Üçüncü CulTech Hakatonu keçiriləcək

Üçüncü CulTech Hakatonu keçiriləcək12-13 oktyabr 2024-cü il tarixlərində Azərbaycanda üçüncü dəfə keçiriləcək CulTech hakatonu mədəniyyət və texnologiya sahələrini bir araya gətirərək yaradıcı sənayelərdə qarşıya çıxan problemlərə innovativ həll yolları tapmağı hədəfləyir.
Bu tədbir mədəniyyət sahəsində çalışmaq istəyən gənclərin və komandaların öz kreativ bacarıqlarını nümayiş etdirmələri üçün unikal imkan yaradır.
CulTech hakatonu 48 saat davam edəcək intensiv iş zamanı iştirakçıları peşəkar mentor dəstəyi ilə təmin edərək onların məhsul ideyalarını prototip mərhələsinə qədər inkişaf etdirmələrinə dəstək verəcək. Bu müddət ərzində komandalar mədəniyyət sahəsindəki aktual problemləri həll etməyə çalışacaq və hazırladıqları innovativ layihələri tədbirin sonunda münsiflər heyətinə təqdim edəcəklər.
Tədbirin sonunda münsiflər heyəti tərəfindən ən yaxşı layihələr seçiləcək və üç qalib komanda elan ediləcək. Qaliblərə həvəsləndirici hədiyyələr təqdim olunacaq:
- 1-ci yer: Samsung Galaxy Tab A9 planşeti
- 2-ci yer: JBL Tune 720 simsiz qulaqlığı
- 3-cü yer: Smartwatch
Hakaton mədəniyyət sahəsində kreativ həllərə yönəlmiş iştirakçılara müxtəlif sahələrdən peşəkarların köməyi ilə layihələrini gerçəkləşdirmək üçün əvəzsiz imkanlar təqdim edəcək.
Təşkilatçılar və dəstəkçilər: CulTech hakatonu, Azərbaycan Respublikası Mədəniyyət Nazirliyinin və Mədəni və Yaradıcı Sənayelərin İnkişaf Mərkəzinin dəstəyi ilə həyata keçiriləcək. Tədbir "SUP.VC" şirkətinin təşkilatçılığı ilə baş tutacaq.
- Tarix: 12-13 oktyabr 2024
- Məkan: Yaradıcı Mərkəz (Mehdi Mehdizadə küçəsi 29, Xətai rayonu, Bakı)
Müraciət üçün link:
Əlaqə: [email protected]
Üçüncü CulTech Hakatonu keçiriləcəkÜçüncü CulTech Hakatonu keçiriləcəkÜçüncü CulTech Hakatonu keçiriləcək/ marja.az

Maraqlı     Tarix: 27 sentyabr 2024

Oxşar xəbərlər

Pekində Azərbaycan dili üçün yeni rəqəmsal resurs yaradılıb — istifadə pulsuzdur

Dünyada ilk müasir Azərbaycan ədəbi dilinin balanslaşdırılmış korpusu olan "azGLOBE" 31 oktyabr 2026-cı ildə Pekin Xarici Dillər Universiteti (PXDU) tərəfindən istifadəyə verilmişdir. "azGLOBE" korpus

Nepal və Tibetdə dağıdıcı selə nə səbəb olub?

Mənbə: . Hadisə Azərbaycandan minlərlə kilometr uzaqda, Himalay dağlarının Nepal və Çin sərhədində baş versə də, bu cür təbii fəlakətlərin necə yarandığını və bir-biri ilə necə əlaqəli olduğunu anlamaq coğrafi baxımdan mühü

SpaceX-ə rəqib ilk dəfə orbitə çıxıb

Almaniyanın raket istehsalçısı "Isar Aerospace" həftəsonu ilk dəfə uğurla orbitə çatıb. xəbər verir ki, bu, Avropanın kommersiya kosmik sənayesi üçün mühüm mərhələ hesab olunur. Şirkət sürətlə artan tələbatı qarşılama

Türkiyəyə əcnəbi tələbə axını: Say 360 mini keçib, Azərbaycan ilk sıralardadır

Türkiyə universitetlərində təhsil alan əcnəbi tələbələrin sayı son 10 ildə təxminən 4 dəfə artaraq 360 mini keçib. Tələbələrin bir qismi seriallarda gördüyü mədəniyyətə maraq göstərdiyi, digərləri isə təhsil xərclərini nəzər

Satışı artıran sehrli formul

Satışları artırmaq üçün nə lazımdır? Daha böyük reklam büdcəsi? Daha çox satış əməkdaşı? Yoxsa daha çox müştəri?. Bankçılıq, Məhsulların İdarə edilməsi və həyat sığortası sahələrində qazandığım təcrübə mənə bir şeyi öyrədib

Çinin elektromobil istehsalçıları avtomobil bazarı zəiflədikcə humanoid robotlara yönəlir

Çin şirkətləri on il əvvəl elektrik avtomobilləri sektoruna sürətlə daxil olmuşdular. İndi isə elektromobil bazarında sərt rəqabət fonunda artımın zəifləməsi onları humanoid robotlar (insanabənzər robot) sahəsinə yönəldir

Süni intellekt bizi zənginləşdirəcək, yoxsa sadəcə şirkətləri?

Təsəvvür edin, ölkənin ÜDM-i artır, şirkətlər rekord mənfəət açıqlayır, amma sizin maaşınız demək olar ki, dəyişmir. Süni intellekt iqtisadiyyatı daha məhsuldar edə bilər. Amma məhsuldarlığın artması avtomatik olaraq insanları

Sibirdə şübhəli hadisə taunla bağlı narahatlığı artırıb – xəstəlik haqqında nə bilirik?

— Taun tarixdə ən çox qorxu doğuran xəstəliklərdən biridir və on milyonlarla insanın ölümünə səbəb olmuş pandemiyalarla yadda qalıb. Bu gün insanlarda taun hallarına nadir rast gəlinir və adətən antibiotiklərlə müalicə olun

"Süni intellekt hamımızın ölümünə səbəb ola bilər" - Süni intellekt şirkətinin əməkdaşı istefa verdi

Süni intellekt şirkəti Anthropic-in əməkdaşı Ceykob Kokson (Jacob Coxon) süni intellektin "real güc və resurslar əldə edə biləcək fövqəlinsan sistemlərə çevrilə biləcəyini" iddia edərək şirkətdən istefa verdiyin


iqtisadi xeberler kicik biznes internetden pul qazanmaq dollarin kursu bu gun biznes krediti