Vətəndaşlara aid diplom məlumatlarının dəqiqliyi və uyğunluğu yoxlanılıb

Vətəndaşlara aid diplom məlumatlarının dəqiqliyi və uyğunluğu yoxlanılıbİnnovasiya və Rəqəmsal İnkişaf Agentliyi (İRİA) tərəfindən Elm və Təhsil Nazirliyi (ETN) və Dövlət İmtahan Mərkəzinin (DİM) təqdim etdiyi məlumat bazaları əsasında məlumatların dürüstləşdirilməsi prosesi həyata keçirilib.
Agentliyin yaydığı məlumatda bildirilir ki, bu təşəbbüs, dövlət informasiya sistemlərindəki məlumat kirliliyinin aradan qaldırılması, rəqəmsal xidmətlərin dəqiqliyinin artırılması və vətəndaşlara daha etibarlı və düzgün təhsil məlumatlarının təqdim olunması məqsədini daşıyır.
Vətəndaşlara aid diplom məlumatlarının dəqiqliyi və uyğunluğu yoxlanılıbRəqəmsal İnkişaf Konsepsiyasının Tədbirlər Planının 1.1.4-cü bəndinə uyğun olaraq, ilkin mərhələdə son 15 ilə aid diplom məlumatlarının dürüstləşdirilməsi istiqamətində İRİA-nın iştirakı ilə genişmiqyaslı texniki və analitik işlər həyata keçirilir. Növbəti mərhələdə əsas hədəf bütün mövcud diplom məlumatlarının mərhələli şəkildə dürüstləşdirilməsidir ki, bu istiqamətdə də hazırda planlaşdırma işləri aparılır. 
Dürüstləşdirmə prosesi – yəni dövlət qurumları tərəfindən saxlanılan məlumatların reallığa uyğunluğunun yoxlanılması, qeyri-dəqiq və ya təkrar məlumatların ayırd edilməsi və onların etibarlı mənbələrlə dəqiqləşdirilməsi – bu layihənin əsas hissəsidir.  
İRİA-nın həyata keçirdiyi texniki təhlil nəticəsində ETN və DİM tərəfindən təqdim edilmiş 1,6 milyondan artıq diplom və FİN məlumatı analiz edilib. Diplom məlumatları üzərində həyata keçirilən dürüstləşdirmə və zənginləşdirmə işləri nəticəsində ETN-də diplom məlumatlarının keyfiyyət göstəricisi 90%-ə çatdırılıb.  Eyni zamanda 50,000-dən çox diplom məlumatı işlənməsi üçün DİM-ə təqdim olunub.  
Prosesin əsas məqsədi diplom məlumatlarının aktuallığını təmin etmək, uyğunsuzluqları aradan qaldırmaqdır. Eyni zamanda, bu tədbirlər "mygov" platformasına ötürülən məlumatların düzgünlüyünü də təmin etməklə vətəndaşlara göstərilən elektron xidmətlərin keyfiyyətini yüksəltmiş olur. Məlumatların uyğunlaşdırılması və vahid sistemə inteqrasiyası həmçinin ETN və DİM arasında informasiya axınının dəqiqliyini və çevikliyini təmin edir. Bu da gələcəkdə məlumatların analitik təhlilini, inteqrasiyasını və qərarların daha məlumatlı şəkildə verilməsini mümkün edəcək. 
Bununla yanaşı, "Rəqəmsal Məktəb" layihəsi çərçivəsində cari təhsilalan şagirdlərin valideyn məlumatlarının dürüstləşdirilməsi istiqamətində də işlər görülüb. ETN tərəfindən təqdim olunan 387,850 nəfər şagirdə dair məlumatın 88%-i eyniləşdirilib, bu məlumatların isə 78%-i yoxlanılması üçün ETN-ə qaytarılıb. Bu proses valideyn məlumatları əsasında təhsil sistemində avtomatlaşdırılmış xidmətlərin qurulması və idarəetmənin optimallaşdırılması məqsədi daşıyır. 
Bütün bu tədbirlərlə yanaşı, vətəndaş məmnunluğunu artırmaq və onlara daha operativ informasiya dəstəyi göstərmək məqsədilə Elm və Təhsil Nazirliyi üçün süni intellekt əsaslı çatbot hazırlanıb. Hazırda test mərhələsində olan bu sistem magistratura və doktoranturaya qəbul, müəllimlərin işə qəbulu, məktəbəqədər hazırlıq və Respublika Fənn Olimpiadası kimi mövzularda tez-tez verilən sualları cavablandırmaq imkanına malikdir. Çatbot 24/7 rejimində fəaliyyət göstərəcək və rəsmi mənbələrə əsaslanan məlumatların vətəndaşlara çatdırılmasını təmin edəcək. Gələcək mərhələdə çatbotun funksionallığının daha da genişləndirilməsi və digər sahələr üzrə də vətəndaşlara dəstək göstərməsi nəzərdə tutulur.  / marja.az

Maraqlı     Tarix: 06 iyul 2025

Oxşar xəbərlər

"Landau" sərhədləri aşdı – Özbəkistanda 2 yeni məktəb

Azərbaycanın "Landau Education Group" təhsil şirkəti Özbəkistanda iki yeni məktəb açıb. xəbər verir ki, avqustun 23-də Özbəkistanda "Landau" adına iki STEAM (Science, Technology, Engineering, and Mathematics

Peşə təhsilində yeni mərhələ – Dağ-mədən üzrə rəqəmsal kurs təqdim olunacaq

"AzerGold" QSC-nin dəstəyi, Elm və Təhsil Nazirliyi yanında Peşə Təhsili üzrə Dövlət Agentliyi və "Aspire EdTech" şirkətinin təşkilatçılığı ilə Azərbaycanda ilk dəfə "Dağ-mədən işləri üzrə mütəxəssis"

Tibbi müəmma sizi çıxılmaz vəziyyətə salıb? Metagenomikanı sınayın

Həkimlər nədən xəstələndiyimizi müəyyən edə bilmədikdə, orqanizmimizdə virusların, bakteriyaların və göbələklərin genetik materialının fraqmentlərini axtara bilərlər. 2019-cu ildə Kaliforniya ştatının Fresno şəhərində yaşayan

Satışı artıran sehrli formul

Satışları artırmaq üçün nə lazımdır? Daha böyük reklam büdcəsi? Daha çox satış əməkdaşı? Yoxsa daha çox müştəri?. Bankçılıq, Məhsulların İdarə edilməsi və həyat sığortası sahələrində qazandığım təcrübə mənə bir şeyi öyrədib

Etimad böhranı və 40 trilyon dollarlıq borc: dünya iqtisadiyyatı niyə ABŞ-dən uzaqlaşır?

Amerikanın qlobal iqtisadi sabitliyin dayağı kimi mövqeyi əvvəlki qədər möhkəm görünmür. Tramp administrasiyası artan dövlət borcu ilə üzləşir və sanksiyalardan xarici siyasət aləti kimi daha fəal istifadə edir. Müəllif

Avropada restoranlarda bəxşiş vermək lazımdır? Səyahət bələdçisi izah edir

Avropada bəxşiş qaydalarını anlamaq bəzən çətin ola bilər, xüsusən də adətlər ölkədən ölkəyə dəyişdiyi üçün. Bu qısa bələdçi restoran etiketini və xidmətə görə bəxşiş qaydalarını izah edir ki, qitə boyunca daha rahat səyahə

Artım üzərində qurulmuş dünya sona çatır

Bəzi qrafiklər baş verənləri onlarla proqnoz kitabından daha yaxşı izah edir. Məsələn, yuxarıdakı qrafik kimi. Bu, 1950-ci ildən bəri Avropada demoqrafik yükün strukturudur. 1950-ci ildə əmək qabiliyyətli yaşda olan hər 10

Vəliyevin universitetinin xalis mənfəəti 7,6 milyon manata çatıb – 42%-lik artım

"Odlar Yurdu Universiteti" 2025-ci ili 7 milyon 572,9 min manat xalis mənfəətlə başa vurub. universitetin audit olunmuş konsolidə edilmiş maliyyə hesabatına istinadən xəbər verir ki, 2024-cü ildə ali təhsil müəssisəsini

Microsoft-dan güclü süni intellekt noutbuku: 2 599 dollara satışa çıxır

"Microsoft" şirkəti "Nvidia"nın süni intellekt imkanlarına malik yeni çipi ilə təchiz edilmiş "Surface Laptop Ultra" modelini təqdim edib. Yeni noutbukun ABŞ-da başlanğıc qiyməti 2 599,99 dolla


iqtisadi xeberler iqtisadiyyat xeberleri investisiya depozit faizleri dollar manat kursu