Türkiyədə Azərbaycan şirkətlərinin məcmu - KAPİTALI ARTIB
2023-ci ilin fevral ayında Türkiyədə Azərbaycan kapitalı ilə 43 şirkət qeydiyyata alınıb ki, bu da 2022-ci ilin eyni dövrü ilə müqayisədə 9 şirkət çoxdur.
Türkiyənin ən varlı iş adamları məlum oldu – 21 NƏFƏRLİK SİYAHI
FED.az xəbər verir ki, bu barədə TurkicWorld-ə Türkiyə Ticarət və Sənaye Palatasından (TOBB) məlumat verilib.
Məlumatda qeyd olunur ki, hesabat dövründə, qeydiyyata alınan Azərbaycan şirkətlərinin sayının artması ilə yanaşı, onların ümumi kapıtalıda artıb.
"Hesabat dövründə Türkiyədə qeydiyyata alınan Azərbaycan şirkətlərinin məcmu kapitalı 27,2 milyon türk lirəsi olduğu halda, 2022-ci ilin eyni dövründə bu rəqəm 13,6 milyon türk lirəsi təşkil edib"-deyə TOBB-dan bildirilib.
TOBB-dan o da qeyd olunub ki, 2023-cü ilin fevral ayında Azərbaycan şirkətlərinin əksəriyyəti İstanbulda (36) qeydiyyata alınıb.
"İstanbulda qeydiyatdan keçən Azərbaycan şirkətlərinin ümumi kapitalı 21,6 milyon türk lirəsi təşkil edib" –deyə TOBB-dan bildiriblər.
Qeyd olunub ki, 2023-cü ilin fevral ayında Türkiyədə Azərbaycan kapitalı ilə 23 topdan və pərakəndə ticarət şirkəti qeydiyyata alınıb.
Qalan şirkətlər iqtisadiyyatın digər sahələrində iştirak edir. (Trend)

EIB "Bank Respublika" və "AccessBank"ın birləşməsi ilə əldə etdiyi kompensasiyanın detallarını açıqlayıb
Azərbaycanda yerli və xarici MMC-lərin elektron qeydiyyatı pulsuz olacaq
BOKT-un mənfəəti 5 dəfəyə yaxın artıb - Kredit portfeli 15,7 milyon manata çatıb
"PAŞA Həyat"ın ödənişləri 548 milyon manatı keçib, xalis mənfəəti artıb
"PAŞA Sığorta"da yığımlar artaraq 309 milyon manata çatıb, ödənişləri isə 131 milyon manata yaxınlaşıb
"A-Qroup"un mənfəəti 34% artıb, sığorta ödənişləri azalıb
"Xalq Həyat"ın mənfəəti artıb, sığorta ödənişləri azalıb
"İpək Yolu Sığorta"nın yığımları 75%, mənfəəti 53% artıb
Dövlət şirkətinin əmlak satışlarının müsabiqə vaxtı uzadıldı
ING: Azərbaycan Mərkəzi Bankı 2027-ci ildə uçot dərəcəsini sabit saxlayacaq
Dünyanın TOP-3 biznes universiteti hansılardı?
Françayzinq nədir və necə olur?
Hazır biznes, yoxsa sıfırdan qurulan biznes?
ChatGPT nədir və ChatGPT necə istifadə edilir?
İKEA şirkətinin tarixi