Trendyol və PAŞA Holding Uşaqların Beynəlxalq Müdafiəsi Gününü region məktəbliləri ilə qeyd edib

Trendyol və PAŞA Holding Uşaqların Beynəlxalq Müdafiəsi Gününü region məktəbliləri ilə qeyd edibTürkiyənin aparıcı e-ticarət platforması və dünyanın ən böyük elektron ticarət platformalarından biri Trendyol şirkəti PAŞA Holding ilə birlikdə 1 İyun - Uşaqların Beynəlxalq Müdafiəsi Gününü bir qrup Şabran məktəbliləri ile qeyd edib.
Elm və Təhsil Nazirliyi yanında Məktəbəqədər və Ümumi Təhsil üzrə Dövlət Agentliyinin dəstəyi ilə Şabran rayonunun Qazbabalı kəndində yaşayan və qonşu kəndlərdə təhsil alan  uşaqlar valideynləri ilə birlikdə Bakıya dəvət olunublar. Onlar robotexnika üzrə master-klasslarda iştirak edib, uşaqlar üçün nəzərdə tutulan əyləncə mərkəzində vaxt keçirib, İçərişəhər turunda Azərbaycanın tarixi-mədəni irsi ilə yaxından tanış olublar. 
Proqramın əsas hissəsini təşkil edən robotexnika master-klassında məktəblilər sadə robotların hazırlanması, sensor texnologiyaları və kodlaşdırmanın əsasları ilə tanış olublar. İnteraktiv sessiyalar zamanı onlar texnologiyanı praktiki şəkildə sınayaraq yeni bacarıqlar əldə edib, təlimçilərin dəstəyi ilə robotlar hazırlayıblar.
Təşəbbüsün məqsədi ucqar kənd və regionlarda yaşayan uşaqların texnologiya, yaradıcılıq və yeni təcrübələrlə tanışlığını dəstəkləmək, onların gələcəyin bacarıqlarına marağını artırmaq və inkişaf imkanlarını genişləndirməkdir.
Trendyol PAŞA Holding ilə birgə regionlarda rəqəmsal bacarıqların inkişafına yönəlmiş layihələr həyata keçirib. Bu çərçivədə Gəncə və Mingəçevirdə 4 günlük AI düşərgəsi, Xankəndidə isə məktəbli qızlar üçün "İKT-də qızlar" 12-ci Regional Konfransı keçirilib.
Bunlar "Trendyol"un Azərbaycanda inklüziv rəqəmsal mühitin inkişafına verdiyi töhfənin nümunələridir. Şirkət bu istiqamətdə PAŞA Holding ilə birgə davamlı layihələr həyata keçirir. / fed.az

Biznes     Tarix: 02 iyun 2026

Oxşar xəbərlər

AZCON Holdinq-də – YENİ TƏYİNAT

İsmət Cəfərov "AZCON Holdinq", Maliyyə planlaşdırılması və iqtisadi təhlil şöbəsinin müdiri təyin edilib. AZAL-ın Sərnişin Aviaşirkətinə yeni rəhbər təyin olunub. xəbər verir ki, İ.Cəfərov AZCON Holdinq-də 2025-c

Azərbaycanda 12 illik şirkətdən – 2,8 MİLYON MANAT GÖTÜRÜLÜR

"Kənd" MMC-nin (VÖEN: 600827271) nizamnamə kapitalı azaldılıb. biznes və maliyyə xəbərləri portalı xəbər verir ki, şirkətin nizamnamə kapitalı 2 milyon 781 min manatdan 100 manata – yəni 2 milyon 780 min 900 mana

Publik hüquqi şəxslərə xərcləmələrlə bağlı güzəşt edilməsi təklif olunur

Azərbaycanda publik hüquqi şəxslərin satınalmalarında müəyyən məbləğə qədər çevik qərar mexanizmi yaradılmalıdır. xəbər verir ki, bunu deputat Əlibala Məhərrəmzadə Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsini

Azərbaycan bazarına 263 milyard dollarlıq ərəb şirkəti gəlir – L"IMAD hansı şirkətlərə sahibdir?

Xəbər verildiyi kimi, Birləşmiş Ərəb Əmirliklərinin (BƏƏ) Əbu-Dabi Əmirliyi hakiminin müavini, BƏƏ-nin milli təhlükəsizlik müşaviri Şeyx Tahnun bin Zayed Al Nəhyanının Bakıya səfəri zamanı sentyabrın 14-də Azərbaycan prezident

Elektron siqaret satan şəxs – CƏRİMƏLƏNDİ

Prezident yanında Antiinhisar və İstehlak Bazarlarına Nəzarət Dövlət Agentliyi fiziki şəxs Şamilov Yaşar Elşad oğlu barəsində inzibati xəta protokolu tərtib edib. Azərbaycanda elektron siqaret qadağası ilə bağlı qanunla

Eyni ünvanda yerləşən 4 şirkət – LƏĞV EDİLDİ

Bakı şəhəri, Nəsimi rayonu, Səməd Vurğun küçəsi, ev 110 ünvanında yerləşən 4 şirkət ləğv edilib. biznes və maliyyə xəbərləri portalı xəbər verir ki, "Beauty İnn" MMC (VÖEN: 1406099651), "Veutiful" MM

Azərbaycanda bazarda nöqsanlar aşkarlanıb – Sahibkar barəsində protokol tərtib edilib

Siyəzəndə ərzaq bazarında yoxlama keçirilib. Azərbaycanda bazarın fəaliyyəti nəzarətə götürüldü – Ciddi pozuntular aşkarlanıb. xəbər verir ki, Azərbaycan Qida Təhlükəsizliyi Agentliyinin əməkdaşları Siyəzən şəhəri, Xəta

Azərbaycan 24 ilin şirkəti sərmayəsindən 900 min manat – GÖTÜRDÜ

"Modern Construction Group" MMC (VÖEN: 1300144301) nizamnamə kapitalını azaldıb. Vergi borcu olan şirkətin ortaqları ayrıldı – KAPİTAL 4 DƏFƏ AZALDI. biznes və maliyyə xəbərləri portalı xəbər verir ki, şirkəti

Şərikli biznes quranların problemlə üzləşməməsi üçün - HÜQUQŞÜNASDAN 5 VACİB TÖVSİYƏ

Son illər Azərbaycanda ortaq şəkildə qurulan bizneslərin sayı artmaqda, şərikli iş quranların sıraları genişlənməkdədir. xatırladır ki, insanlar bəzən tək güclə biznesi qura bilməyəcəklərini anlayaraq müxtəlif şərtlərlə ortaqlı


iqtisadi xeberler iqtisadiyyat xeberleri pul qazanmaq bitcoin qiymeti bitcoin