Türkan Gündüzün 5 illik zəhməti bəhrəsini verdi - FOTO - VİDEO

Op.Dr. Türkan Gündüzün yeni kitabının təqdimatı baş tutub.
azxeber.com xəbər verir ki, müəllifin yeni kitabının adı "Düz bağırsağın xoşxassəli xəstəlikləri və onların müasir müalicə üsulları" olub. 
Təqdimatın girişində şairə Nazilə Səfərli çıxış edib. O, tədbiri açıq elan edib və həkim-proktoloq Türkan Gündüzün fəaliyyəti haqda qısa məlumat verib.
Bundan sonra, Türkan Gündüzün fəaliyyəti haqda video-çarx nümayiş etdirilib.
Təqdimatda çıxış edən müəllif Türkan Gündüz təqdimata gələnlərə təşəkkür edib və kitab barədə geniş danışıb:
"Hər kəsi salamlayıram. Çox həyəcanlıyam. Qərara gəldim bu kitab vasitəsilə özümə hesabat verim. Təbii ki, bu işdə əzmli olmaq lazımdır. 4 ildir bu kitabın üzərində çalışırdım. Kitabın çap olunmasının əsas səbəbi proktologiyada müasir avadanlıqlarla olunan əməliyyat metodlarıdır".
Daha sonra kitabın ərsəyə gəlməsi ilə bağlı video-çarx göstərilib.
Ardınca, müxtəlif xəstəxanaların həkimləri, direktorları və s. şəxslər tədbirdə çıxış edərək kitabla bağlı öz arzularını bildirib, Türkan Gündüzü təbrik ediblər.
Sonda, proktoloq fəxri fərman və diplomlarla təltif edilib.
Türkan Gündüz 26.08.1982-ci ildə Bakı şəhərində müəllim ailəsində ana olmuşdur. 1999-cu ildə Azərbaycan Tibb Universitetinin Müalicə Profilaktika fakültəsinə daxil olmuşdur. 2006-cı ildə bitirib, 2010-2012 illərdə Türkiyədə Konyanın Meram Tibb fakültəsində cərrahiyyə, eləcə də proktologiya ixtisası üzrə ixtisaslaşmışdır. 2011-2015-cü illərdə Ankara Tibb və Ankara Qazi Universitetində Cərrahiyyə və Proktologiya üzrə müasir əməliyyatların ən son üsullarla icra olunmasını öyrənmişdir. Həmin illərdə Azərbaycana dönmüş və öz ixtisası üzrə fəaliyyət göstərməyə başlamışdır.
2015-ci ildə Antalya Belekda Turk Koloproktoloji Konqresində iştirak etmişdir.
2016-cı ildə Avropa Koloproktoloji Cəmiyyətinin üzvü seçilmişdir və eyni ildə İtaliyanın Milan şəhərində keçirilən Ümumdünya Konqresinda iştirak etmişdir.
2019-cu ildə İtaliyada, Almaniyada, Türkiyədə koloproktologiya cərrahiyyəsi üzrə kurs keçmişdir. 2021-ci ildə Türkiyənin Koloproktoloji konfransında iştirak etmişdir və bununla bağlı sertifikat almışdır. Op.Dr.Türkan Gündüz həmçinin yerli və xarici məqalələrin müəllifidir.
Qeyd edək ki, kitab Op.Dr Türkan Gündüzün uzun müddətli elmi araşdırmalarının və iş təcrübəsinin praktikasının məhsuludur. Həmçinin Tibb Universitetinin tələbələrinə, gənc koloproktoloq olmaq istəyənlər üçün faydalı, elmi tibbi kitabdır.
Xatırladaq ki, Op.Dr. Türkan Gündüz hazırda "City Hospital" və Türkiyədə proktoloq-həkim kimi fəaliyyət göstərir. 
Bildirək ki, proktoloq Türkan Gündüz şəhid ailələri, qazilər və imkansız ailələr üçün əməliyyatları tam ödənişsiz edir.

Türkan Gündüzün 5 illik zəhməti bəhrəsini verdi - FOTO - VİDEOTürkan Gündüzün 5 illik zəhməti bəhrəsini verdi - FOTO - VİDEOTürkan Gündüzün 5 illik zəhməti bəhrəsini verdi - FOTO - VİDEOTürkan Gündüzün 5 illik zəhməti bəhrəsini verdi - FOTO - VİDEOTürkan Gündüzün 5 illik zəhməti bəhrəsini verdi - FOTO - VİDEOTürkan Gündüzün 5 illik zəhməti bəhrəsini verdi - FOTO - VİDEOTürkan Gündüzün 5 illik zəhməti bəhrəsini verdi - FOTO - VİDEOTürkan Gündüzün 5 illik zəhməti bəhrəsini verdi - FOTO - VİDEO

Xəbərlər     Tarix: 10 sentyabr 2022

Oxşar xəbərlər

"Karabakh Group"a rəhbərlik ASK-nın Baş katibinə həvalə olundu

"Karabakh Group" şirkətinin Baş icraçı direktoru vəzifəsinə yeni təyinat olub. xəbər verir ki, şirkətin Baş icraçı direktoru vəzifəsinə Azərbaycan Sahibkarlar Konfederasiyasının (ASK) Baş katibi Ziya Hacılı təyina

İstehsal sektoru çökür, xidmət sektoru dirçəlir

Almaniyanın özəl sektoru noyabr ayı üçün aşağı göstərici nümayiş etdirib. Şirkətlər həm biznes fəaliyyətində, həm də yeni sifarişlərdə daha yavaş artımlar olduğunu bildiriblər. xəbər verir ki, xidmət sektorunun fəaliyyə

Azərbaycan qızıl istehsalını yüksəldib

Azərbaycan 2025-ci ilin ilk 10 ayında qızıl istehsalı həcmini 2 593 kiloqrama yüksəldib. xəbər verir ki, bunu Dövlət Statistika Komitəsinə istinadən xəbər verir. İstehsal edilmiş qızıl öncəki ili 20 faiz üstələyib. Qeyd edə

"ƏDV geri al" mexanizminin tətbiq sahələri genişləndirilir

"ƏDV geri al" mexanizmi artıq bərbərxanalar, gözəllik salonları və kosmetoloji mərkəzlər tərəfindən göstərilən xidmətlərə şamil olunacaq. xəbər verir ki, Milli Məclisin bu gün keçirilən iclasında müzakirəyə çıxarıla

Əczaçılıq məhsullarının idxalına çəkilən xərc azalıb

Azərbaycan 424,755 milyon ABŞ dolları dəyərində əczaçılıq məhsulları idxal edib. xəbər verir ki, göstərici 2025-ci ilin yanvar-oktyabr aylarına məxsusdur. Dövlət Gömrük Komitəsinə istinadən verilən xəbərə görə, bu, 2024-c

Taleh Kazımov: Kredit faizləri istədiyimiz qədər azalmır - SƏBƏBİ AÇIQLANDI

Azərbaycanda kredit faizlərinin Mərkəzi Bankın arzuladığı səviyyədə aşağı düşməməsinin əsas səbəblərindən biri bank sektorunda rəqabətin zəif olmasıdır. xəbər verir ki, bunu Azərbaycan Mərkəzi Bankının sədri Taleh Kazımo

Azərbaycan nefti ucuzlaşıb

Azərbaycan nefti 121 dollardan yuxarı ticarət olunub. xəbər verir ki, "Azeri Light" markalı Azərbaycan neftinin bir barelinin qiyməti 1,07 ABŞ dolları azalaraq 121,08 ABŞ dollarına düşüb

Məktəblərdə davamiyyətə nəzarətlə bağlı süni intellektdən istifadə ediləcək

Təhsil sistemində səmərəliliyin artırılması məqsədilə süni intellektin tətbiqi xidmətlərinin satın alınması ilə bağlı açıq tender elan edilib. xəbər verir ki, Elm və Təhsil Nazirliyi yanında Təhsil Sisteminin İnformasiyalaşdırılmas

Bu tarixlərdə ardıcıl olaraq 4 gün İŞ OLMAYACAQ

Azərbaycanda noyabr ayında ardıcıl 4 gün qeyri-iş günü olacaq. xəbər verir ki, 8 Noyabr Zəfər Günü, 9 Noyabr isə Dövlət Bayrağı Günüdür. Əmək Məcəlləsinə və Nazirlər Kabinetinin müvafiq qərarlarına əsasən, 8 Noyabr baza


iqtisadi xeberler internetden pul qazanmaq iqtisadiyyat xeberleri bitcoin qiymeti birbank