Uşaqlara işgəncə verənlər ev dustaqlığına buraxıldı
Nizami rayonunda yerləşən "Mehnur" loqopedik reabilitasiya mərkəzində azyaşlılara işgəncə verilməsi ilə bağlı saxlanılan mərkəzin direktoru Nuranə Hacızadə, psixoloq Aytac Kazımlı və direktor köməkçisi Səbinə Əliyarbəyli barəsində ev dustaqlığı qətimkan tədbirinin seçilməsi ilə bağlı istintaq orqanının vəsatətləri məhkəməyə daxil olub.
azxeber.com APA-ya istinadən xəbər verir ki, Nizami rayon Məhkəməsində daxil olan vəsatətlərdə hər üç şəxs barəsində 3 aylıq ev dustağı qətimkan tədbirinin seçilməsi və vəzifədən kənarlaşdırılması göstərilib.
İşlər hakim Nigar Qədirlinin icraatına verilib və yaxın saatlarda baxılacaq.
Nizami rayon Məhkəməsinin spiker hakimi Qumru Əliyeva faktı təsdiqləyib.
Qeyd edək ki, sosial şəbəkələrdə Nizami rayonunda yerləşən "Mehnur" loqopedik reabilitasiya mərkəzində azyaşlılara işgəncə verilməsi ilə bağlı görüntülər yayılıb.
Daxili İşlər Nazirliyi tərəfindən müvafiq araşdırma aparılıb və mərkəzin direktoru Nuranə Hacızadə, mərkəzin psixoloqu Aytac Kazımlı və mərkəzin direktor köməkçisi vəzifəsində çalışan Səbinə Əliyarbəyli saxlanılıb. Saxlanılan şəxslər barəsindən Cinayət Məcəlləsinin 133.2.1, 133.2.3 və 133.2.4-cü (əzab vermə) maddəsi ilə cinayət işi başlanılıb.

Azərbaycanda 12 illik şirkətdən – 2,8 MİLYON MANAT GÖTÜRÜLÜR
ADB "Bank Respublika"ya dəstəyini davam etdirmək niyyətindədir
Mərkəzi Bank faiz dəhlizinin aşağı həddini endirdi, qalanlarını sabit saxladı
AZCON Holdinq-də – YENİ TƏYİNAT
AMB faiz dəhlizinin aşağı həddini niyə endirdi?
"Artıq pulunuzu gətirib məndə saxlasanız, daha az faiz alacaqsınız"
Bitkoin ucuzlaşıb - SON QİYMƏT
İlham Əliyev Çin və İtaliya şirkətlərinin rəhbər şəxslərini qəbul edib - FOTOLAR
ATİB heyəti Türkiyə səfiri ilə aqrar sahədə əməkdaşlığı müzakirə edib – FOTOLAR
Expressbank sahibkarlara 100 000 AZN-dək mikro kredit təklif edir ®
Dünyanın əh bahalı brendləri - TOP-10
Dünyanın ən varlı 10 müğənnisi
Ev şəraitində pul qazanmağın yolları
Hazır biznes, yoxsa sıfırdan qurulan biznes?
ƏDV geri al və onun üstünlükləri