Trendyolmilla ilkə imza atıb: Regenerativ pambıqdan cins kolleksiyası - FOTOLAR

Trendyolmilla ilkə imza atıb: Regenerativ pambıqdan cins kolleksiyası - FOTOLARTürkiyənin aparıcı moda brendlərindən olan Trendyolmilla Türkiyədə e-ticarətin dəb sektorunda ilk dəfə ekoloji davamlı (regenerativ) pambıqdan hazırlanan cins kolleksiyasını təqdim edir.
 biznes və maliyyə xəbərləri portalı xəbər verir ki, yeni kolleksiya torpağı bərpa edən, biomüxtəlifliyi artıran ekoloji davamlı kənd təsərrüfatı üsulları ilə yetişdirilən regenerativ pambıqdan hazırlanıb. 
Regenerativ pambıq yetişdirilmisində kimyəvi gübrələr minimum səviyyədə istifadə olunub, pambıq daha az sudan istifadə etməklə yetişdirilib və istehsal prosesində enerji sərfiyyatı azaldılıb. Eyni zamanda, biomüxtəlifliyin artımına töhfə verilib, bitki örtüyü hesabına torpaqda karbonun saxlanılması gücləndirilib. Bütün bu müsbət təsirlərin birgə nəticəsi olaraq, ümumi karbon emissiyası azaldılıb.
Trendyolmilla 2022-ci ildən başlayaraq hər mövsüm "Trendyol Care" kolleksiyasını  dayanıqlı xammallardan hazırlanan yeni məhsullarla genişləndirir. Təkrar emal edilmiş liflər, ekoloji davamlı parçalar və təbiət dostu xammallarla başlayan dayanıqlılıq təşəbbüsü regenerativ pambıqla yeni mərhələyə başlayıb.
Regenerativ pambıqdan hazırlanan cins kolleksiyası layihəsi 70 illik cins parça istehsalçısı Bossa ilə əməkdaşlıq çərçivəsində həyata keçirilib.
"Trendyol Care" kolleksiyamızdakı regenerativ pambıqdan hazırlanan yeni dizaynlarımız həm estetik gözəlliyi ön plana çıxarır, həm də təbiətə olan diqqətimizi əks etdirir. Yeni kolleksiyamızda qadınlar üçün cins (denim) modellər təqdim olunur. Dayanıqlı kənd təsərrüfatı üsulları ilə yetişdirilən və kimyəvi maddələrin istifadəsi minimuma endirilən bu xüsusi pambıqlar qarderoblarda stil və dayanıqlılığı birləşdirir", - deyə "Trendyolmilla"nın baş direktoru Sanem Tuna bildirib.
Sanem Tuna dayanıqlı moda sahəsində hər mövsüm böyüdüklərini və son üç ildə dayanıqlı xammaldan hazırlanan məhsulların sayını əhəmiyyətli dərəcədə artırdıqlarını əlavə edib: "2022-ci ildə 74 min, 2023-cü ildə 160 min və 2024-cü ildə 520 min dayanıqlı məhsulu müştərilərimizə təqdim etdik. Bu böyüməni yalnız Türkiyədə deyil, beynəlxalq bazarlarda da davam etdiririk. "Trendyol Care" kolleksiyamız Orta və Şərqi Avropadan Almaniya, Azərbaycan və Körfəz ölkələrinə qədər 25 ölkədə müştərilərə təqdim olunur. Həmçinin, 20-dən çox qlobal platforma vasitəsilə dünyanın dörd bir yanına çatır. Qarşıdakı dövrdə modanın transformasiyaedici gücünü təbiət üçün bərpaedici təsir göstərə biləcək xammallarla inkişaf etdirməyə davam edəcəyik".
"Bossa""nın biznesin inkişafı üzrə direktoru Besim Özek qeyd edib ki, regenerativ kənd təsərrüfatı yalnız xammal istehsal texnikası deyil, eyni zamanda torpağı, ekosistemi və bioloji müxtəlifliyi yenidən canlandıraraq planetimizin tarazlığını qoruyan istehsal modelidir: "Önəmli layihənin bir hissəsi olmaq bizi sevindirir. Uzun illər ərzində əldə etdiyimiz bilik və təcrübə ilə dayanıqlı istehsala olan öhdəliyimizi bu layihə ilə bir daha göstəririk. Trendyolmilla ilə əməkdaşlığımız, sahəmizdə dönüş nöqtəsi sayılır. Ümid edirik ki, bu transformasiya digər istehsalçılara da ilham verəcək".
"Trendyolmilla"nın yeni kolleksiyası həm müasir şəhər həyatına uyğun dizaynı, həm də bərpaedici pambıqla təbiətə verdiyi töhfə ilə diqqət çəkir. Torpağın sağlamlığını bərpa edən, biomüxtəlifliyi dəstəkləyən və fermerləri gücləndirən bu xüsusi pambıq Regenagri sertifikatına malikdir.
 Regenerativ pambıqdan hazırlanan cins kolleksiyasını Trendyol platformasından əldə etmək olar. / fed.az

Biznes     Tarix: 12 fevral 2026

Oxşar xəbərlər

Azərbaycanda 200 min dollarlıq şirkətin – ADI DƏYİŞDİRİLİR

"Tunç" LTD ŞTİ Müəssisəsi (VÖEN: VÖEN: 1700246631) adını və təşkilatı-hüquqi formasını dəyişir. biznes və maliyyə xəbərləri portalı xəbər verir ki, şirkət "Tunc Stone" MMC -yə çevrildiyini elan edib. Qey

Sahibkarlar üçün yenilik - Ezamiyyət qaydaları dəyişdi

Azərbaycanda işçilərin ezamiyyətə göndərilməsi qaydalarında dəyişiklik edilib. xəbər verir ki, maliyyə naziri Sahil Babayevin sədrliyi ilə Maliyyə Nazirliyinin Kollegiyası "İşçilərin Ezamiyyə Qaydaları"na dəyişikliklər

"Gəncə Şərab-1"in dövlətə 30 min manata yaxın vergi borcu var – QƏRAR VERİLƏCƏK

"Gəncə Şərab-1" ASC-nin borclarının həll olunması məqsədilə şirkətin səhmdarlarının növbədənkənar iclası çağırılıb. xəbər verir ki, 6 noyabr 2026-cı il saat 15.00-da "Gəncə Şərab-1" ASC səhmdarlarını

Azərbaycan şirkətinin təsisçisi – 40%-LİK PAYINI GERİ GÖTÜRÜR

"Amen" MMC-nin (VÖEN: 6404786371) təsisçilərindən biri şirkətdən ayrılıb. Azərbaycanda eyni ünvanda yerləşən 5 şirkət – LƏĞV EDİLİR - DETALLAR. biznes və maliyyə xəbərləri portalı xəbər verir ki, şirkətin 100 manatlı

Vüqar Bayramov: "İqtisadiyyat azsaylı böyük bizneslər üzərində qurulmamalıdır"

Azərbaycan iqtisadiyyatı azsaylı böyük bizneslər üzərində qurulmamalıdır. Kiçik sahibkarlara 5 illik vergi güzəşti 10 min vergi ödəyicisini əhatə edəcək. xəbər verir ki, bunu deputat Vüqar Bayramov Milli Məclisin İqtisad

Şərikli biznes quranların problemlə üzləşməməsi üçün - HÜQUQŞÜNASDAN 5 VACİB TÖVSİYƏ

Son illər Azərbaycanda ortaq şəkildə qurulan bizneslərin sayı artmaqda, şərikli iş quranların sıraları genişlənməkdədir. xatırladır ki, insanlar bəzən tək güclə biznesi qura bilməyəcəklərini anlayaraq müxtəlif şərtlərlə ortaqlı

Üç xarici şirkətin Azərbaycandakı Filialı – BAĞLANIR

Daha üç xarici şirkət Azərbaycandakı fiallarını bağlamaq qərarına gəliblər. biznes və maliyyə xəbərləri portalı xəbər verir ki, söhbət "Viking İnternational Limited" şirkətinin filialından (VÖEN: 1701601701), "Verti

ATİB-in sədri Mürsəl Rüstəmov Sabancı Universitetinin nümayəndələrini qəbul edib

Oktyabrın 19-da Sabancı Universitetinin Rəhbər Kadrların İnkişafı Bölməsinin (EDU) Beynəlxalq Satış və Biznesin İnkişafi üzrə meneceri Özge Özkan və Beynəlxalq Proqramlar üzrə məsləhətçisi Gülin Kan Yükseltan Azərbaycan-Türkiy

Azərbaycanda 116 milyonluq şirkətdən – SƏRMAYƏ GÖTÜRÜLÜR

"Mars Overseas Baku LTD" MMC (VÖEN: 99006521) nizamnamə kapitalını azaldır. Böyük Britaniya şirkəti Azərbaycan bazarını – TƏRK EDİR. biznes və maliyyə xəbərləri portalı xəbər verir ki, nizamnamə kapitalı 116 milyo


iqtisadi xeberler emlak xeberleri online pul qazanmaq internetden pul qazanmaq pul qazanmaq