Türkiyənin ixracı azalıb
Türkiyə Statistika Təşkilatı (TÜİK) iyun ayı xarici ticarət məlumatlarını açıqlayıb.
Marja xəbər verir ki, 2023-cü ilin iyun ayında Türkiyənin ixracı əvvəlki ilin eyni ayı ilə müqayisədə 10,5 azalaraq 20 milyard 904 milyon dollara geriləyib. İdxal isə 17,5 faiz azalaraq 26 milyard 64 milyon dollar olub.
2023-cü ilin yanvar-iyun dövründə isə ixrac əvvəlki ilin eyni dövrü ilə müqayisədə 1,9 faiz azalaraq 123 milyard 341 milyon dollar, idxal isə 4,1 faiz artaraq 184 milyard 576 milyon dollar təşkil edib.
İyun ayında xarici ticarət kəsiri 37,3% azalıb
İyun ayında xarici ticarət kəsiri əvvəlki ilin eyni ayı ilə müqayisədə 37,3% azalaraq 8 milyard 236 milyon dollardan 5 milyard 160 milyon dollara geriləyib. 2022-ci ilin iyun ayında ixracın idxala nisbəti 73,9 faiz olduğu halda, 2023-cü ilin iyun ayında 80,2 faizə yüksəlib.
Yanvar-iyun dövründə xarici ticarət kəsiri 18,7 faiz artıb
Yanvar-iyun dövründə xarici ticarət kəsiri 18,7 faiz artaraq 51 milyard 577 milyon dollardan 61 milyard 235 milyon dollara yüksəlib. 2022-ci ilin yanvar-iyun dövründə ixracın idxala nisbəti 70,9 faiz olduğu halda, 2023-cü ilin eyni dövründə 66,8 faizə enib. / marja.az

"Moody’s": Azərbaycan bankları kapital və likvidlik göstəricilərində regional liderlər sırasındadır
"PAŞA Kapital" "Ziraat Bank Azərbaycan"ın 15 milyon manatlıq istiqrazlarını uğurla yerləşdirib
Yapı Kredi Bank Azərbaycan müştərilərinə Çinin maliyyə mərkəzi Şanxay üzərindən birbaşa köçürmə imkanı təqdim edir
Banklara mesaj: Pullarınızı Mərkəzi Bankda deyil, bir-birinizdə yerləşdirin - "Vəsaitlər kreditləşməyə yönəlməlidir"
Mərkəzi Bank maliyyə sektorunun inkişafı üzrə hədəflərinin 15 faizini icra edə bilməyib
Milyarderin şirkəti 137 milyard dollar dəyərə çataraq Hindistanda 2-ci oldu
"Azərsun Holdinq" qeyri-neft sektorunun ikinci ən böyük ixracatçısı olub
Xarici bankların Azərbaycan bazarına daxil olmasına maneə yaradılır? – Taleh Kazımov cavab verdi
İşğaldan azad edilmiş ərazilərdə sahibkarlar üçün yeni güzəştli kredit məhsulu
"Banklar kredit verməyə müştəri tapa bilmirlər, bir-birinin müştərilərini cəlb etməyə çalışırlar"
Fond birjası nədir?
Ən bahalı otellər hansılardır?
Biznes qurmaq istəyənlərə 10 sadə məsləhət
Biznes plan necə yazılır?