Türk iş adamları ilə yerli sahibkarlar arasında görüş keçirilib

Türk iş adamları ilə yerli sahibkarlar arasında görüş keçirilibTürkiyənin Qəhrəmanmaraş şəhərindən olan bir qrup iş adamı Türkiyə Yüz İli Əməkdaşlıq və Həmrəylik Platformasının dəstəyi ilə ölkəmizdə səfərdədir. Səfər çərçivəsində Kiçik və Orta Biznesin İnkişafı Agentliyinin (KOBİA) təşkilatçılığı və platformanın dəstəyi ilə "Bakı KOB evi"ndə Türkiyə və Azərbaycan iş adamları arasında birgə əməkdaşlıq və qarşılıqlı investisiya imkanları müzakirə edilib.
Azərbaycan iş adamlarının - TÜRKİYƏYƏ YATIRIMLARI 4 DƏFƏ ARTIB
KOBİA-dan FED.az-a bildirilib ki, tədbirdə hər iki ölkədən xidmət, kənd təsərrüfatı, sənaye, İKT, tikinti, turizm və s. sektorlarda fəaliyyət göstərən 150-yə yaxın iş adamı iştirak edib.
Mənzil İnşaatı Dövlət Agentliyinin İdarə Heyətinin sədri Sadiq Sadıqov, KOBİA-nın İdarə Heyətinin sədri Orxan Məmmədov, Türkiyənin ölkəmizdəki səfiri Cahit Bağçı, Qəhrəmanmaraş Ticarət və Sənaye Palatasının sədri Mustafa Buluntu, Türkiyə Yüz İli Əməkdaşlıq və Həmrəylik Platformasının sədri Cengiz Aygör iki ölkə arasında iqtisadi, ticarət və investisiya sahəsində əməkdaşlığa, qarşılıqlı investisiya qoyuluşu imkanlarına, eləcə də zəlzələdən əziyyət çəkmiş Qəhrəmanmaraşda həyata keçirilən yenidənqurma işlərində Azərbaycanın roluna dair fikirlərini bölüşüblər.
Tədbir çərçivəsində AZPROMO tərəfindən ölkəmizin əlverişli investisiya mühiti və sərmayə qoyuluşu imkanları barədə təqdimat keçirilib, tekstil, tikinti, kənd təsərrüfatı, logistika, turizm, ticarət, qablaşdırma, elektrik sənayesi, elm və təhsil sahələrində fəaliyyət göstərən Azərbaycan və Türkiyə iş adamları arasında B2B görüşlər təşkil olunub.

Biznes     Tarix: 04 mart 2024

Oxşar xəbərlər

Azərbaycanda yerli və xarici MMC-lərin elektron qeydiyyatı pulsuz olacaq

Azərbaycanda yerli və xarici investisiyalı MMC-lərin elektron dövlət qeydiyyatı rüsumsuz aparılacaq. xəbər verir ki, bu barədə "Dövlət rüsumu haqqında" qanuna dəyişiklik layihəsində əks olunub. İndiyədək, anca

Bakı "PostEurop" Baş Assambleyası və Biznes Forumuna ev sahibliyi edəcək

7–8 oktyabr 2026-cı il tarixlərində Bakıda "PostEurop" Baş Assambleyası və Biznes Forumu keçiriləcək. xəbər verir ki, beynəlxalq tədbirə AZCON Holding şirkətlərindən olan "Azərpoçt" MMC ev sahibliyi edəcək

Azərbaycanda bazarın fəaliyyəti nəzarətə götürüldü – Ciddi pozuntular aşkarlanıb

Azərbaycan Qida Təhlükəsizliyi Agentliyinin Qazax-Tovuz regional bölməsinın əməkdaşları tərəfindən Şəmkir şəhəri, 20 Yanvar küçəsində fəaliyyət göstərən, "Həbibli-1" MMC-yə məxsus bazarda yoxlama keçirilib. "Qızı

"Gəncə Şərab-1"in dövlətə 30 min manata yaxın vergi borcu var – QƏRAR VERİLƏCƏK

"Gəncə Şərab-1" ASC-nin borclarının həll olunması məqsədilə şirkətin səhmdarlarının növbədənkənar iclası çağırılıb. xəbər verir ki, 6 noyabr 2026-cı il saat 15.00-da "Gəncə Şərab-1" ASC səhmdarlarını

Azərbaycanda sahibkar qadınlar kişilərdən – 3 DƏFƏ AZDIR

Bu ilin əvvəlində Azərbaycanda fərdi sahibkarların sayı 1 milyon 454 min 61 nəfər olub. Bank və sığorta sektorunda kişilərin maaşı qadınlardan 1421 manat çoxdur. biznes və maliyyə xəbərləri portalı Dövlət Statistika Komitəsin

Pampers 23 milyard dollar qazanıb

ABŞ-ın istehlak malları istehsalçısı "Procter & Gamble" (P&G) şirkətinin 2027-ci maliyyə ilinin birinci rübündə satışları illik müqayisədə 4% artaraq 23,3 milyard dollara çatıb. Şirkətin maliyyə nəticələr

Dövlət şirkətlərinin idarəetmə orqanlarının üzvlərinin mükafatlandırılması qaydası dəyişib

Nazirlər Kabineti 4 iyun 2019-cu il tarixli "Paylarının (səhmlərinin) nəzarət zərfi dövlətə məxsus olan hüquqi şəxslərin fəaliyyətində səmərəliliyin artırılması ilə bağlı bir sıra normativ hüquqi aktların təsdiq edilməs

Avropa şirkətlərinin 57 %-i Azərbaycandakı iqtisadi vəziyyəti qənaətbəxş sayır

Avropa İttifaqı (Aİ) şirkətlərinin 57 %-i Azərbaycandakı iqtisadi vəziyyəti qənaətbəxş qiymətləndirir. xəbər verir ki, bunu Bakıda keçirilən Aİ-Azərbaycan Biznes Forumunun 2024–2026-cı illər üzrə qrup rəhbəri Aytən Axundov

Azərbaycan Asiya-Sakit okean Pərakəndəçilər Assosiasiyaları Federasiyasına – ÜZV OLDU - FOTOLAR

Azərbaycan "Ticarət Şəbəkələrinin İnkişafı" ictimai birliyi (TŞİİB) vasitəsilə Asiya-Sakit okean Pərakəndəçilər Assosiasiyaları Federasiyasına (FAPRA) üzv qəbul edilib. . biznes və maliyyə xəbərləri portalı xəbə


iqtisadi xeberler pul qazanmaq rubl mezenne bank faizleri valyuta kurslari