Trendyol və PAŞA "Holding"in təşəbbüsü ilə 12 mindən çox ağac əkilib - FOTOLAR

Trendyol və PAŞA Türkiyənin aparıcı e-ticarət platforması və dünyanın ən böyük e-ticarət platformalarından biri Trendyol "PAŞA Holding"lə birlikdə ölkə ərazisində həyata keçirdiyi genişmiqyaslı ağacəkmə kampaniyasının ikinci mərhələsini uğurla yekunlaşdırıb.
FED.az biznes və maliyyə xəbərləri portalı xəbər verir ki, bu təşəbbüs hər iki şirkətin iqlim dəyişikliyinin təsirlərinin azaldılması və ətraf mühitin qorunması istiqamətində davamlı fəaliyyətinin bir hissəsidir. Layihə çərçivəsində ötən il ərzində respublikanın bir sıra bölgələrində ardıcıl şəkildə yaşıllaşdırma işləri aparılıb. Kampaniyanın birinci mərhələsində Göygöl rayonu və Bakının Müşfiqabad qəsəbəsində 5500 ədəd Eldar şamı və zeytun ağacı əkilib.
İkinci mərhələdə isə, Bərdə, Ağcabədi, Zaqatala, Zərdab və Ağdaş rayonlarında aparılan meşəbərpa işləri çərçivəsində 3 hektardan böyük ərazidə, Lerik rayonunda 1.2 hektar, Qax və Quba rayonlarında  ümumilikdə 2 hektar sahədə  yaşıllaşdırma işləri davam etdirilib.
Sonrakı mərhələdə Şəmkir, Xaçmaz, Sabirabad, Şabran, Lerik, Masallı, Qax, Tovuz, Yevlax, Şirvan, Şabran, Xaçmaz, İsmayıllı,  Zaqatala, Ağcabədi, Goranboy, Masallı, Qubadlı, Daşkəsən və Qəbələ rayonlarında aparılan meşəbərpa tədbirləri nəticəsində 8 hektar ərazidə 3000-nə yaxın ağac əkilib.
Sabirabad, Ağcabədi, Daşkəsən, Qobustan, Lerik, Astara, Zaqatala, Şəki, Şəmkir, Tovuz Oğuz, Quba, Gədəbəy, Lənkəran, Şəmkir, Göygöl, Ağcabədi rayonlarında aparılan yaşıllaşdırma tədbirləri  isə 5 hektardan çox ərazini əhatə edib.
Beləliklə, Trendyol və PAŞA "Holding"in təşəbbüsü və EcoHub Ekoloji Təşəbbüslərə Dəstək İctimai Birliyinin icraçı tərəfdaşlığı ilə, kampaniya çərçivəsində ümumilikdə, 20 hektara yaxın ərazidə 12.500 ağac əkilib. 
Ətraf mühitin qorunması və iqlim dəyişikliyi ilə mübarizə Trendyol və "PAŞA Holding"in korporativ sosial məsuliyyət strategiyasının bir hissəsini təşkil edir.
Trendyol fəaliyyət göstərdiyi ölkələrdə "Birlikdə Transformasiya" şüarı altında sosial və ekoloji təsiri artıran təşəbbüsləri dəstəkləyir, daha yaşıl, ədalətli və rəqəmsal gələcək qurmaq üçün fəaliyyətini davam etdirir.

Biznes     Tarix: 23 yanvar 2026

Oxşar xəbərlər

Azərbaycanda 200 min dollarlıq şirkətin – ADI DƏYİŞDİRİLİR

"Tunç" LTD ŞTİ Müəssisəsi (VÖEN: VÖEN: 1700246631) adını və təşkilatı-hüquqi formasını dəyişir. biznes və maliyyə xəbərləri portalı xəbər verir ki, şirkət "Tunc Stone" MMC -yə çevrildiyini elan edib. Qey

Sahibkarlar üçün yenilik - Ezamiyyət qaydaları dəyişdi

Azərbaycanda işçilərin ezamiyyətə göndərilməsi qaydalarında dəyişiklik edilib. xəbər verir ki, maliyyə naziri Sahil Babayevin sədrliyi ilə Maliyyə Nazirliyinin Kollegiyası "İşçilərin Ezamiyyə Qaydaları"na dəyişikliklər

"Gəncə Şərab-1"in dövlətə 30 min manata yaxın vergi borcu var – QƏRAR VERİLƏCƏK

"Gəncə Şərab-1" ASC-nin borclarının həll olunması məqsədilə şirkətin səhmdarlarının növbədənkənar iclası çağırılıb. xəbər verir ki, 6 noyabr 2026-cı il saat 15.00-da "Gəncə Şərab-1" ASC səhmdarlarını

Azərbaycan şirkətinin təsisçisi – 40%-LİK PAYINI GERİ GÖTÜRÜR

"Amen" MMC-nin (VÖEN: 6404786371) təsisçilərindən biri şirkətdən ayrılıb. Azərbaycanda eyni ünvanda yerləşən 5 şirkət – LƏĞV EDİLİR - DETALLAR. biznes və maliyyə xəbərləri portalı xəbər verir ki, şirkətin 100 manatlı

Vüqar Bayramov: "İqtisadiyyat azsaylı böyük bizneslər üzərində qurulmamalıdır"

Azərbaycan iqtisadiyyatı azsaylı böyük bizneslər üzərində qurulmamalıdır. Kiçik sahibkarlara 5 illik vergi güzəşti 10 min vergi ödəyicisini əhatə edəcək. xəbər verir ki, bunu deputat Vüqar Bayramov Milli Məclisin İqtisad

Şərikli biznes quranların problemlə üzləşməməsi üçün - HÜQUQŞÜNASDAN 5 VACİB TÖVSİYƏ

Son illər Azərbaycanda ortaq şəkildə qurulan bizneslərin sayı artmaqda, şərikli iş quranların sıraları genişlənməkdədir. xatırladır ki, insanlar bəzən tək güclə biznesi qura bilməyəcəklərini anlayaraq müxtəlif şərtlərlə ortaqlı

Üç xarici şirkətin Azərbaycandakı Filialı – BAĞLANIR

Daha üç xarici şirkət Azərbaycandakı fiallarını bağlamaq qərarına gəliblər. biznes və maliyyə xəbərləri portalı xəbər verir ki, söhbət "Viking İnternational Limited" şirkətinin filialından (VÖEN: 1701601701), "Verti

ATİB-in sədri Mürsəl Rüstəmov Sabancı Universitetinin nümayəndələrini qəbul edib

Oktyabrın 19-da Sabancı Universitetinin Rəhbər Kadrların İnkişafı Bölməsinin (EDU) Beynəlxalq Satış və Biznesin İnkişafi üzrə meneceri Özge Özkan və Beynəlxalq Proqramlar üzrə məsləhətçisi Gülin Kan Yükseltan Azərbaycan-Türkiy

Azərbaycanda 116 milyonluq şirkətdən – SƏRMAYƏ GÖTÜRÜLÜR

"Mars Overseas Baku LTD" MMC (VÖEN: 99006521) nizamnamə kapitalını azaldır. Böyük Britaniya şirkəti Azərbaycan bazarını – TƏRK EDİR. biznes və maliyyə xəbərləri portalı xəbər verir ki, nizamnamə kapitalı 116 milyo


iqtisadi xeberler emlak xeberleri online pul qazanmaq internetden pul qazanmaq pul qazanmaq