Türkiyə və Rusiya rublla ticarət edəcək
Türkiyə və Rusiya rublla ticarətə keçmək barədə razılığa gəliblər.
"Report" TRT telekanalına istinadən xəbər verir ki, bu barədə Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan Soçidən qayıdarkən jurnalistlərə bildirib.
"Soçidə Putinlə görüşdə ticarətdə pul vahidi kimi rubldan istifadə etməyi razılaşdırdıq. Ticarətimizi rublla aparacağımız üçün bu, təbii ki, Türkiyə və Rusiya üçün ciddi gəlir mənbəyinə çevriləcək. Bundan əlavə, "Mir" kartı var. Hazırda beş bankımız bunu qəbul edir. Son nəticədə Rusiyadan gələn turistlərin qalma şəraitini yaxşılaşdıracaq bu məsələdə çox ciddi irəliləyişlər var. Onlar alış-veriş edə və hotel pulunu ödəyə biləcəklər. Səfər zamanı ölkələrimizin Mərkəzi Banklarının rəhbərləri tərəfindən danışıqlar aparılıb", - Ərdoğan deyib.

"Banklar kredit verməyə müştəri tapa bilmirlər, bir-birinin müştərilərini cəlb etməyə çalışırlar"
"Yaşıl maliyyəni həm iqlim qarşısında məsuliyyət, həm də müştərilərimiz üçün yeni imkan kimi görürük" - "Unibank"ın Dayanıqlılıq meneceri
Bu bankın İdarə Heyətinin sədri və üzvlərinin taleyi dekabrda müəyyənləşəcək
Oğurlanan bitkoinlərin hamısı geri qaytarılıb – RƏSMİ AÇIQLAMA
PAŞA Bank sahibkarlar üçün yeni POS Kredit məhsulunu təqdim edir ®
Mərkəzi Bankın sədri: Bankların kredit vermək üçün 4,6 milyard manat sərbəst vəsaiti var
Bitcoin nədir?
CV hazırlayarkən buraxılan 5 səhv
Birbank xidmətinə necə qoşulmaq olar?
ZARA-nın uğur hekayəsi
Biznes plan necə yazılır?