Türkiyədə Azərbaycan kapitalı ilə qeydiyyata alınan şirkətlərin sayı - AÇIQLANDI
2024-cü ilin yanvar-aprel ayında Türkiyədə Azərbaycan kapitalı ilə 72 şirkət qeydiyyata alınıb ki, bu da 2023-cü ilin eyni dövrü ilə müqayisədə 20 şirkət azdır.
FED.az xəbər verir ki, bu barədə Türkiyə Ticarət və Sənaye Palatasından (TOBB) məlumat verilib.
Məlumatda qeyd olunur ki, hesabat dövründə, qeydiyyata alınan Azərbaycan şirkətlərinin sayının azalması ilə yanaşı, onların ümumi kapitalı da azalıb.
"Hesabat dövründə Türkiyədə qeydiyyata alınan Azərbaycan şirkətlərinin məcmu kapitalı 47,4 milyon türk lirəsi olduğu halda, 2023-cü ilin eyni dövründə bu rəqəm 83,5 milyon türk lirəsi təşkil edib", - deyə TOBB-dan bildirilib.
Qurumdan o da qeyd olunub ki, 2024-cü ilin yanvar-aprel ayında Azərbaycan şirkətlərinin əksəriyyəti İstanbulda (59) qeydiyyata alınıb.
"İstanbulda qeydiyyatdan keçən Azərbaycan şirkətlərinin ümumi kapitalı 43,4 milyon türk lirəsi təşkil edib", – deyə TOBB-dan qeyd edilib.
Məlumata əsasən ki, 2024-cü ilin yanvar-aprel ayında Türkiyədə Azərbaycan kapitalı ilə 35 ticarət şirkəti qeydiyyata alınıb.
Qalan şirkətlər iqtisadiyyatın digər sahələrində iştirak edir. (Trend)

EIB "Bank Respublika" və "AccessBank"ın birləşməsi ilə əldə etdiyi kompensasiyanın detallarını açıqlayıb
BOKT-un mənfəəti 5 dəfəyə yaxın artıb - Kredit portfeli 15,7 milyon manata çatıb
"PAŞA Həyat"ın ödənişləri 548 milyon manatı keçib, xalis mənfəəti artıb
"PAŞA Sığorta"da yığımlar artaraq 309 milyon manata çatıb, ödənişləri isə 131 milyon manata yaxınlaşıb
"A-Qroup"un mənfəəti 34% artıb, sığorta ödənişləri azalıb
"Xalq Həyat"ın mənfəəti artıb, sığorta ödənişləri azalıb
"İpək Yolu Sığorta"nın yığımları 75%, mənfəəti 53% artıb
Dövlət şirkətinin əmlak satışlarının müsabiqə vaxtı uzadıldı
ING: Azərbaycan Mərkəzi Bankı 2027-ci ildə uçot dərəcəsini sabit saxlayacaq
Elon Musk kimdir?
Ən varlı "youtube" blogerlər nə qədər qazanır?
Digital Card nədir?
İlon Mask kimdir?
Az pulla hansı işi qurmaq olar?