Türkiyənin ilk yerli avtomobilləri ixrac edilib

Türkiyənin ilk yerli avtomobilləri ixrac edilibTürkiyə İxracatçılar Məclisi (TİM) tərəfindən, Ticarət Nazirliyinin dəstəyi və "Tomorrow: Now (Gələcək: İndi)" mövzusu ilə təşkil olunan Türkiyə İnnovasiya Həftəsi 2025 (TIW) Haliç Konqres Mərkəzində öz qapılarını açdı.

Biznes.az xəbər verir ki, Türkiyənin Ticarət naziri Ömər Bolat, Türkiyə İnnovasiya Həftəsinin açılış mərasimində iştirak edib. Türkiyənin ticarət naziri Ömər Bolat, Almaniyaya ixrac edilmək üçün 100 ədəd Togg (Türkiyənin Avtomobil Təşəbbüs Qrupu) avtomobilinin yola düşdüyünü bildirib.

Almaniyaya ixrac olunan Togg avtomobilləri barədə məlumat verən nazir Bolat deyib:

"Bir az əvvəl Türkiyənin ilk yerli avtomobil təşəbbüsü olan Togg-un baş direktoru (Gürcan Karakaş) mənə mesaj göndərdi. Avtomobilin ixtira edildiyi ölkə olan Almaniyaya, ilk partiya olaraq 100 ədəd Togg avtomobili qatarla ixrac edilib. Xeyirli və uğurlu olsun."

Nazir əlavə edib: "İlin sonuna qədər təxminən 1000 ədəd Togg ixrac ediləcək."

Açılış mərasimində çıxış edən Ticarət Naziri Ömər Bolat və TİM sədri Mustafa Gültepe, innovasiyanın Türkiyə iqtisadiyyatının gələcəyində və ixracatın davamlı artımında strateji əhəmiyyət daşıdığını vurğulayıblar.

Ticarət naziri Ömər Bolat çıxışında "Türkiye Innovation Week"in hər il daha da güclənən məzmunla davamlılıq nümunəsinə çevrildiyini bildirib. Bu il təxminən 20 min nəfərlik rekord iştirakın qeydə alındığını qeyd edən Bolat deyib:

"AR-GE, innovasiya, rəqəmsal və yaşıl transformasiya, e-ixracat kimi sahələr Türkiyənin gələcəyini formalaşdırır. Əlavə dəyər yaradan hər fəaliyyət bizim üçün ən dəyərli sərmayədir."

Türkiyənin ilk yerli avtomobili TOGG-un Almaniyaya ilk dəfə ixrac edildiyini elan edən Bolat əlavə edib:

"Avtomobilin ixtira edildiyi ölkə olan Almaniyaya, ilk partiya olaraq 100 ədəd Togg avtomobili qatarla ixrac edilib. İlin sonuna qədər bu say 1000-ə yaxınlaşacaq".

Bolat, Türkiyənin güclü iqtisadi liderliyi ilə bölgəsində bir sabitlik adası olduğuna diqqət çəkərək deyib:

"İqtisadi hədəflərimizə çatmağın yeganə yolu innovasiya ilə əlavə dəyəri artırmaqdır. Daha çox istehsal, daha çox ixracat və daha çox məşğulluq üçün çalışmağa davam edəcəyik".

11 oktyabrda başa çatacaq TIW 2025 çərçivəsində texnologiya, davamlılıq, rəqəmsal transformasiya, süni intellekt, AR-GE və sahibkarlıq mövzularında keçiriləcək panellərlə Türkiyənin qlobal ixracat rəqabətində innovativ gücünü artırmaq hədəflənir.

Xəbərlər     Tarix: 10 oktyabr 2025

Oxşar xəbərlər

Azərbaycan nefti ucuzlaşıb

Azərbaycan nefti 121 dollardan yuxarı ticarət olunub. xəbər verir ki, "Azeri Light" markalı Azərbaycan neftinin bir barelinin qiyməti 1,07 ABŞ dolları azalaraq 121,08 ABŞ dollarına düşüb

Çin mənzil bazarını canlandırmaq üçün yeni tədbirlər görür

Çin, maliyyə sistemini təhdid edə biləcək daha da zəifləmə ilə bağlı narahatlıqlarla mübarizə aparan mənzil bazarını canlandırmaq üçün yeni tədbirləri nəzərdən keçirir. xəbər verir ki, məsələ ilə tanış olan insanların sözlərin

Bəzi hallarda saytlara giriş MƏHDUDLAŞDIRILACAQ - Qanun DƏYİŞDİ

Azərbaycanda bəzi informasiyaların yerləşdirilməsinə görə saytlara məhdudlaşdırma tətbiq ediləcək. xəbər verir ki, Prezident İlham Əliyev bununla bağlı Cinayət, Cinayət-Prosessual Məcəllələrinə və "İnformasiya, informasiyalaşdırm

Toyuq əti istehsalında kəskin artım - Necə olacaq?

Azərbaycan Quş əti, Yumurta İstehsalçıları və İxracatçıları Assosiasiyasının məlumatı: . Azərbaycan quş qripindən azad ölkə statusunda: Quşçuluq sektoru bundan nə qazanır?. Son illərdə Azərbaycanın qeyri-neft sektorunda davaml

"Meta" Azərbaycanda vergi qeydiyyatına alınır

"Meta" Azərbaycanda vergi qeydiyyatından keçir". xəbər verir ki, bu barədə texnobloqer Fərid Pərdəşünas paylaşım edib. O bildirib ki, artıq reklamverənlər reklam hesablarında VÖEN-lərini göstərərək hazırd

"Vita Milk" MMC-nin Rusiyadan gətiridiyi yağlarda uyğunsuzluq aşkarlandı - GERİ QAYTARILDI

Qida Təhlükəsizliyi Agentliyinin (AQTA) apardığı nəzarət tədbirləri zamanı "Vita Milk" MMC tərəfindən idxal olunan bitki tərkibli spred yağı məhsulundan nümunələr götürülərək müayinə edilib. xəbər verir ki, bu barəd

Bu şəxslərin pensiyası yenidən artacaq

"2026-cı ildə pensiyaların əlavə olaraq artırılması pensiya yaşına çatdıqdan sonra əmək fəaliyyətini davam etdirən və bu il iş stajının altı ili tamam olan vətəndaşlara şamil ediləcək". Bunu Milli Məclisin İqtisad

Paytaxtda mənzillərin qiyməti artır? - VİDEO

Daşınmaz əmlak bazarında qiymət artımı davam edir. -ın "Xəzər" TV-yə istinadən yaydığı məlumata görə, əmlak məsələləri üzrə ekspert Elnur Fərzəliyev bildirib ki, bahalaşma xüsusilə sahəsi kiçik olan mənzillərd

Maaşlardan yığılan vergi 21% artıb

Azərbaycanda 2026-cı ilin yanvar-iyul aylarında fiziki şəxslərin gəlir vergisi üzrə dövlət büdcəsinə 1 milyard 412,6 milyon manat vəsait daxil olub. Ötən ilin eyni dövründə bu göstərici 1 milyard 168,4 milyon manat təşki


iqtisadi xeberler kicik biznes birbank biznes krediti valyuta mezennesi