"Unicapital İnvestisiya Şirkəti"ndən bazarların həftəlik analizi

"Unicapital İnvestisiya Şirkəti" ASC-nin Portfel idarəçiliyi şöbəsi bazarların həftəlik analitikasını təqdim edir:
Daxili Bazar
• Avropa Yenidənqurma və İnkişaf Bankı (EBRD) bu il Azərbaycanda real ümumi daxili məhsulun (ÜDM) ötən illə müqayisədə 2,5% artacağını proqnzolaşdırır. Bank gələn il isə Azərbaycanda real iqtisadi artımın 2,7% olacağını ehtimal edir.
• 2023-cü ilin Yanvar ayında Azərbaycanın xarici ticarət əməliyyatlarının həcmi 3 milyard 289 milyon 529 min ABŞ Dolları təşkil edib. Dövlət Gömrük Komitəsinə istinadən, ixrac əməliyyatları 1 milyard 876 milyon 84 min ABŞ Dolları, idxal əməliyyatları üzrə 1 milyard 412 milyon 687 min ABŞ Dolları təşkil edib. Xarici ticarətdə saldo müsbət 464 milyon 156 min ABŞ Dolları olub.
• Ötən həftə 14 fevral 2023-cü il tarixində Maliyyə Nazirliyinin 40 mln manat həcmində, 3 illik istiqrazlarının yerləşdirilməsi üzrə hərrac keçirilmişdir. Hərrac zamanı 17 investor tərəfindən qiymət intervalı 87.752 (11.98%) manat və 94.854 (8.9952%) manat olan 40 sifariş təqdim edilmişdir. Maliyyə Nazirliyinin qərarına əsasən istiqrazların kəsmə qiyməti 92.4106 (9.99%) manat, orta ölçülmüş qiyməti 92.7133 (9.865%) manat müəyyən edilmişdir. Sifarişlərin nominal qiymətlə ümumi məbləği 120,730,500 manat, yerləşdirilmiş həcmi isə 60,000,000 manat təşkil etmişdir.
• Bu həftə 40 milyon AZN həcmində AR Maliyyə Nazirliyinin 2 illik istiqrazlarının hərracı keçiriləcək. Hərrac zamanı dövlət istiqrazlarına tələb təklifi üstələyəcəyi və qiymət Emitenti qane edəcəyi halda isə Emitent tərəfindən təklif edilən istiqrazların həcmi 50 faizədək artırıla bilər. Sonuncu dəfə 2 illik istiqraz hərracı 9.15% orta ölçülmüş gəlirliliklə nəticələnmişdi.
Qlobal bazar
• Ötən həftə ABŞ-da açıqlanmış vacib məlumatlar içərisində inflyasiya yer alıb. Belə ki, yanvar ayı üçün aylıq inflyasiya 0,5% olaraq açıqlanıb. Qeyd edək ki, əvvəlki göstərici -0,1% idi. Yanvar ayı üçün açıqlanmış illik inflyasiya gözləniləndən çox olsa da, əvvəlki göstəriciyə nisbətən azalıb. Belə ki, illik inflyasiya 6,4% olaraq açıqlanıb (əvvəlki 6,5%). İnflyasiyaya dair gözlənti isə 6,2% idi.
• ABŞ-da bu həftə fevral ayının 23-ü 4-cü rübün Ümumi daxili məhsulu açıqlanacaq. Gözlənti 2,9%-dir. Fevral ayının 24-ü isə şəxsi gəlir və xərclərə dair statistika açıqlanacaq. Həmin gün, həmçinin yanvar ayı üzrə yeni evlərin satışına dair məlumatlar təqdim ediləcək.
• Keçən həftə Avropa üçün keçən ilin 4-cü rübünün rüblük ümumi daxili məhsulu 0,1%, illik ümumi daxili məhsulu isə 1,9% olaraq açıqlanıb. Qeyd edək ki, açıqlanmış məlumatlar bazar gözləntisinə uyğun olub.
• Avropa üçün yanvar ayı üzrə aylıq və illik inflyasiya məlumatları 23 fevral tarixində açıqlanacaq. Aylıq göstərici üçün bazar gözləntisi -0,2% (əvvəlki -0,4%), illik göstərici üçün bu gözlənti 8,6%-dir (əvvəlki 8,5%).
Həftəlik analitikanı "Unicapital İnvestisiya Şirkəti" ASC-nin Portfel idarəçiliyi şöbəsi təqdim etdi. / marja.az

Maliyyə     Tarix: 20 fevral 2023

Oxşar xəbərlər

Vergi Xidməti proqnozdan 218 milyon manat çox vergi yığıb

2026-cı ilin yanvar-iyun ayları ərzində İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin xəttilə dövlət büdcəsinə 8 milyard 842,7 milyon manat vergi daxil olub ki, bu da proqnoza nisbətən 217,7 milyon manat çoxdur

Dövlət büdcəsinin gəlirləri azalıb

2026-cı ilin yanvar-may aylarında dövlət büdcəsinin gəlirləri 16 milyard 365,7 milyon manat olub. M. xəbər verir ki, Dövlət Statistika Komitəsinin dərc etdiyi 2026-cı ilin yanvar-may aylarında ölkənin iqtisadi və sosial inkişafını

Gələn il üzrə icmal büdcənin kəsir limiti müəyyənləşib

2027-ci ildə Azərbaycanın icmal büdcəsinin müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqanın (qurumun) gəlirləri nəzərə alınmadan kəsirinin yuxarı həddinin 16 milyard 74 milyon 122,9 min manat olması nəzərdə tutulur

1 tonu üçün 150 manat gömrük yığımı alınacaq

Nazirlər Kabineti 26 aprel 2016-cı il tarixli "Gömrük yığımlarının məbləğləri"ndə dəyişiklik edib. Bununla bağlı Baş nazir Əli Əsədov yeni əmr imzalayıb. VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 9.9%-dən. Qərar

Ərazilərin minalardan təmizlənməsinə ötən il 74,8 milyon manat xərclənib

Ötən il azad olunmuş ərazilərin minalardan təmizlənməsinə xərclənən vəsait açıqlanıb. Bu, Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin bu gün keçirilən iclasında müzakirəyə çıxarılan "Azərbayca

Azərbaycana süd idxalı kəskin artıb - İlk 5 ayda 17 milyon dolları keçib

2026-cı ilin ilk 5 ayında Azərbaycana 17 milyon 923,4 min dollar dəyərində süd və qaymaq idxal olunub. 2025-ci ilin eyni dövründə bu göstərici 11 milyon 358,8 min dollar idi. Dəyər ifadəsində idxal 6 milyon 564,6 min dolla

Dövlət Vergi Xidməti büdcəyə proqnozdan 913 milyon manat artıq vəsait toplayıb: Rekord həcm – 9 ayda 13,6 milyard manat

Azərbaycanda vergi daxilolmaları 13,6 milyard manatı ötdü – Büdcəyə proqnozdan 913 milyon manat artıq vəsait daxil olub. 2026-cı ilin ilk 9 ayında Azərbaycanda dövlət büdcəsinə vergi daxilolmaları əhəmiyyətli dərəcədə artıb

Naxçıvan iqtisadiyyatı 3 % böyüyüb

Bu ilin yanvar-iyul aylarında Naxçıvan Muxtar Respublikasında 1 milyard 25,7 milyon manat dəyərində ümumi daxili məhsul istehsal (ÜDM) olunub. Bu barədə Naxçıvanın Dövlət Statistika Komitəsindən bildirilib. Məlumata görə

Azərbaycanda inflyasiya, əhalinin gəlirləri və iqtisadi artımla bağlı 2030-cu ilədək PROQNOZLAR AÇIQLANDI

İqtisadiyyat Nazirliyi tərəfindən cari ilin ötən dövrü ərzində faktiki inflyasiya səviyyəsi, dünya üzrə əmtəə, o cümlədən ərzaq qiymətlərinin nisbətən aşağı düşməsi və bunun idxal qiymətlərinə təsiri, nominal effektiv məzənn


iqtisadi xeberler dollar kursu telefonla pul qazanmaq biznes qurmaq depozit faizleri