Türkiyədə vergi və ödənişlər ARTIRILDI - SİYAHI
Türkiyədə vergi və rüsumlarla bağlı dəyişikliklər edilib.
KONKRET.azxəbər verir ki, bu barədə məlumat Türkiyənin Rəsmi Qəzetində dərc olunub.
Belə ki, istehlakçılar üçün mal və xidmətlərin dəyəri artıb.
Ən vacib dəyişikliklər aşağıdakılardır:
1. Bəzi mal və xidmətlərə tətbiq edilən ƏDV dərəcəsi 8 faizdən 10 faizə, ümumi ƏDV dərəcəsi isə 18 faizdən 20 faizə qaldırılıb.
2. Xaricdən gətirilən mobil telefonların qeydiyyat rüsumu 20 min türk lirəsinə qaldırılıb. Qeyd edək ki, əvvəllər bu, 6 min türk lirəsi idi.
3. Pasportların, iş icazələrinin verilməsinə, kadastr uçotunun aparılmasına və digər xidmətlərə görə tutulan rüsumlar da daxil olmaqla, dövlət xidmətlərinin bütün ödənişləri 50% artırılıb.
4. Qumar vergisi dərəcəsi 10%-dən 20%-ə yüksəlib.
5. İstehlak kreditləri üzrə bank və sığorta əməliyyatlarına görə vergi 10%-dən 15%-ə qaldırılıb.
İqbal Rzayev,
KONKRET.az
Bu şəxslərin pensiyası ARTIRILDI
1300-dən çox işləyən pensiyaçının pensiyası 6 il işlədikdən sonra proaktiv qaydada yenidən hesablanaraq artırılıb. xəbər verir ki, bu barədə Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi məlumat yayıb. Bildirilib ki, yaşa gör
Azərbaycan nefti ucuzlaşıb
Dünya bazarında "Azeri Light" markalı neft ucuzlaşıb. xəbər verir ki, dünya bazarında Azərbaycan neftinin 1 barelinin qiyməti 0.07 ABŞ dolları və ya 0.07% azalaraq 95.5 ABŞ dolları təşkil edib. Xatırladaq ki, neftimizi
Paytaxtda mənzillərin qiyməti artır? - VİDEO
Daşınmaz əmlak bazarında qiymət artımı davam edir. -ın "Xəzər" TV-yə istinadən yaydığı məlumata görə, əmlak məsələləri üzrə ekspert Elnur Fərzəliyev bildirib ki, bahalaşma xüsusilə sahəsi kiçik olan mənzillərd
Neft ucuzlaşdı
Azərbaycan nefti ucuzlaşıb. xəbər verir ki, dünya bazarlarında "Azeri Light" (CIF) markalı Azərbaycan neftinin qiyməti azalıb. Belə ki, Azərbaycan neftinin 1 barelə olan qiyməti 1,18 ABŞ dolları azalaraq 66,51 AB
Maaşlardan yığılan vergi 21% artıb
Azərbaycanda 2026-cı ilin yanvar-iyul aylarında fiziki şəxslərin gəlir vergisi üzrə dövlət büdcəsinə 1 milyard 412,6 milyon manat vəsait daxil olub. Ötən ilin eyni dövründə bu göstərici 1 milyard 168,4 milyon manat təşki