Unibank müştəriləri pulu necə və harada yığır?

Unibank müştəriləri pulu necə və harada yığır?(®) Bir ildən çoxdur ki müştərilərin istifadəsinə verilən "Unibank"ın "Topla" rəqəmsal məhsulu minlərlə bank müştərisini hədəfinə çatdırıb.
UBank mobil əlavəsində "Topla" rəqəmsal məhsulunda pul toplamaq üçün onlayn depozit hesabı açanlar maraqlı hədəflər seçiblər.  İndiyədək "Topla" yaradan Unibank müştəriləri özlərinə 100 minə yaxın hədəf müəyyən edib. Bu müddətdə hədəfinə çatanlar yığdıqları vəsaitlə istəklərini reallaşdırıblar. 
Unibank müştərisi A.Məmmədov deyir ki, bank sektorunda ilk olan "Topla" rəqəmsal məhsulunu eksperiment kimi sınaqdan keçirmək üçün onlayn hesab açaraq vəsaitni ora qoyub: "Rəqəmsal depozitin şərtləri əvvəldən məlum olduğuna görə,  bilirdim ki müddətin sonunda nə qədər gəlir götürəcəm. Üstün tərəfləri odur ki, istədiyin vaxt hesab açıb vəsaitini qoya və istədiyin vaxt hesabı bağlayıb pulunu çıxara bilirsən. Mən pulu ev almaq üçün yığırdım. Ona görə də mənim üçün münasib qiymətə ev tapan zaman dərhal pulumu hesabdan çıxarmaq imkanının olması vacib idi.  "Topla" həm rahatdır, həm də təhlükəsizdir. Artıq ikinci hədəfim üzrə vəsait yığımına başlamışam".
S. Əliyeva da "Topla"da ilk hesab açan müştərilərdəndir: ""Topla" məhsulu haqqında eşidən kimi onlayn depozit hesabı açdım. Həm yüksək bonus verir, həm də təhlükəsizdir. Bankda gedib depozit hesabı açmaqdan çox rahatdır. İstədiyin vaxt üzərinə pul əlavə edə, istədiyin vaxt onlayn daxılı sındırıb, vəsaiti götürə bilərsən. Mənim hədəfim maşın almaq idi,  "Topla" bu arzumu həyata keçirməyə kömək etdi".
İ.Mədətovun fikrincə də, "Topla" maraqlı məhsuldur: "Mən yeni məhsul və xidmətləri sınamağı xoşlayıram. Bu məhsulu da sınamaq istədim. Filiala getmədən çox rahat hesab açmaq imkanı, cəlbedici faizi, istədiyin vaxt vəsait çıxarmağın mümkünlüyü, ən əsası da sığortalı olması diqqətimi çəkdi. Hədəfimin adını "Səyahət" qoymuşdum. Elə "Topla"da yığdığım vəsaitə də Yeni ili ailəmlə Avropada qarşılamaq üçün səyahət bileti aldım". 
E.Abbaszadə isə özünə telefon almaq üçün "Topla"nı seçib: "Doğrusu, neçə vaxtdır özümə iPhone almaq istəyirdim. Amma pul yığa bilmirdim. "Topla" mənim həm də yığım bacarığımı formalaşdırdı. Məhsul haqqında eşidən kimi UBank-da onlayn depozit hesabı açdım. İmkan olduqca, hesabıma pul əlavə edirdim. Nəhayət bir ilin sonunda hədəfim olan pulu yığdım. Çox rahat məhsuldur. Üstəlik yuvarlaqlaşdırma funksiyasını da aktiv etmişəm, kart ödənişlərimdə müəyyən vəsait avtomatik bu hesaba köçür. Bu da hədəfə daha tez çatmağa imkan yaradır".  
"Unibank"ın UBank mobil tətbiqində təqdim etdiyi, onlayn "Topla" məhsulu sizə hədəflərinizə çatmaq üçün pul yığmağa imkan yaradır. İstədiyiniz yerdə, istədiyiniz vaxtda onlayn daxılınıza minimal məbləğlə pul yığmağa başlaya və seçdiyiniz müddət ərzində hədəf məbləğinizi toplayaraq, əlavə faizlər qazana bilərsiniz. Onlayn depozit hesabınızdakı vəsait Əmanətlərin Sığortalanması Fondunun şərtlərinə uyğun sığortalanır.  
Məhsul haqda unibank.az saytından () daha ətraflı məlumat almaq olar.   / marja.az

Banklar     Tarix: 20 dekabr 2023

Oxşar xəbərlər

Banklara mesaj: Pullarınızı Mərkəzi Bankda deyil, bir-birinizdə yerləşdirin - "Vəsaitlər kreditləşməyə yönəlməlidir"

Azərbaycan Mərkəzi Bankı 2026-cı ilin sonunadək valyuta bazarında alışyönümlü müdaxilələrini davam etdirə bilər. Növbəti iki ayda 500 milyon – 1 milyard ABŞ dolları həcmində valyuta alışının həyata keçirilməsi ehtimal olunur

Azərbaycanda bank müştərilərinin sayı 17 milyonu keçib

2026-cı ilin sentyabr ayının sonuna olan məlumata görə, ölkədə bank müştərilərinin və müştəri hesablarının sayında həm aylıq, həm də illik müqayisədə artım qeydə alınıb. bu barədə Azərbaycan Mərkəzi Bankının dərc etdiyi statisti

Yapı Kredi Bank Azərbaycan müştərilərinə Çinin maliyyə mərkəzi Şanxay üzərindən birbaşa köçürmə imkanı təqdim edir

"Yapı Kredi Bank Azərbaycan" QSC müştərilərinin beynəlxalq əməliyyatlarını asanlaşdırmaq və xarici ticarət üzrə ödəniş imkanlarını genişləndirmək istiqamətində fəaliyyətini davam etdirir. Bank bu məqsədlə Çini

Hədəfinə çat, əlavə faiz qazan: Yelo Bank-dan yeni əmanət məhsulu

Yelo Bank yığım vərdişini oyuna, hədəfə çatmağı isə qazanca çevirən yeni əmanət məhsulunu – "Yelo Hədəf"i təqdim edir. Məhsulun əsas yanaşması sadədir: müştəri əmanət açarkən özü üçün hədəf məbləğ müəyyən edir

Bankın ali idarəetmə orqanında dəyişiklik planlaşdırılır – Səhmdarları toplanır

"Azər-Türk Bank" Açıq Səhmdar Cəmiyyətinin (ASC) Müşahidə Şurasının tərkibində dəyişiklik edilməsi planlaşdırılır. xəbər verir ki, bununla bağlı bankın səhmdarlarının növbədənkənar ümumi yığıncağı çağırılıb. Yığınca

Bir ekosistemi Qarabağ sakinləri üçün yeni məşğulluq layihəsinə start verib

Bir ekosistemi Qarabağın bərpası və yenidən qurulmasına verdiyi töhfələri genişləndirərək, doğma yurdlarına qayıdan vətəndaşların peşəkar inkişafını və əmək bazarına inteqrasiyasını dəstəkləyən yeni təşəbbüsə start verib

Azərbaycanda əhali nağd 1.47 mlrd.-ını manata çeviriblər

Azərbaycanda xarici valyuta təklifinin tələbi üstələməsi 2026-cı ilin sentyabr ayında da davam edib. Hesabat ayında bankların nağd ABŞ dolları alışı 182,2 milyon dollar, satışı isə 98,7 milyon dollar təşkil edib. Beləliklə

İpoteka kreditlərinin verilməsi qaydaları dəyişdi

İpoteka və Kredit Zəmanət Fondu (Fond) ipoteka kreditlərinin verilməsi qaydalarına edilən dəyişikliklər barədə məlumat yayıb. Marja xəbər verir ki, məlumatda bildirilir:. "İpoteka və Kredit Zəmanət Fondu (Fond) 2006-c

Mərkəzi Bankın sədri: Bankların kredit vermək üçün 4,6 milyard manat sərbəst vəsaiti var

Azərbaycanda bank sektorunun izafi likvidliyi yüksək səviyyədə qalmaqda davam edir. Bankların mövcud tənzimləyici tələblər nəzərə alındıqdan sonra kreditləşməyə yönəldə biləcəyi sərbəst vəsaitlərinin həcmi 4,6 milyard mana


iqtisadi xeberler dollar kursu valyuta mezennesi biznes krediti birbank