Türkiyə Mərkəzi Bankından yenidən faiz endirimi gözlənilir
Bu həftə iclas keçirəcək qlobal mərkəz banklarından cəmi 500 bənd faiz artımı gözlənildiyi halda, Türkiyə Cümhuriyyəti Mərkəzi Bankının (TCMB) yenidən faiz endirimi edəcəyi gözlənilir.
Marja xəbər verir ki, Bloomberg tərəfindən keçirilmiş və 17 qurumun iştirak etdiyi sorğuda orta gözlənti faizin 50 bəndi azaldılaraq 12,50% müəyyən ediləcəyi istiqamətindədir.
İllik 13.99%-dən 40 000 AZN-dək zaminsiz komissiyasız kredit!
TCMB avqust iclasında bazarın gözləntilərinin əksinə olaraq faizini 100 bənd azaldaraq 13 faizə endirib.
Türkiyə Mərkəzi Bankı faizi azaltması inflyasiyanın yüksək olduğu dövrə təsadüf edir. Son məlumatlar göstərib ki, inflyasiya 24 illik pik həddini yeniləyərək 80 faizdən yuxarıya çatıb.
TCMB payızda inflyasiyanın 90 faiz səviyyəsinə yaxınlaşacağını və ili 60,4 faizlə bağlayacağını proqnozlaşdırdığı halda, hökumət Orta Müddətli Proqramda inflyasiyanın 65 faizə düşəcəyini proqnozlaşdırmışdı.
İl sonu proqnozunu bölüşən 12 qurumun orta gözləntisi faiz dərəcəsinin 12 faizə endiriləcəyidir.
Ən aşağı il sonu proqnozunu verən qurumlar Mərkəzi Bankın əsas faizinin ilin sonuna qədər 9 faizə enəcəyini, ən yüksək faiz dərəcəsi proqnozunu paylaşan qurumlar isə faiz dərəcəsinin 2010-cu ilin sonuna qədər 13%səviyyəsində sabit qalacağını gözləyirlər. / marja.az

"Banklar kredit verməyə müştəri tapa bilmirlər, bir-birinin müştərilərini cəlb etməyə çalışırlar"
"Yaşıl maliyyəni həm iqlim qarşısında məsuliyyət, həm də müştərilərimiz üçün yeni imkan kimi görürük" - "Unibank"ın Dayanıqlılıq meneceri
Bu bankın İdarə Heyətinin sədri və üzvlərinin taleyi dekabrda müəyyənləşəcək
Oğurlanan bitkoinlərin hamısı geri qaytarılıb – RƏSMİ AÇIQLAMA
PAŞA Bank sahibkarlar üçün yeni POS Kredit məhsulunu təqdim edir ®
Mərkəzi Bankın sədri: Bankların kredit vermək üçün 4,6 milyard manat sərbəst vəsaiti var
Onlayn biznes növləri
Marketinq nə demədir?
Dünyanın ən varlı 10 adamı
"iPhone 15" modelinin üstünlükləri
Dizaynerlər üçün TOP-5 Freelance sayt