Türkiyə zeytun yağının ixracını DAYANDIRDI - SƏBƏB
Türkiyənin Ticarət Nazirliyi qlobal qiymət artımı, eləcə də İspaniya və İtaliyanın üçüncü ölkələrə satması səbəbindən zeytun yağının ixracını noyabrın 1-dək dayandırıb.
KONKRET.azyerli KİV-ə istinadən xəbər verir ki, bahalaşma səbəbindən Türkiyədə zeytun yağının maya dəyəri 102% artıb.
Beynəlxalq Zeytun Şurasının (UZK) məlumatlarına görə, Avropadakı quraqlıq səbəbindən dünya zeytun yağı istehsalı 20% azalıb. İstehsalda əsas azalma İtaliya və İspaniyada qeydə alınıb. Eyni zamanda, Türkiyədə bu rəqəm 62% artıb.
Nazirlik əlavə edib ki, 2022-ci ilin noyabrından 2023-cü ilin iyuluna qədər türk zeytun yağının ixracı 240% artaraq 136,5 min tona çatıb. Nəticədə Türkiyədə yağın qiyməti 102% artıb.
Bildirilib ki, Avropa İttifaqının yüksək gömrük rüsumları səbəbindən Türkiyə zeytun yağını Aİ ölkələrinə həddindən artıq kiçik həcmdə tədarük edə bilir:
"Noyabr-iyul aylarında İspaniyaya çəlləklə yağ ixracımız ötən ilin müvafiq dövrü ilə müqayisədə 21 dəfə, İtaliyaya isə 44 dəfə artıb"
Bunun fonunda nazirlik 2023-cü il noyabrın 1-dək zeytun yağının butulka və çəlləklərdə ixracına məhdudiyyət tətbiq etmək qərarına gəlib. Qeyd olunub ki, bu zaman ölkədə yeni zeytun məhsulunun yığılmasına başlanacaq.
İqbal Rzayev,
KONKRET.az

Mərkəzi "Bank Respublika" - "AccessBank" sövdələşməsinin bank sektoruna təsirini açıqlayıb
AMB: Kommersiya banklarını birləşməyə məcbur etmirik
"Bitcoin" 8 ayın maksimumuna yüksəlib - SON QİYMƏT
"Prior Credit" BOKT ASC nizamnamə kapitalını 48% artıraraq 3,1 milyon manata çatdırıb
AİB Direktorlar Şurasının üzvləri Gəncədə Bank Respublika-nın maliyyələşdirdiyi bizneslərlə tanış olublar
Bir Azərbaycanın rəqəmsal transformasiya təcrübəsini Ər-Riyadda "Money20/20 Middle East" tədbirində təqdim edib
Vergi borcu yaranan keytrinq şirkəti – MÜFLİS OLDU
"Bank of America" FED-dən bu il daha iki faiz artımı gözləyir
Bakı Biznes Mərkəzi Mədəniyyət Nazirliyinin tabeliyinə verildi - QƏRAR
Naxçıvan Müəllimlər İnstitutu ləğv edilir
Evdə biznes qurmağın yolları
Whatsapp biznesin üstünlükləri nələrdir?
Kriptovalyuta məzənnəsi necə analiz olunur?
Biznes təlimlər və tədris üsulları
Marketinq nə demədir?