"Twitter"in analoqu Aİ-də işləməyəcək
"Meta"nın "Twitter"in analoqu kimi yaratdığı "Threads" platforması Avropa İttifaqında (Aİ) işləməyəcək. Bildirilir ki, sosial şəbəkə 2023-cü il 6 iyul tarixində təqdim ediləcək.
Tətbiq "Twitter" kimi işləyəcək və analoji funksiyalara sahib olacaq. Orada postu bəyənmək, dərc etmək və onlara rəy bildirmək mümkün olacaq. Həmçinin istifadəçilər qeydiyyatdan keçmədən "Threads"ə "Instagram" hesablarından girə biləcəklər.
Yeni tətbiq yaratmaqla "Meta" korporasiyası "Twitter"in problemlərindən yararlanmağa çalışır. "The Wall Street Journal" xatırladır ki, son doqquz ay ərzində "Twitter" çoxsaylı texniki problemlərlə üzləşib, minlərlə işçini işdən çıxarıb, istifadəçiləri və reklamçılarını itirib və məzmunun moderasiyası siyasətini yüngülləşdirdiyinə görə tənqid edilib.
Avropa Komissiyasının sözçüsü məsələ ilə bağlı şərh verməkdən imtina edib. Lakin İrlandiya tənzimləyicisinin rəhbərinin müavini "Bloomberg"ə bildirib ki, "Meta" platformanı Aİ-də işə salmağı planlamır. / banker.az

Mərkəzi "Bank Respublika" - "AccessBank" sövdələşməsinin bank sektoruna təsirini açıqlayıb
AMB: Kommersiya banklarını birləşməyə məcbur etmirik
"Bitcoin" 8 ayın maksimumuna yüksəlib - SON QİYMƏT
"Prior Credit" BOKT ASC nizamnamə kapitalını 48% artıraraq 3,1 milyon manata çatdırıb
AİB Direktorlar Şurasının üzvləri Gəncədə Bank Respublika-nın maliyyələşdirdiyi bizneslərlə tanış olublar
Bir Azərbaycanın rəqəmsal transformasiya təcrübəsini Ər-Riyadda "Money20/20 Middle East" tədbirində təqdim edib
Vergi borcu yaranan keytrinq şirkəti – MÜFLİS OLDU
"Bank of America" FED-dən bu il daha iki faiz artımı gözləyir
Bakı Biznes Mərkəzi Mədəniyyət Nazirliyinin tabeliyinə verildi - QƏRAR
Naxçıvan Müəllimlər İnstitutu ləğv edilir
SMM nə deməkdir?
ChatGPT nədir və ChatGPT necə istifadə edilir?
Dünyanın TOP-5 bahalı geyim şirkətləri
İlon Mask kimdir?
Biznes nədir?