"Veysəloğlu Distribusiya" şirkəti "Dəyərlərimizin izi ilə" devizi altında Şuşada möhtəşəm tədbir keçirdi
Veysəloğlu Şirkətlər Qrupuna daxil olan "Veysəloğlu Distribusiya" şirkəti 160 nəfərlik rəhbər heyətin iştirakı ilə 23-24 avqust tarixlərində Şuşa şəhərində "timbildinq" formatında genişmiqyaslı tədbir keçirib.
FED.AZ xəbər verir ki, "Dəyərlərimizin izi ilə" adlı tədbirin əsas məqsədi şirkətin rəhbər prinsipləri olan birlik və bütövlük, təşəbbüskarlıq, məsuliyyət, ədalət və etibarlılıq kimi dəyərləri möhkəmləndirmək, komandadaxili həmrəyliyi artırmaq və gələcək fəaliyyətə motivasiya qazandırmaq olub.
23 avqust tarixində səhər saatlarında Şuşaya doğru yola düşən iştirakçılar üçün səfər zamanı interaktiv oyunlar təşkil olunub. Şuşaya çatdıqdan sonra mədəni tur proqramı çərçivəsində Mərkəzi meydan, Yuxarı Gövhər Ağa məscidi, Şuşa qalasının divarları və Cıdır düzü ziyarət edilib.
Axşam saatlarında keçirilən qala gecəsinin açılışını Veysəloğlu Şirkətlər Qrupunun təsisçisi və Baş icraçı direktoru Aydın Talıbov edib, komandaya öz xoş sözlərini çatdırıb.
Gecədə tanınmış ifaçılar vətənpərvər repertuarla çıxış ediblər. Proqramın ikinci hissəsində "stand-up" ustası Fəqan Məmmədov səhnəyə çıxıb, tədbir DJ performansı ilə başa çatıb. Gecədən sonra iştirakçılar üçün müxtəlif stolüstü və interaktiv oyunlar təşkil olunub.
24 avqust tarixində isə Xankəndi turu çərçivəsində şəhərin müxtəlif tarixi məkanları ziyarət olunub, Qarabağın mədəni irsi və təbiəti ilə yaxından tanışlıq təmin edilib.
İki gün davam edən tədbir rəhbər heyət üçün həm mənəvi, həm də komanda ruhunu gücləndirən önəmli bir platforma kimi yadda qalıb.

EIB "Bank Respublika" və "AccessBank"ın birləşməsi ilə əldə etdiyi kompensasiyanın detallarını açıqlayıb
Azərbaycanda yerli və xarici MMC-lərin elektron qeydiyyatı pulsuz olacaq
BOKT-un mənfəəti 5 dəfəyə yaxın artıb - Kredit portfeli 15,7 milyon manata çatıb
"PAŞA Həyat"ın ödənişləri 548 milyon manatı keçib, xalis mənfəəti artıb
"PAŞA Sığorta"da yığımlar artaraq 309 milyon manata çatıb, ödənişləri isə 131 milyon manata yaxınlaşıb
"A-Qroup"un mənfəəti 34% artıb, sığorta ödənişləri azalıb
"Xalq Həyat"ın mənfəəti artıb, sığorta ödənişləri azalıb
"İpək Yolu Sığorta"nın yığımları 75%, mənfəəti 53% artıb
Bill Qeyts kimdir?
"iPhone 15" modelinin üstünlükləri
Bitcoin nədir?
Biznes qurmaq üçün nə lazımdır?