Türkiyə iki ay ərzində 29 ölkəyə, o cümlədən Azərbaycana bal tədarük edib
Türkiyədən tədarük olunan böyük həcmli bal partiyaları ilin əvvəlindən dünyanın 29 ölkəsinə, o cümlədən Azərbaycana çatdırılıb.
Bu barədə Türkiyənin Şərqi Qara Dəniz İxracatçıları Birliyinin İdarə Heyətinin rəhbəri Saffet Kalyoncu məlumat verib.
Onun sözlərinə görə, 2024-cü ilin yanvar-fevral aylarında Türkiyə balı dünyanın 29 ölkəsinə ixrac olunub. "İlk iki ayda xaricə 1256 ton bal göndərilib ki, bu da ölkəyə 5 milyon 179 min 996 dollar gəlir gətirib" - S.Kalyoncu deyib.
Birliyin rəhbəri qeyd edib ki, türk bal istehsalçıları üçün ən böyük bazarlar ABŞ, Almaniya və Böyük Britaniyadır. "ABŞ-a bal ixracı ölkəyə 1 milyon 944 min 149 dollar gəlir gətirib. Ötən ilin yanvar-fevral ayları ilə müqayisədə Azərbaycan, Kanada, Oman, Malayziya, Şimali Makedoniya, Venesuelaya da bal tədarükü həyata keçirilib".
© Azərtac / marja.az
Dünya maliyyə bazarları ilə bağlı həftəlik analiz ®
İnvestAZ-dan dünya maliyyə bazarları ilə bağlı həftəlik analiz. InvestAZ İnvestisiya Şirkəti tərəfindən aparılan həftəlik bazar araşdırmalarına görə, 17–21 avqust həftəsində qlobal maliyyə bazarlarının əsas istiqamətveric
Alıcılara 8 ayda 169 milyon manatdan çox ƏDV qaytarılıb
2026-cı ilin yanvar – avqust ayları ərzində ölkə ərazisində pərakəndə ticarət, ictimai iaşə fəaliyyəti göstərən şəxslərdən alınmış mallara (neft və qaz məhsulları, avtomobillər, alkoqollu içkilər və tütün məmulatları istisn
1 tonu üçün 150 manat gömrük yığımı alınacaq
Nazirlər Kabineti 26 aprel 2016-cı il tarixli "Gömrük yığımlarının məbləğləri"ndə dəyişiklik edib. Bununla bağlı Baş nazir Əli Əsədov yeni əmr imzalayıb. VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 9.9%-dən. Qərar
Azərbaycan iqtisadiyyatı 21 ildə 3,8 dəfə böyüyüb
Azərbaycanın ümumi daxili məhsulu 2003–2024-cü illər ərzində real ifadədə 3,8 dəfə artıb. xəbər verir ki, göstəricilər "Rəqabətin inkişafına və inhisarçılıq fəaliyyətinin qarşısının alınmasına dair 2027–2029-cu illə
Avqust pensiyaları NƏ VAXT ÖDƏNİLƏCƏK?
Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondu tərəfindən avqustun 14-dən gec olmayaraq Bakı və Sumqayıt şəhərləri, eləcə də Abşeron rayonu üzrə bu ayın pensiyalarının ödənilməsi nəzərd