ÜST: COVID-19-dan ölüm halları 35% artıb
Son dörd həftə ərzində COVID-19 virusundan ölənlərin sayı 35% artıb.
KONKRET.az xəbər verir ki, bu barədə Ümumdünya Səhiyyə Təşkilatının (ÜST) Baş direktoru Tedros Adanom Qebreyesus Cenevrədə keçirilən brifinqdə məlumat verib.
"Dünyada COVID-19-dan ölənlərin sayı 35% artıb. Təkcə elə son bir həftədə 15 000 insan ölüb. Bu, qətiyyən qəbuledilməzdir, çünki bizdə infeksiyanın yayılmasının qarşısını almaq və insanların həyatını xilas etmək üçün vasitələr var. Şimal yarımkürəsində soyuq havaların yaxınlaşması və insanların qapalı yerlərdə daha çox vaxt keçirəcəkləri ilə əlaqədar olaraq, infeksiyanın daha intensiv yayılması və xəstəxanaya yerləşdirilmə riski önümüzdəki aylarda yalnız artacaq. Bu, təkcə COVID-19 üçün yox, digər xəstəliklərə, o cümlədən qripə də aiddir: "Hamımız bu virusdan, pandemiyadan bezmişik, lakin virus bizdən əl çəkmir" – ÜST rəhbəri deyib.
Onun sözlərin görə, laboratoriya testləri zamanı müəyyən edilən COVID-19 törədicilərinin 90 faizindən çoxu indi omikron ştamının BA.5 alt növünün payına düşür.
Qebreyesus ölkələrin ardıcıllıq nəticələrinə dair daha az məlumat paylaşmağa başladıqlarını qeyd edib: "İlin əvvəli ilə müqayisədə belə məlumat mübadiləsinin həftəlik qeydə alınan sayı 90%, məlumat verən dövlətlərin sayı isə 75% azalıb".

Bitkoin ucuzlaşıb - SON QİYMƏT
İlham Əliyev Çin və İtaliya şirkətlərinin rəhbər şəxslərini qəbul edib - FOTOLAR
ATİB heyəti Türkiyə səfiri ilə aqrar sahədə əməkdaşlığı müzakirə edib – FOTOLAR
Expressbank sahibkarlara 100 000 AZN-dək mikro kredit təklif edir ®
BOKT İsmayıllıda filialını açır
KASKO-da yığımlar cəmi 1,6% artıb, ödənişlər 26% yüksəlib
BƏƏ Mərkəzi Bankı "Bank Melli İran"ın filiallarına qarşı tədbir görüb
İstehsalat qəzaları üzrə icbari sığorta yığımları 25 milyon manat azalıb
Bank hesabdan xəbərsiz pul çıxara bilərmi? – Akseptsiz tutulmanın qaydaları - MÜSAHİBƏ
Hər 100 manat yığıma 80 manat ödəniş – İcbari avtosığortada diqqətçəkən rəqəm
ƏDV geri al və onun üstünlükləri
Whatsapp biznesin üstünlükləri nələrdir?
Biznesə aid ən yaxşı 10 kitab
Yatırım olmadan necə biznes qurmaq olar?
Ən bahalı otellər hansılardır?