Türk lirəsi ilə bağlı bədbin prqonozlar
Türkiyədə inflyasiya yenidən yüksəliş trayektoriyasına daxil olduğu üçün iqtisadçılar Türk lirəsi (TL) ilə bağlı proqnozlarını daha bədbinliyə dəyişirlər.
Marja.az xəbər verir ki, Almaniya qurumu olan "Deutsche Bank AG" 2023-cü ilin sonuna USD/TRY (Dollar/Türk Lirəsi) proqnozunu 27 lirə səviyyəsindən 32 lirəyə yüksəldib.
Bankın analitikləri Lirənin daha da ucuzlaşacağını gözləmələri ilə bağlı olaraq "qiymət artımı (inflyasiya) tendensiyasını və siyasətçilərin inflyasiyanın daha dayanıqlı bir yola qaytarılmasında üzləşdikləri çətinlikləri" qeyd ediblər. Analitiklər 2024-cü ilin sonu üçün proqnozlarını USD/TRY 35 lirə olaraq açıqlayıblar.
HSBC də USD/TRY proqnozunu 27 lirədən 29 lirəyə yüksəldib. Bank strateqləri inflyasiya gözləntilərinə istinad edərək 2024-cü il üçün dollar/TL üzrə 32 lirə olaraq təxmin edirlər. Strateqlər xarici ticarət kəsirinin TL üçün də risk yaratdığını bildiriblər.
"Valyuta perspektivində daha narahatedici mənzərə var, çünki güclü turizm gəlirlərinin dəstəyi noyabr ayında azalacaq", - strateqlər qeyd ediblər.
İstehlak qiymətləri indeksi (inflyasiya göstəricisi) iyul ayında iyun ayı ilə müqayisədə 9,49% artıb. İllik inflyasiya (ötən ilin iyul ayı ilə müqayisədə) 47,83 % təşkil edib.
Türkiyə Cümhuriyyəti Mərkəzi Bankı (TCMB) 2023-cü il üçün il sonu inflyasiya proqnozunu 22,3 faizdən 58 faizə qaldırdığını bildirib.

"Moody’s": Azərbaycan bankları kapital və likvidlik göstəricilərində regional liderlər sırasındadır
"PAŞA Kapital" "Ziraat Bank Azərbaycan"ın 15 milyon manatlıq istiqrazlarını uğurla yerləşdirib
Yapı Kredi Bank Azərbaycan müştərilərinə Çinin maliyyə mərkəzi Şanxay üzərindən birbaşa köçürmə imkanı təqdim edir
Banklara mesaj: Pullarınızı Mərkəzi Bankda deyil, bir-birinizdə yerləşdirin - "Vəsaitlər kreditləşməyə yönəlməlidir"
Mərkəzi Bank maliyyə sektorunun inkişafı üzrə hədəflərinin 15 faizini icra edə bilməyib
Milyarderin şirkəti 137 milyard dollar dəyərə çataraq Hindistanda 2-ci oldu
"Azərsun Holdinq" qeyri-neft sektorunun ikinci ən böyük ixracatçısı olub
Xarici bankların Azərbaycan bazarına daxil olmasına maneə yaradılır? – Taleh Kazımov cavab verdi
İşğaldan azad edilmiş ərazilərdə sahibkarlar üçün yeni güzəştli kredit məhsulu
"Banklar kredit verməyə müştəri tapa bilmirlər, bir-birinin müştərilərini cəlb etməyə çalışırlar"
Fond birjası nədir?
Ən bahalı otellər hansılardır?
Biznes qurmaq istəyənlərə 10 sadə məsləhət
Biznes plan necə yazılır?