V İslam Həmrəyliyi Oyunları çərçivəsində "Azərbaycan günü" keçirilib
Türkiyənin Konya şəhərində təşkil olunan V İslam Həmrəyliyi Oyunları çərçivəsində avqustun 11-də "Azərbaycan günü" keçirilib.
KONKRET.az xəbər verir ki, Atletlər kəndində təşkil olunan tədbirdə Azərbaycan gənclər və idman naziri Fərid Qayıbov, Türkiyənin gənclər və idman naziri Mehmet Kasapoğlu, Azərbaycan Milli Olimpiya Komitəsinin (MOK) vitse-prezidenti Çingiz Hüseynzadə, baş katib Azər Əliyev, gənclər və idman nazirinin müavini Mariana Vasileva, Milli Olimpiya komitələrinin nümayəndələri, idmançılar və könüllülər iştirak ediblər.
MOK-un baş katibi Azər Əliyev sonuncu İslam Həmrəyliyi Oyunlarının 2017-ci ildə Azərbaycanın paytaxtı Bakı şəhərində keçirildiyini xatırladıb. Qeyd edib ki, koronavirusla əlaqədar uzun müddət fasilədən sonra qardaş Türkiyədə, tarixi Konya şəhərində V İslam Həmrəyliyi Oyunlarına şahidlik edirik. Azərbaycanın Oyunlara 200-dən artıq idmançıdan ibarət böyük heyətlə qatıldığını söyləyən A.Əliyev deyib: "İdman heyətimizdə Olimpiya çempionları, bir neçə qat dünya çempionları, eləcə də gənc idmançılar var və onlar öz güclərini dünyaya nümayiş etdirirlər. Mən, həmçinin bu İslamiadanın yüksək səviyyədə təşkil olunmasına və burada bizə göstərilən qonaqpərvərliyə görə qardaş Türkiyədən olan təşkilatçılara öz dərin minnətdarlığımı bildirirəm".
Daha sonra tədbir bədii hissə ilə davam edib. Musiqili gecədə müğənni İsmayıl İsmayılzadənin ifaları, "Tərəkəmə", "Cəngi", "Dərbəndi", "Naz eləmə", "Sarı gəlin" və "Tambourine" rəqsləri tamaşaçılar tərəfindən böyük hərarətlə qarşılanıb.
Sonda "Şuşa" musiqi qrupunun və Azərbaycan Dövlət Filarmoniyasının solisti Nurlanə Abdullazadənin ifaları ilə tədbirə yekun vurulub.
Qızıl bahalaşıb, gümüş isə ucuzlaşıb
Nyu-Yorkdakı COMEX əmtəə birjasında qızılın qiymətində cüzi artım qeydə alınıb. Bir troya unsiyası üzrə dəyər 0,1% yüksələrək 4 101 ABŞ dollarına çatıb. xəbər verir ki, COMEX-də gümüş ucuzlaşıb. Bir unsiya gümüşün qiymət
Toyuq əti istehsalında kəskin artım - Necə olacaq?
Azərbaycan Quş əti, Yumurta İstehsalçıları və İxracatçıları Assosiasiyasının məlumatı: . Azərbaycan quş qripindən azad ölkə statusunda: Quşçuluq sektoru bundan nə qazanır?. Son illərdə Azərbaycanın qeyri-neft sektorunda davaml
Azərbaycan nefti ucuzlaşıb
Dünya bazarında "Azeri Light" markalı neft ucuzlaşıb. xəbər verir ki, dünya bazarında Azərbaycan neftinin 1 barelinin qiyməti 0.07 ABŞ dolları və ya 0.07% azalaraq 95.5 ABŞ dolları təşkil edib. Xatırladaq ki, neftimizi
Ölkədə orta aylıq əməkhaqqı 7% artıb
Bu ilin yanvar-iyun aylarında Azərbaycanda muzdla çalışan işçilərin orta aylıq nominal əməkhaqqı məbləği 1 174,4 manat təşkil edib. Azərbaycanda orta əməkhaqqı bir ayda 2.9 manat artıb. bu barədə Dövlət Statistika Komitəsin
Bu şəxslərin pensiyası yenidən artacaq
"2026-cı ildə pensiyaların əlavə olaraq artırılması pensiya yaşına çatdıqdan sonra əmək fəaliyyətini davam etdirən və bu il iş stajının altı ili tamam olan vətəndaşlara şamil ediləcək". Bunu Milli Məclisin İqtisad
Qızılın qiyməti BAHALAŞDI
"Comex" birjasında qızılın qiymətində artım qeydə alınıb. Oktyabr ayında çatdırılması nəzərdə tutulan qızıl fyuçerslərinin dəyəri mayın 14-dən sonra ilk dəfə bir trua unsiyası üçün 4 700 dollar həddini keçib. xəbə
İstehsal sektoru çökür, xidmət sektoru dirçəlir
Almaniyanın özəl sektoru noyabr ayı üçün aşağı göstərici nümayiş etdirib. Şirkətlər həm biznes fəaliyyətində, həm də yeni sifarişlərdə daha yavaş artımlar olduğunu bildiriblər. xəbər verir ki, xidmət sektorunun fəaliyyə