Üç kənddə sakinlər köməksiz qalıb
Hazırda İsmayıllı rayonunun 3 kəndində rayon mərkəzi ilə əlaqə tamamilə kəsilib.
Biznes.az xəbər verir ki, bunu İsmayıllı rayon İcra başçısı Vüqar Bəşirov deyib. O bildirib ki, hazırda Qoydan kəndində giriş-çıxış mümkün deyil. Yağan güclü yağışlar nəticəsində kəndi lil basıb. Sakinlər kənddən çıxa bilmirlər, çünki kəndə gedən yolları sel aparıb. Bundan əlavə isə kəndlərdə torpaq sürüşməsi də qeydə alınıb. Kəndə texnika gələ bilmir. Hazırda isə yağışlı hava şəraiti davam etməkdədir. Qoydan kəndinin sakinləri isə məlumat verib ki, kənddə qalan bir neçə ailə çöldə gecələməli olub.
Azərbaycan nefti ucuzlaşıb
Azərbaycan nefti 121 dollardan yuxarı ticarət olunub. xəbər verir ki, "Azeri Light" markalı Azərbaycan neftinin bir barelinin qiyməti 1,07 ABŞ dolları azalaraq 121,08 ABŞ dollarına düşüb
Media subyektləri üçün vergi güzəştinin müddəti uzadılır
Azərbaycanda media subyektləri üçün vergi güzəştinin müddəti daha 3 il uzadılır. xəbər verir ki, Milli Məclisin bu gün keçirilən iclasında müzakirəyə çıxarılıb. Vergi Məcəlləsinə təklif edilən dəyişiklik zamanı əksini tapıb
Bu ərizəni verməyənlər 200 man cərimə olunacaq
30 gün müddətində vergi orqanında uçota alınmaq üçün ərizənin verilməməsinə görə 200 manat məbləğində maliyyə sanksiyası tətbiq ediləcək. xəbər verir ki, məsələ Milli Məclisin bugünkü iclasında müzakirə olunan Vergi Məcəlləsind