumuna ev sahibliyi edəcək

7–8 oktyabr 2026-cı il tarixlərində Bakıda "PostEurop" Baş Assambleyası və Biznes Forumu keçiriləcək. xəbər verir ki, beynəlxalq tədbirə AZCON Holding şirkətlərindən olan "Azərpoçt" MMC ev sahibliyi edəcək

Şərikli biznes quranların problemlə üzləşməməsi üçün - HÜQUQŞÜNASDAN 5 VACİB TÖVSİYƏ

Son illər Azərbaycanda ortaq şəkildə qurulan bizneslərin sayı artmaqda, şərikli iş quranların sıraları genişlənməkdədir. xatırladır ki, insanlar bəzən tək güclə biznesi qura bilməyəcəklərini anlayaraq müxtəlif şərtlərlə ortaqlı

Səfir: Azərbaycan-Qırğızıstan biznes forumu keçiriləcək

Qırğızıstan Azərbaycanla iqtisadi əlaqələri genişləndirmək və ikitərəfli ticarət dövriyyəsini artırmaq niyyətindədir. Azərbaycanla Qırğızıstan arasında beynəlxalq avtomobil əlaqələri haqqında Saziş təsdiq olunub. xəbər veri

Azərbaycanda 200 min dollarlıq şirkətin – ADI DƏYİŞDİRİLİR

"Tunç" LTD ŞTİ Müəssisəsi (VÖEN: VÖEN: 1700246631) adını və təşkilatı-hüquqi formasını dəyişir. biznes və maliyyə xəbərləri portalı xəbər verir ki, şirkət "Tunc Stone" MMC -yə çevrildiyini elan edib. Qey

Azərbaycanda yerli və xarici MMC-lərin elektron qeydiyyatı pulsuz olacaq

Azərbaycanda yerli və xarici investisiyalı MMC-lərin elektron dövlət qeydiyyatı rüsumsuz aparılacaq. xəbər verir ki, bu barədə "Dövlət rüsumu haqqında" qanuna dəyişiklik layihəsində əks olunub. İndiyədək, anca


iqtisadi xeberler bu gunun xeberleri iqtisadiyyat xeberleri bitkoin almaq bitcoin qiymeti