Türkiyə Mərkəzi Bankının yenidən faiz artıracağı gözlənilir
Amerika investisiya bankı JPMorgan, Türkiyə Cümhuriyyəti Mərkəzi Bankının (TCMB) aprel ayında əsas faiz dərəcəsini 5 faiz bəndi də artıraraq 45%-dən 50%-ə qaldıracağını gözləyir.
Marja.az xəbər verir ki, bu barədə Türkiyə mətbuatı yazır.
Fevralın 22-də Türkiyə Mərkəzi Bankı 2023-cü ilin iyununda başlayan faiz artımı dövrünü dayandıraraq əsas faiz dərəcəsini 45% səviyyəsində saxlayıb.
"İnflyasiyanın gözləntiləri aşması Türkiyə Mərkəzi Bankının seçkilərdən sonra (31 martda bələdiyyə seçkiləri keçiriləcək), Aprel yığıncağında faiz dərəcələrini artırmağa davam edəcəyinə dair ehtimalları artırıb", - media yazır.
Bazar iştirakçıları ilin sonunda inflyasiyanı 42%-dən çox, dolların milli valyuta - lirə (TL) qarşısında məzənnəsini isə 40 səviyyəsində proqnozlaşdırırlar.
Türkiyə Mərkəzi Bankının yeni sədri Fatih Karahan, tənzimləyicinin cari ilin sonuna inflyasiya proqnozunu 36% səviyyəsində saxladığını açıqlamışdır.
"Türkiyənin siyasi hakimiyyəti də ilin sonuna inflyasiyanın 34%-ə düşəcəyini gözləyir", - deyə maliyyə naziri Mehmet Şimşək bildirib.
Dünya maliyyə bazarları ilə bağlı həftəlik analiz ®
İnvestAZ-dan dünya maliyyə bazarları ilə bağlı həftəlik analiz. InvestAZ İnvestisiya Şirkəti tərəfindən aparılan həftəlik bazar araşdırmalarına görə, 17–21 avqust həftəsində qlobal maliyyə bazarlarının əsas istiqamətveric
Alıcılara 8 ayda 169 milyon manatdan çox ƏDV qaytarılıb
2026-cı ilin yanvar – avqust ayları ərzində ölkə ərazisində pərakəndə ticarət, ictimai iaşə fəaliyyəti göstərən şəxslərdən alınmış mallara (neft və qaz məhsulları, avtomobillər, alkoqollu içkilər və tütün məmulatları istisn
1 tonu üçün 150 manat gömrük yığımı alınacaq
Nazirlər Kabineti 26 aprel 2016-cı il tarixli "Gömrük yığımlarının məbləğləri"ndə dəyişiklik edib. Bununla bağlı Baş nazir Əli Əsədov yeni əmr imzalayıb. VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 9.9%-dən. Qərar
Azərbaycan iqtisadiyyatı 21 ildə 3,8 dəfə böyüyüb
Azərbaycanın ümumi daxili məhsulu 2003–2024-cü illər ərzində real ifadədə 3,8 dəfə artıb. xəbər verir ki, göstəricilər "Rəqabətin inkişafına və inhisarçılıq fəaliyyətinin qarşısının alınmasına dair 2027–2029-cu illə
Avqust pensiyaları NƏ VAXT ÖDƏNİLƏCƏK?
Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondu tərəfindən avqustun 14-dən gec olmayaraq Bakı və Sumqayıt şəhərləri, eləcə də Abşeron rayonu üzrə bu ayın pensiyalarının ödənilməsi nəzərd