Ulu öndər Heydər Əliyevin 100 illik yubileyinə və "Sahibkarlar Günü"nə həsr olunmuş - KONFRANS KEÇİRİLİB

Ulu öndər Heydər Əliyevin 100 illik yubileyinə və Məlum olduğu kimi, 2023-cü il ölkəmizdə "Heydər Əliyev ili" elan edilib. Ümummilli liderin Azərbaycanda bazar iqtisadiyyatının formalaşmasında, sahibkarlıq ənənələrinin bərpasında və inkişafında danılmaz xidmətləri var. 21 il bundan əvvəl – 2002-ci ilin 25 aprel tarixində ümummilli lider Heydər Əliyevin yerli sahibkarlarla, may ayında isə xarici iş adamları ilə tarixi görüşləri olub. Təsadüfi deyildir ki, Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin 2016-cı il 21 aprel tarixli Sərəncamı ilə 25 aprel tarixi artıq 8 ildir ki, ölkəmizdə "Sahibkarlar Günü" kimi qeyd olunur.  
Mikayıl Cabbarov: "Əsas neft yataqları hasilatın azalması mərhələsindədir"
FED.az xəbər verir ki, ulu öndər Heydər Əliyevin 100 illik yubileyi və "Sahibkarlar Günü" ilə bağlı aprelin 25-də "Gülüstan" sarayında İqtisadiyyat Nazirliyinin dəstəyi, Kiçik və Orta biznesin İnkişafı Agentliyinin (KOBİA) və Azərbaycan Sahibkarlar (İşəgötürənlər) Təşkilatları Milli Konfederasiyasının təşkilatçılığı ilə "Heydər Əliyev və Azərbaycanda sahibkarlığın inkişafı" mövzusunda Konfrans keçirilib. 
KOBİA-nın yaydığı məlumatda bildirilir ki, əvvəlcə tədbir iştirakçıları Fəxri Xiyabanda ümummilli lider Heydər Əliyevin məzarını ziyarət edib, xatirəsini ehtiramla anaraq abidəsi önünə əklil qoyublar. Konfrans iştirakçıları həmçinin, Şəhidlər Xiyabanında Azərbaycanın müstəqilliyi və ərazi bütövlüyü uğrunda canlarından keçmiş qəhrəmanlarımızın xatirəsini ehtiramla yad edib, "Əbədi Məşəl" kompleksinə əklil qoyublar.
Konfrans öz işinə Azərbaycanın dövlət himninin səslənməsi, ulu öndər Heydər Əliyevin və Azərbaycanın ərazi bütövlüyü uğrunda canından keçmiş şəhidlərimizin əziz xatirəsinin bir dəqiqəlik sükutla yad olunması ilə başlayıb. 
Tədbirdə aidiyyəti dövlət qurumlarının rəhbər şəxsləri, sahibkarların ictimai birliklərinin nümayəndələri, eləcə də müxtəlif sahələrdə fəaliyyət göstərən iş adamları iştirak ediblər.
Konfransda çıxış edən Azərbaycan Respublikası Prezidentinin sosial-iqtisadi məsələlər üzrə köməkçisi Xalid Əhədov xalqımızın ümummilli lideri, müstəqil Azərbaycan dövlətinin qurucusu, görkəmli siyasi və dövlət xadimi Heydər Əliyevin anadan olmasının 100 illik yubileyi ilə bağlı 2023-cü ilin ölkəmizdə "Heydər Əliyev ili" elan olması, bununla əlaqədar ölkəmizdə və xaricdə həyata keçirilən silsilə tədbirlər, ulu öndərin ölkəmizin inkişafı istiqamətində misilsiz xidmətləri barədə fikirlərini bölüşüb, sahibkarları 25 aprel "Sahibkarlar Günü" münasibətilə təbrik edib. 
İqtisadiyyat naziri Mikayıl Cabbarov video müraciətində ölkəmizdə bazar münasibətləri prinsipləri əsasında iqtisadiyyatın, o cümlədən, özəl sektorun formalaşması və inkişafında ulu öndərin rolu, bu siyasətin Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin rəhbərliyi ilə uğurla davam etdirilməsi barədə danışıb. Qeyd olunub ki, ölkəmizdə biznes və investisiya mühiti davamlı olaraq yaxşılaşır, sahibkarlıq fəaliyyətini tənzimləyən qanunvericilik bazası və dəstək alətləri müasir çağırışlar əsasında təkmilləşdirilir, sahibkar-dövlət münasibətləri inkişaf edir. Qarşıdakı dövrdə də sahibkarlığın inkişafı, biznesin stimullaşdırılması məqsədilə tədbirlər davam etdiriləcəkdir.
Əmək və əhalinin sosial müdafiəsi naziri Sahil Babayev ümummilli lider Heydər Əliyevin müəllifi olduğu və Prezident cənab İlham Əliyev tərəfindən uğurla davam etdirilən iqtisadi inkişaf strategiyasının sosialyönümlü olduğunu, sahibkarlığın bu strategiyaya uyğun olaraq sosial rifah və məşğulluqda mühüm rol oynadığını vurğulayıb. Nazir Sahil Babayev dövlət başçısının sosial sahəyə xüsusi qayğısı nəticəsində vətəndaş rifahının təminatı istiqamətində atılan addımları, xüsusilə son 5 ildə 4 sosial islahat paketi icra edilərək sosial ödənişlərdə ciddi artımlara nail olunduğunu diqqətə çatdırıb. Özəl sektorun korporativ sosial məsuliyyət layihələrini, məşğulluğun təmin olunmasında, özünüməşğulluq proqramının genişləndirilməsində, həssas qrupların sosial müdafiəsi tədbirlərində yaxından iştirakı və dəstəyi, Nazirliyin sosial tərəfdaşlıq müstəvisində sahibkarlarla fəal əməkdaşlıq təcrübəsi qeyd olunub. 
İqtisadiyyat nazirinin müavini Sahib Ələkbərov ulu öndər Heydər Əliyevlə bağlı xatirələrini bölüşüb, ümummilli liderin Azərbaycana rəhbərlik etdiyi bütün dövrlərdə xalqını zamanın mürəkkəb tarixi-siyasi sınaqlarından uğurla çıxardığını, qeyri-adi idarəçilik bacarığı və yüksək vətənpərvərliyi sayəsində ölkəmizdə sosial-iqtisadi, elmi-texniki və mədəni sahələrin inkişafına nail olunduğunu bildirib. 
Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin sədri Bahar Muradova Heydər Əliyevin cəmiyyətdə qadınların rolunu yüksək qiymətləndirdiyini, onların müxtəlif fəaliyyət sahələrində ön sıralarda olmasına dəstək göstərdiyini, Azərbaycanda lider və sahibkar qadınların yetişməsinin hazırda bu siyasətin uğurla davam etdirilməsinin nəticəsi olduğunu qeyd edib.
Kiçik və Orta Biznesin İnkişafı Agentliyinin İdarə Heyətinin (KOBİA) sədri Orxan Məmmədov ölkəmizdə kiçik və orta biznesin inkişafının, KOB-ların iqtisadiyyatda rolunun artırılmasının prioritet istiqamətlərindən olduğunu vurğulayıb, bu sahədə görülən tədbirlər, Agentliyin fəaliyyəti və KOB-lara göstərilən dəstək və xidmətlər barədə məlumat verib.
Azərbaycan Həmkarlar İttifaqları Konfederasiyasının sədri Səttar Möhbalıyev çıxışında sahibkar və işçilər arasında düzgün münasibətlərin qurulması, bunun sahibkarlıq fəaliyyətinə müsbət təsiri barədə danışıb.
Azərbaycan Sahibkarlar (İşəgötürənlər) Təşkilatları Milli Konfederasiyasının prezidenti Məmməd Musayev dövlət dəstəyinə adekvat cavab verən ölkə sahibkarlarının Azərbaycanın inkişafına və çiçəklənməsinə öz müsbət töhfəsini verdiyini, pandemiya və 44 günlük Vətən Müharibəsi zamanı sahibkarların göstərdiyi dəstəyin dövlət-özəl sektor tərəfdaşlığına gözəl nümunə olduğunu qeyd edib, ulu öndər Heydər Əliyevdən başlayaraq bu günə qədər dövlət-sahibkar əməkdaşlığının möhkəmləndirilməsi istiqamətində görülən işlərə dair fikirlərini bölüşüb. 
"Azərsun Holdinq"in Müşahidə Şurasının sədri Abdolbari Goozal və Azərbaycan Banklar Assosiasiyasının prezidenti Zakir Nuriyev ümummilli lider Heydər Əliyevin sahibkarlarla görüşləri, verdiyi tapşırıq və tövsiyələr, o cümlədən 2002-ci ilin aprel və may aylarında sahibkarlarla görüşlərinə dair təəssüratlarını, özəl bölmənin inkişafı istiqamətində həyata keçirilən islahatlar barədə müsbət fikirlərini bölüşüblər.
Tədbirdə ulu öndərin həyat və fəaliyyətinə, Azərbaycanın inkişafı və çiçəklənməsi, o cümlədən, sahibkarlığın inkişafı sahəsində gördüyü işlərə həsr olunmuş "Əbədiyyətin ilk əsri. Heydər Əliyev 100" filmi nümayiş olunub.
Konfransın sonunda Prezident İlham Əliyevə konfrans iştirakçıları adından müraciət qəbul olunub.
Tədbir bədii hissə ilə başa çatıb. 
Konfrans çərçivəsində "Gülüstan" sarayının foyesində ulu öndər Heydər Əliyevin həyat və fəaliyyətinin müxtəlif dövrlərini əks etdirən fotosərgi təşkil olunub. 

Biznes     Tarix: 25 aprel 2023

Oxşar xəbərlər

Azərbaycan-Kamboca sənədləri mübadilə olunub

Azərbaycan Respublikası ilə Kamboca Krallığı arasında imzalanmış sənədlərin oktyabrın 12-də Prezident İlham Əliyevin və Baş nazir Hun Manetin iştirakı ilə mübadiləsi mərasimi olub. xəbər verir ki, "Azərbaycan Respublikasını

İki nəfərin öldüyü "Şəki yaylası" istirahət mərkəzi bağlandı

Sentyabr ayında Şəki rayonunda iki nəfərin ölümü ilə nəticələnən bədbəxt hadisənin baş verdiyi "Şəki Yaylası" istirahət mərkəzinin fəaliyyəti müvəqqəti olaraq dayandırılıb. "Şəki Yaylası"ndakı hadisə il

Azərbaycanda restoranlarda ən az pul xərclənən 10 region – SİYAHI

Azərbaycanda restoranlarda ən az pul xərclənən regionlar məlum olub. Hansı bankın kartı ilə restorana getmək daha sərfəlidir? - BANKLAR, "KƏŞBƏK", SİYAHI (Noyabr, 2026). biznes və maliyyə xəbərləri portalı xəbə

Yeni yaradılan şirkətə - DÖVLƏT QURUMUNDAN QADAĞA – ƏTRAFLI

Yumşaq inventarlar, yataq ləvazimatları, geyimlər və s. satan "Novruzlu AF" MMC (VÖEN: 1507399671) dövlət satınalmaları üzrə "etibarsız təchizatçı"lar siyahısına əlavə edilib. Müştərilərə məhsulu üzərindək

Vüqar Bayramov: "İqtisadiyyat azsaylı böyük bizneslər üzərində qurulmamalıdır"

Azərbaycan iqtisadiyyatı azsaylı böyük bizneslər üzərində qurulmamalıdır. Kiçik sahibkarlara 5 illik vergi güzəşti 10 min vergi ödəyicisini əhatə edəcək. xəbər verir ki, bunu deputat Vüqar Bayramov Milli Məclisin İqtisad

Şuşa restoranlarında bir ildə - 7 MİLYON MANAT HESAB VERİLİB

2025-ci ildə Şuşada ictimai iaşə dövriyyəsinin həcmi 7 milyon 51 min manat olub. . Azərbaycanda restoranlarda ən çox pul xərclənən 10 region – SİYAHI. biznes və maliyyə xəbərləri portalı xəbər verir ki, ötən il Şuşada restoranlard

ATİB sədri Mürsəl Rüstəmov Türkiyənin Cümhuriyyət Bayramı münasibətilə keçirilən mərasimə qatılıb - FOTOLAR

Bu gün Bakı Türk Şəhidliyində Türkiyə Respublikasının Cümhuriyyət Bayramının 103-cü ildönümü münasibətilə anım və çələngqoyma mərasimi keçirilib.  biznes və maliyyə xəbərləri portalı xəbər verir ki, mərasimdə Türkiyə Respublikasını

Dövlət şirkətlərinin idarəetmə orqanlarının üzvlərinin mükafatlandırılması qaydası dəyişib

Nazirlər Kabineti 4 iyun 2019-cu il tarixli "Paylarının (səhmlərinin) nəzarət zərfi dövlətə məxsus olan hüquqi şəxslərin fəaliyyətində səmərəliliyin artırılması ilə bağlı bir sıra normativ hüquqi aktların təsdiq edilməs

"Norm"un 5 illik strategiyası: Yeni zavodlar, məhsullar və Qarabağ planı – RAMİL MAHMUDOVLA MÜSAHİBƏ

Azərbaycanın sement sənayesində lider mövqeyə malik şirkətlərindən biri olan "Norm" ASC ölkənin tikinti materialları bazarında mühüm rol oynayır. Müasir istehsal texnologiyaları, illik 2,1 milyon ton sement istehsal


iqtisadi xeberler bu gunun xeberleri dollar kursu internetden pul qazanmaq biznes xeberleri