"Unibank"dan 100 milyon manatlıq böyümə

"Unibank" 2022-ci ilin birinci yarısı (yanvar-iyun dövrü) üzrə maliyyə göstəricilərini açıqlayıb.
GƏLİRLƏRİ ARTIB
Marja.az xəbər verir ki, "Unibank"ın faiz gəlirləri 2021-ci ilk 6 ayı ilə müqayisədə 2022-ci ilin ilk 6 ayında 20 milyon 774 min manat və ya 38% artaraq 75 milyon 487 min manat, qeyri-faiz gəlirləri isə 6 milyon 48 min manat və ya 33% artaraq 24 milyon 256 min manata yüksəlib.
2022-ci ilin birinci yarısında "Unibank"ın cəmi əməliyyat gəlirləri (faiz və qeyri-faiz gəlirləri) 99 milyon 742 min manat, cəmi əməliyyat xərcləri (faiz və qeyri-faiz xərcləri) 90 milyon 736 min manat, gəlirlər xərcləri üstələdiyindən əməliyyat mənfəəti 9 milyon 6 min manat təşkil edib. Bank mümkün zərərlər üçün yaradılan məqsədli ehtiyatlara 8 milyon 217 min manat ayırdığından hesabat dövrünü 790 min manat xalis mənfəət ilə bağlayıb.
Müqayisə üçün qeyd edək ki, 2021-ci ilin birinci yarısında "Unibank"ın cəmi əməliyyat gəlirləri 72 milyon 921 min manat, cəmi əməliyyat xərcləri 60 milyon 942 min manat, əməliyyat mənfəəti 11 milyon 979 min manat, mümkün zərərlər üçün yaradılan məqsədli ehtiyatlara ayırma 8 milyon 63 min manat, xalis mənfəəti 3 milyon 915 min manat təşkil etmişdi.
"Unibank"ın cəmi əməliyyat gəlirlərinin 26 milyon 821 min manat artmasına qarşılıq, cəmi əməliyyat xərcləri 29 milyon 794 min manat artıb. Xərclər gəlirlərdən daha çox artdığından əməliyyat mənfəəti 2 milyon 973 min manat azalıb.
BANK DAHA DA BÖYÜYÜB
2021-ci ilin sonu ilə müqayisədə "Unibank"ın cəmi aktivləri 104 milyon 376 min manat və ya 10% artaraq 30 iyun 2022-ci il tarixində 1 milyard 143 milyon 38 min manata, o cümlədən müştərilərə verilmiş kreditlər 89 milyon 4 min manat və ya 12% artaraq 828 milyon 244 min manata çatıb.
İlk 6 ayda "Unibank"da depozitlər 86 milyon 79 min manat və ya 12,2% artaraq 789 milyon 615 min manata yüksəlib.
MƏCMU KAPİTALI ARTIB
30 İyun 2022-ci il tarixində "Unibank" 109 milyon 613 min manat məcmu kapitala malik olub. Ötən ilin sonunda Bankın məcmu kapitalı 106 milyon manat təşkil etmişdi.

Maliyyə     Tarix: 25 iyul 2022

Oxşar xəbərlər

Azərbaycaan xarici vətəndaşlara 5 milyon 248 min manat "Tax free" qaytarıb

2026-cı ilin yanvar – iyul ayları ərzində ölkə ərazisində pərakəndə ticarət, ictimai iaşə fəaliyyəti göstərən şəxslərdən alınmış mallara (neft və qaz məhsulları, avtomobillər, alkoqollu içkilər və tütün məmulatları istisn

"İqtisadi artım üzrə işçi qrupu"nun növbəti iclası keçirilib

"Azərbaycan Respublikasının 2022-2026-cı illərdə sosial-iqtisadi inkişaf Strategiyası" çərçivəsində iqtisadi artımın və rəqabətqabiliyyətliliyin təmin edilməsi istiqamətində görülmüş işlər, tədbirlərin icra vəziyyət

Dünya maliyyə bazarları ilə bağlı həftəlik analiz

()  İnvestAZ-dan dünya maliyyə bazarları ilə bağlı həftəlik analiz. InvestAZ İnvestisiya Şirkəti tərəfindən aparılan həftəlik bazar araşdırmalarına görə, ötən həftə dünya maliyyə bazarlarında əsas diqqət ABŞ əmək bazarın

Azərbaycanla Kamboca arasında investorlar üçün vergi maneəsi aradan qalxır

Azərbaycan Respublikası ilə Kamboca Krallığı arasında gəlirlərə görə vergilərə münasibətdə ikiqat vergitutmanın aradan qaldırılması və vergidən yayınmanın qarşısının alınması haqqında Saziş layihəsi üzrə danışıqların ikinc

Naxçıvan iqtisadiyyatı 3 % böyüyüb

Bu ilin yanvar-iyul aylarında Naxçıvan Muxtar Respublikasında 1 milyard 25,7 milyon manat dəyərində ümumi daxili məhsul istehsal (ÜDM) olunub. Bu barədə Naxçıvanın Dövlət Statistika Komitəsindən bildirilib. Məlumata görə

Maliyyə Nazirliyi büdcə proqnozunu yenilədi: ilin sonunda kəsir 1,5 milyard manata düşə bilər

Azərbaycanın 2026-cı il üzrə dövlət büdcəsinin gəlirlərinin təsdiqlənmiş göstəricidən 756 milyon manat çox, xərclərinin isə 841 milyon manat az olacağı gözlənilir. Nəticədə ilin sonuna dövlət büdcəsinin kəsirinin təsdiqlənmi

Dövlət Vergi Xidməti büdcəyə proqnozdan 913 milyon manat artıq vəsait toplayıb: Rekord həcm – 9 ayda 13,6 milyard manat

Azərbaycanda vergi daxilolmaları 13,6 milyard manatı ötdü – Büdcəyə proqnozdan 913 milyon manat artıq vəsait daxil olub. 2026-cı ilin ilk 9 ayında Azərbaycanda dövlət büdcəsinə vergi daxilolmaları əhəmiyyətli dərəcədə artıb

Ölkəyə 5 min ton daha az düyü gətirilib

2026-cı ilin ilk yarısında Azərbaycana 25 min 608,64 ton düyü idxal olunub. İdxal olunan düyünün statistik dəyəri 22 milyon 511,34 min ABŞ dolları təşkil edib. Dövlət Gömrük Komitəsinin xarici ticarət üzrə gömrük statistikasın

FED faiz qərarını açıqladı

Federal Ehtiyat Sistemi (FED, ABŞ Mərkəzi Bankı) əsas faiz dərəcəsi ilə bağlı qərarını açıqlayıb. xəbər verir ki, Mərkəzi bankın rəsmiləri baza faiz dərəcəsini 3,5%–3,75% diapazonunda saxlamaq qərarına gəliblər. FED 2025-c


iqtisadi xeberler emlak xeberleri bitkoin qiymeti internetden pul qazanmaq investisiya