Vətəndaşlara XOŞ XƏBƏR: Kredit riskləri sığortalanacaq - VİDEO
Artıq kredit risklərinin sığortalanması tətbiq oluna bilər ki, bu da gələcəkdə kredit faizlərinin azalmasına təsir göstərə bilər. Yeni mexanizm istehlak və ipoteka kreditləri üzrə risklərin sığortalanmasını əhatə edir. Bu istiqamətdə Mərkəzi Bank tərəfindən yeni qaydalar hazırlanıb və onların yaxın müddətdə təsdiqlənəcəyi gözlənilir.
Biznes.az xəbər verir ki, mövzu ilə bağlı millət vəkili Vüqar Bayramov "Xəzər" TV-yə açıqlama verib.
Onun sözlərinə görə, hazırlanmış yeni qaydalar kredit risklərinin sığortalanmasına hüquqi əsas yaradacaq. Bildirib ki, söhbət istehlak və ipoteka kreditləri üzrə risklərin sığortalanmasından gedir. Bəzi hallarda vətəndaşlar kredit götürdükdən sonra özlərindən asılı olmayan səbəblər üzündən ödəniş etməkdə çətinliklə üzləşirlər. İş yerinin bağlanması, işdən azad olunma və ya digər gözlənilməz hallar kredit öhdəliklərinin vaxtında yerinə yetirilməsinə mane ola bilər. Belə vəziyyətlərdə kredit riskinin sığortalanması ödəniş öhdəliyinin sığorta şirkəti tərəfindən qarşılanmasına imkan yaradacaq.
Vüqar Bayramov qeyd edib ki, bu mexanizm həm vətəndaşların maliyyə yükünün azalmasına kömək edəcək, həm də bankların üzərinə düşən riskləri minimuma endirəcək. Onun fikrincə, risklərin azalması kommersiya banklarını daha sərfəli şərtlərlə, xüsusilə də ipoteka kreditlərini aşağı faizlə təqdim etməyə həvəsləndirə bilər.
Pensiyalar eyni faizlə artırılmayacaq
Pensiyaların indeksasiya mexanizmi təkmilləşdirilir. Bu, Milli Məclisin bu gün keçirilən iclasında müzakirəyə çıxarılan "Əmək pensiyaları haqqında" qanuna təklif edilən dəyişiklikdə əksini tapıb. Qanuna əsasən
Toyuq əti istehsalında kəskin artım - Necə olacaq?
Azərbaycan Quş əti, Yumurta İstehsalçıları və İxracatçıları Assosiasiyasının məlumatı: . Azərbaycan quş qripindən azad ölkə statusunda: Quşçuluq sektoru bundan nə qazanır?. Son illərdə Azərbaycanın qeyri-neft sektorunda davaml
Azərbaycan nefti ucuzlaşıb
Azərbaycan nefti 121 dollardan yuxarı ticarət olunub. xəbər verir ki, "Azeri Light" markalı Azərbaycan neftinin bir barelinin qiyməti 1,07 ABŞ dolları azalaraq 121,08 ABŞ dollarına düşüb
Startaplar üçün yeni vergi güzəştləri olacaq
2027-ci il yanvarın 1-dən 10 il müddətinə iştirak payı və ya səhm mikro və kiçik sahibkarlıq subyekti olan "Startap" şəhadətnaməsi və ya texnologiyalar parkının qeydiyyat şəhadətnaməsini almış və digər fəaliyyətl
Pensiyaların ödəniləcəyi TARİX AÇIQLANDI
Avqustun 14-də Bakı və Sumqayıt şəhərlərində, həmçinin Abşeron rayonunda bu ay üzrə pensiya ödənişlərinin həyata keçirilməsi planlaşdırılır. -ın məlumatına görə, bu barədə Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyind
Azərbaycan nefti ucuzlaşdı
"Azeri Light" markalı neft ucuzlaşıb. xəbər verir ki, dünya bazarında Azərbaycan neftinin 1 barelinin qiyməti 4.27 ABŞ dolları və ya 3.48% azalaraq 118.22 ABŞ dolları təşkil edib. Xatırladaq ki, neftimizin əvvəlk