Türkiyənin "Papara" finteç şirkəti "T-Bank"ı alır

Türkiyənin Türkiyənin maliyyə texnologiyaları şirkəti "Papara", "T-Bank"ın səhmlərini almaq üçün "Bankmed SAL" və "Arab Bank PLC" ilə razılığa gəldiyini açıqlayıb. "Bankmed SAL" və "Arab Bank PLC" "T-Bank"ın 50-50 səhmdarlarıdır.
Azərbaycan iş adamlarının - TÜRKİYƏYƏ YATIRIMLARI 4 DƏFƏ ARTIB
FED.az xəbər verir ki, "Papara" indiyə qədər etdiyi ən böyük alışa imza ataraq böyüməyə doğru ilk addımı atıb. 
"Papara"nın baş direktoru Emre Kenci, satınalma prosesinin "Bank Tənzimləmə və Nəzarət Təşkilatı" (BDDK) və Rəqabət Şurasının təsdiqindən sonra tamamlanacağını bildirib.
"2023-cü ildə sığorta və investisiya məhsulları ilə zənginləşdirdiyimiz təcrübəmizə, əsas bank məhsullarını əlavə etməklə ən yüksək səviyyəyə çatdıracağıq. Beləliklə, biz Papara-nın maliyyənin bütün sahələrində xidmət göstərən "Super Tətbiq" olmaq yolunu tamamlayacağıq",- Emre Kenci bildirib
"T-Bank"ın baş direktoru Servet Taze açıqlamasında bildirib: "T-Bankın fərdi və korporativ bankçılıq sahəsində dərin köklü təcrübəsi və 1930-cu illərdən bəri bank sektorundakı geniş bilik və təcrübəsi "Papara"nın istifadəçi yönümlü vizyonu ilə gücləndiriləcək və bu, ənənəvi bank məhsullarının innovativ texnologiyalar və həllər ilə daha çox istifadəçiyə çatmasına imkan verəcəkdir".
"Papara"nın qlobal bazarlarda rəqabət aparma potensialına inandığını qeyd edən Taze, bu satınalmanın Türkiyədə maliyyə sahəsində təməl daşı olacağını və sektoru daha da irəli aparacağını ifadə edib. (Marja)

Biznes     Tarix: 05 mart 2024

Oxşar xəbərlər

Azərbaycanda yerli və xarici MMC-lərin elektron qeydiyyatı pulsuz olacaq

Azərbaycanda yerli və xarici investisiyalı MMC-lərin elektron dövlət qeydiyyatı rüsumsuz aparılacaq. xəbər verir ki, bu barədə "Dövlət rüsumu haqqında" qanuna dəyişiklik layihəsində əks olunub. İndiyədək, anca

Bakı "PostEurop" Baş Assambleyası və Biznes Forumuna ev sahibliyi edəcək

7–8 oktyabr 2026-cı il tarixlərində Bakıda "PostEurop" Baş Assambleyası və Biznes Forumu keçiriləcək. xəbər verir ki, beynəlxalq tədbirə AZCON Holding şirkətlərindən olan "Azərpoçt" MMC ev sahibliyi edəcək

Azərbaycanda bazarın fəaliyyəti nəzarətə götürüldü – Ciddi pozuntular aşkarlanıb

Azərbaycan Qida Təhlükəsizliyi Agentliyinin Qazax-Tovuz regional bölməsinın əməkdaşları tərəfindən Şəmkir şəhəri, 20 Yanvar küçəsində fəaliyyət göstərən, "Həbibli-1" MMC-yə məxsus bazarda yoxlama keçirilib. "Qızı

"Gəncə Şərab-1"in dövlətə 30 min manata yaxın vergi borcu var – QƏRAR VERİLƏCƏK

"Gəncə Şərab-1" ASC-nin borclarının həll olunması məqsədilə şirkətin səhmdarlarının növbədənkənar iclası çağırılıb. xəbər verir ki, 6 noyabr 2026-cı il saat 15.00-da "Gəncə Şərab-1" ASC səhmdarlarını

Azərbaycanda sahibkar qadınlar kişilərdən – 3 DƏFƏ AZDIR

Bu ilin əvvəlində Azərbaycanda fərdi sahibkarların sayı 1 milyon 454 min 61 nəfər olub. Bank və sığorta sektorunda kişilərin maaşı qadınlardan 1421 manat çoxdur. biznes və maliyyə xəbərləri portalı Dövlət Statistika Komitəsin

Pampers 23 milyard dollar qazanıb

ABŞ-ın istehlak malları istehsalçısı "Procter & Gamble" (P&G) şirkətinin 2027-ci maliyyə ilinin birinci rübündə satışları illik müqayisədə 4% artaraq 23,3 milyard dollara çatıb. Şirkətin maliyyə nəticələr

Dövlət şirkətlərinin idarəetmə orqanlarının üzvlərinin mükafatlandırılması qaydası dəyişib

Nazirlər Kabineti 4 iyun 2019-cu il tarixli "Paylarının (səhmlərinin) nəzarət zərfi dövlətə məxsus olan hüquqi şəxslərin fəaliyyətində səmərəliliyin artırılması ilə bağlı bir sıra normativ hüquqi aktların təsdiq edilməs

Avropa şirkətlərinin 57 %-i Azərbaycandakı iqtisadi vəziyyəti qənaətbəxş sayır

Avropa İttifaqı (Aİ) şirkətlərinin 57 %-i Azərbaycandakı iqtisadi vəziyyəti qənaətbəxş qiymətləndirir. xəbər verir ki, bunu Bakıda keçirilən Aİ-Azərbaycan Biznes Forumunun 2024–2026-cı illər üzrə qrup rəhbəri Aytən Axundov

Azərbaycan Asiya-Sakit okean Pərakəndəçilər Assosiasiyaları Federasiyasına – ÜZV OLDU - FOTOLAR

Azərbaycan "Ticarət Şəbəkələrinin İnkişafı" ictimai birliyi (TŞİİB) vasitəsilə Asiya-Sakit okean Pərakəndəçilər Assosiasiyaları Federasiyasına (FAPRA) üzv qəbul edilib. . biznes və maliyyə xəbərləri portalı xəbə


iqtisadi xeberler pul qazanmaq rubl mezenne bank faizleri valyuta kurslari