Ucarda KOB dostu fəaliyyətə başlayıb - FOTOLAR
Kiçik və Orta biznesin İnkişafı Agentliyinin (KOBİA) təşkilatçılığı ilə Ucar rayonunda bölgədə fəaliyyət göstərən sahibkarlarla görüş keçirilib. Tədbirdə 80-ə yaxın sahibkar və müvafiq dövlət qurumlarının nümayəndələri iştirak ediblər.
FED.az xəbər verir ki, KOBİA-nın İdarə Heyətinin sədri Orxan Məmmədov və Ucar Rayon İcra Hakimiyyətinin başçısı Mənsur Məmmədov sahibkarlara göstərilən dövlət dəstəyi tədbirləri, rayonun iqtisadi potensialı və biznes imkanları barədə məlumat veriblər. KOBİA-nın dəstək və xidmətləri, eləcə də KOB dostu mexanizmi barədə məlumat da sahibkarların diqqətinə çatdırılıb, Ucar rayonu üzrə KOB dostu rayonun biznes ictimaiyyətinə təqdim edilib.
Qeyd olunub ki, Ucar KOB dostu ofisi Mərkəzi Aran iqtisadi rayonu üzrə sayca 5-ci, ölkə üzrə isə 48-ci KOB dostu ofisidir. KOB dostu regionda sahibkarlığın inkişafına, biznesin ehtiyacı olan dəstəyin yerində təmin olunmasına və çətinliklərinin operativ həllinə dəstək olacaq. Ucarda KOB dostunun fəaliyyətə başlaması rayonda yeni KOB subyektlərinin və bizneslərin yaranmasına öz töhfəsini verəcəkdir.
Tədbirdə həmçinin, KOB dostu mexanizmi, KOBİA-nın mikro və kiçik sahibkarlara göstərdiyi dəstək barədə video çarxlar nümayiş olunub, sahibkarları maraqlandıran suallar cavablandırılıb.
Sonra tədbir iştirakçıları Ucar Gənclər Evində yerləşən KOB dostu ofisində sahibkarlara dəstək və xidmətlərin göstərilməsi üçün yaradılmış şəraitlə tanış olublar.

EIB "Bank Respublika" və "AccessBank"ın birləşməsi ilə əldə etdiyi kompensasiyanın detallarını açıqlayıb
BOKT-un mənfəəti 5 dəfəyə yaxın artıb - Kredit portfeli 15,7 milyon manata çatıb
"PAŞA Həyat"ın ödənişləri 548 milyon manatı keçib, xalis mənfəəti artıb
"PAŞA Sığorta"da yığımlar artaraq 309 milyon manata çatıb, ödənişləri isə 131 milyon manata yaxınlaşıb
"A-Qroup"un mənfəəti 34% artıb, sığorta ödənişləri azalıb
"Xalq Həyat"ın mənfəəti artıb, sığorta ödənişləri azalıb
"İpək Yolu Sığorta"nın yığımları 75%, mənfəəti 53% artıb
Dövlət şirkətinin əmlak satışlarının müsabiqə vaxtı uzadıldı
ING: Azərbaycan Mərkəzi Bankı 2027-ci ildə uçot dərəcəsini sabit saxlayacaq
Biznes planı necə yazmaq lazımdır?
Biznes qurmaq üçün nə lazımdır?
Hazır bizneslərdə ən çox edilən 5 səhv
Kriptovalyuta nədir və necə alınır?
Françayzinq nədir və necə olur?