Türkiyədə rəsmi inflyasiyanın 80 faizə qədər yüksəlməsinin səbəbi nədir və qardaş ölkəyə nə vəd edir? - ÖZƏL

Türkiyədə rəsmi inflyasiyanın 80 faizə qədər yüksəlməsinin səbəbi nədir və qardaş ölkəyə nə vəd edir? - ÖZƏLHazırda Türkiyədə rəsmi inflyasiya 80 faizə qədər yüksəlib. Bu rəqəm insanları təşvişə salacaq qədər böyük görünür. Türkiyə höküməti isə 2025-ci ildə inflyasiyanın 9.9 faizə düşəcəyi haqda proqnozlar verir. Bəs görəsən qardaş ölkədə inflyasiya rəqəmlərinin sürətlə armasının səbəbi nədir və hökumətin proqnozu nə dərəcədə real görünür?.
Mövzunu KONKRET.az-a şərh edən iqtisadçı ekspert Fuad İbrahimov bildirib ki, 2021-ci il dünyada inflyasiya ili kimi yadda qalıb: "Bilirsiniz ki, dünyada Pandemiya dövrü yaşandı və bu problemi aradan qaldırmaq üçün müxtəlif ölkələrin əksəriyyəti fiskal və monetar siyasət yürütdülər. Monetar siyasət yardımları, fiskal siyasət isə vergilərin azaldılmasını, müxtəlif imtiyazları özündə əks etdirir. Elə hesab edin ki, dənizdə zəlzələ baş verib və mütləq şəkildə sünami olmalıdır. İqtisadiyyatda da belədir. Kütləvi şəkildə həyata keçirilən monetar və fiskal siyasət ilk növbədə inflyasiya yaratmalı idi. Baxmayaraq ki, bir çox ölkələr buna hazırlığı həyata keçirməyə çalışırdılar, amma inflyasiyanın təsiri anidən özünü göstərdi. Demək olar ki, dünya iqtisadiyyatı inflyasiya ilə üzləşdi".
Türkiyədə rəsmi inflyasiyanın 80 faizə qədər yüksəlməsinin səbəbi nədir və qardaş ölkəyə nə vəd edir? - ÖZƏLEkspertin sözlərinə görə, Türkiyə hökumətinin də irəli sürdüyü monetar siyasət mövcuddur: "Bu siyasət ondan ibarətdir ki, Mərkəzi Bank ardıcıl olaraq uçot dərəcəsinin azaldılması istiqamətində addımlar atır. Nəzərə alsaq ki, Türkiyə iqtisadiyyatı və valyutası tam şəkildə üzən məzənnə rejimindədir, bu halda əlbəttə ki, uçot dərəcələrinin azalması inflyasiyanın artması ilə nəticələnir. Bu gün hökumət onu gizlətmir. Hətta Ərdoğanın da çıxışından bəlli olur ki, ətta HhH Türkiyə müsəlman qaydalarına uyğun olaraq inflyasiyanın uçot dərəcələrini az qala sıfıra qədər endirmək niyyətindədir. Çünki Türkiyə Prezidenti  çıxışında "faiz dərəcələrindən xalqı xilas etməliyik" deyir. Bunun üçün isə uçot dərəcələrini sıfıra endirmək lazımdır. Müəyyən dövrdə bu vəziyyətdən çox ağrılı şəkildə olsa da çıxmaq mümkünləşsə, o zaman iqtisadiyyat şəffaf dirçəliş yoluna qədəm qoyacaq. Amma hal-hazırda bu istiqamətdə proqnoz vermək çox çətindir".
Fuad İbrahimov əlavə edib ki, inflyasiya hər bir halda insanların cibinə zərbə endirir: "İnflyasiya vətəndaşın əlavə xərci deməkdir. İnsanlar əlavə xərclərlə üzləşirlərsə, o zaman hökumətlər mütləq şəkildə bu məsrəflərin qismən aradan qaldırılması ilə bağlı indeksasiya aparıb yardımlar göstərməlidirlər. Məsələn maaş və pensiyaların artırılması, müəyyən paket yardımların edilməsi kimi sosial tədbirlər görülə bilər. Düşünürəm ki, 2025-ci ildə Türkiyə səngimə dövrünə daxil ola biləcək".
Müşviq Tofiqoğlu,
KONKRET.az

Xəbərlər     Tarix: 05 sentyabr 2022

Oxşar xəbərlər

Bu şəxslərin pensiyası ARTIRILDI

1300-dən çox işləyən pensiyaçının pensiyası 6 il işlədikdən sonra proaktiv qaydada yenidən hesablanaraq artırılıb. xəbər verir ki, bu barədə Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi məlumat yayıb. Bildirilib ki, yaşa gör

Ölkədə orta aylıq əməkhaqqı 7% artıb

Bu ilin yanvar-iyun aylarında Azərbaycanda muzdla çalışan işçilərin orta aylıq nominal əməkhaqqı məbləği 1 174,4 manat təşkil edib. Azərbaycanda orta əməkhaqqı bir ayda 2.9 manat artıb. bu barədə Dövlət Statistika Komitəsin

Azərbaycan qızıl istehsalını yüksəldib

Azərbaycan 2025-ci ilin ilk 10 ayında qızıl istehsalı həcmini 2 593 kiloqrama yüksəldib. xəbər verir ki, bunu Dövlət Statistika Komitəsinə istinadən xəbər verir. İstehsal edilmiş qızıl öncəki ili 20 faiz üstələyib. Qeyd edə

Bəzi hallarda saytlara giriş MƏHDUDLAŞDIRILACAQ - Qanun DƏYİŞDİ

Azərbaycanda bəzi informasiyaların yerləşdirilməsinə görə saytlara məhdudlaşdırma tətbiq ediləcək. xəbər verir ki, Prezident İlham Əliyev bununla bağlı Cinayət, Cinayət-Prosessual Məcəllələrinə və "İnformasiya, informasiyalaşdırm

Maaşlardan yığılan vergi 21% artıb

Azərbaycanda 2026-cı ilin yanvar-iyul aylarında fiziki şəxslərin gəlir vergisi üzrə dövlət büdcəsinə 1 milyard 412,6 milyon manat vəsait daxil olub. Ötən ilin eyni dövründə bu göstərici 1 milyard 168,4 milyon manat təşki

Azərbaycanda bəzi məhsullar dövriyyədən çıxarılacaq - YENİ QAYDALAR

Texniki tənzimləməyə aid olan hər hansı malın insan üçün təhlükə yaratdığı müəyyən edilərsə, həmin məhsulun bazarda qalmasına icazə verilməyəcək. xəbər verir ki, sözügedən məsələ Milli Məclisin İqtisadi siyasət, sənaye v

Bakı Şəhər İcra Hakimiyyətinin bir sıra müəssisələri MMC kimi fəaliyyət göstərəcəklər

Nazirlər Kabineti Bakı Şəhər İcra Hakimiyyəti başçısının tabeliyində olan bir sıra müəssisələrin fəaliyyətinin təkmilləşdirilməsi haqqında qərar qəbul edib. xəbər verir ki, bununla bağlı qərarı Baş nazir Əli Əsədov imzalayıb

G20 iqtisadiyyatı 2030-cu ildə cəmi 2,9% böyüyəcək

Beynəlxalq Valyuta Fondu (BVF) dünyanın ən böyük 20 iqtisadiyyatının 2030-cu ildə cəmi 2,9% böyüyəcəyini açıqlayıb. Bu da 2009-cu il qlobal maliyyə böhranından bəri ən zəif ortamüddətli proqnozdur. xəbər verir ki, hesabatd

Bu şəxslərin pensiyası yenidən artacaq

"2026-cı ildə pensiyaların əlavə olaraq artırılması pensiya yaşına çatdıqdan sonra əmək fəaliyyətini davam etdirən və bu il iş stajının altı ili tamam olan vətəndaşlara şamil ediləcək". Bunu Milli Məclisin İqtisad


iqtisadi xeberler internetden pul qazanmaq bitkoin kripto online pul qazanmaq