"Veysəloğlu Distribusiya" şirkətinin Satış Akademiyası təlimçilər yetişdirəcək

(®) Veysəloğlu Şirkətlər Qrupuna məxsus olan "Veysəloğlu Distribusiya" şirkətinin Satış Akademiyası 2023-cü ilin avqust ayında fəaliyyətə başlayıb. Satış Akademiyasının açılış mərasimində şirkətin rəhbər heyəti və Türkiyədən dəvət olunmuş, 25 ildən artıq satış konsultantı təcrübəsinə malik Fuat Okçuoğlu və Sedat Gülerman iştirak ediblər. Konsultantlar 1 ay ərzində şirkətin daxili təlimçilərinə təlimlər keçəcəklər. 
Satış Akademiyasının məqsədi "Veysəloğlu Distribusiya" şirkətinin satış heyətinin texniki, idarəetmə və liderlik bacarıqlarını təkmilləşdirməklə şirkətin davamlı satışlarını və gəlirliliyini artırmaqdır. Akademiyanın fəaliyyəti çərçivəsində şirkətdə uzunmüddətli təcrübəyə malik 20 nəfər potensiallı gəncin təlimçi kimi yetişdirilməsi nəzərdə tutulub. 
Akademiyanın açılışı zamanı "Veysəloğlu Distribusiya" şirkətinin İnsan Resursları və Dəstək Xidmətləri Direktoru Samir Əmirov bildirib: "Satış Akademiyasını yaratmaqla, insan kapitalına böyük bir investisiya edirik və bu, əməkdaşların peşəkar inkişafı üçün mühüm addımdır. İnanırıq ki, satış təlimləri biznesin inkişafına real töhfə verəcək." 
Şirkətdə il ərzində aktiv şəkildə əməkdaşlar üçün satış, merçendayzinq, biznes etikası, effektiv ünsiyyət, liderlik, zamanın idarə olunması, konfliktlərin idarə edilməsi, ümumi idarəetmə, biznes analitika, ticari marketinq, Power BI və s. mövzularda təlimlər keçirilir.
Dünyanın ən böyük onlayn öyrənmə platformalarından biri olan UDEMY ilə əməkdaşlıq çərçivəsində şirkətin yüzlərlə əməkdaşı 20 mindən çox 4-5 fərqli dildə təlim proqramlarına çıxış imkanı əldə edirlər.
Qeyd edək ki, "Veysəloğlu Distribusiya" şirkəti müxtəlif təcrübə proqramlarını təşkil edərək universitetlərdən yeni məzun olmuş gənclərin əmək bazarında layiqli yer tutması üçün onlara müxtəlif sahələrdə təcrübə qazandırır.
Şirkət ölkənin ən böyük işəgötürənlərindən biri olmaqla dövlət və özəl müəssisələrlə əməkdaşlıqların qurulmasında da maraqlıdır. "Veysəloğlu Distribusiya" insan resursları sahəsində əhəmiyyətli layihələrdə iştirak etməklə və potensiallı gənc kadrların kəşf olunması üçün mütəmadi olaraq karyera sərgilərinə qatılmaqla gənc istedadların işlə təmin olunmasına, habelə onların inkişafına və bacarıqlarının təkmilləşdirilməsinə dəstək göstərir. / marja.az

Maraqlı     Tarix: 30 avqust 2023

Oxşar xəbərlər

Networking Azerbaijan ilə biznesdə yeni dövr başlayır

Networking Azerbaijan ilə biznes əlaqələrində ölkədə yeni dövr başlayır - "THE NET LOUNGE" layihəsi təqdim edildi. 13 avqust 2026-cı il tarixində Networking Azerbaijan platforması tərəfindən Azərbaycanda bizne

"TikTok"la "Instagram"a girişdə problem yarandı

"TikTok" və "Instagram"ın işində problem yaranıb. Hazırda Azərbaycanda istifadəçilər şəxsi hesablarına girə bilmirlər. Hələlik problemlə bağlı "Meta" şirkətindən açıqlama verilməyib

Satışı artıran sehrli formul

Satışları artırmaq üçün nə lazımdır? Daha böyük reklam büdcəsi? Daha çox satış əməkdaşı? Yoxsa daha çox müştəri?. Bankçılıq, Məhsulların İdarə edilməsi və həyat sığortası sahələrində qazandığım təcrübə mənə bir şeyi öyrədib

Microsoft-dan güclü süni intellekt noutbuku: 2 599 dollara satışa çıxır

"Microsoft" şirkəti "Nvidia"nın süni intellekt imkanlarına malik yeni çipi ilə təchiz edilmiş "Surface Laptop Ultra" modelini təqdim edib. Yeni noutbukun ABŞ-da başlanğıc qiyməti 2 599,99 dolla

Avropada restoranlarda bəxşiş vermək lazımdır? Səyahət bələdçisi izah edir

Avropada bəxşiş qaydalarını anlamaq bəzən çətin ola bilər, xüsusən də adətlər ölkədən ölkəyə dəyişdiyi üçün. Bu qısa bələdçi restoran etiketini və xidmətə görə bəxşiş qaydalarını izah edir ki, qitə boyunca daha rahat səyahə

ÜDM üçün tələ: süni intellekt köpüyü niyə iqtisadçıları əvvəlkilərdən daha çox qorxudur?

ABŞ fond bazarı yüksəlişdədir və bu artımın əsas lokomotivi süni intellektdir. Texnologiya nəhəngləri süni intellekt mütəxəssislərini öz tərəflərinə çəkmək, çipləri kütləvi şəkildə almaq və məlumat mərkəzləri tikmək üçü

Türkiyəyə əcnəbi tələbə axını: Say 360 mini keçib, Azərbaycan ilk sıralardadır

Türkiyə universitetlərində təhsil alan əcnəbi tələbələrin sayı son 10 ildə təxminən 4 dəfə artaraq 360 mini keçib. Tələbələrin bir qismi seriallarda gördüyü mədəniyyətə maraq göstərdiyi, digərləri isə təhsil xərclərini nəzər

Çinin yeni Arktika marşrutunun perspektivləri və gizli riskləri

Dəniz daşımalarındakı dar boğazlardan getdikcə daha çox narahat olan dünya üçün Dubai Tower gəmisinin reysi ümidverici siqnal sayıla bilər. Konteynerdaşıyan gəmi avqustun 15-də Çinin Ninbo limanından yola düşərək Şimal Buzl

Ötən il Qərbi Kaspi Universiteti 5 milyon manata yaxın mənfəət əldə edib

Qərbi Kaspi Universitetinin 2025-ci ildə ümumi gəlirləri 14 milyon 172,5 min manat, vergitutma məqsədləri üçün mənfəəti isə 4 milyon 963,1 min manat təşkil edib. Universitetin təqdim etdiyi mənfəət vergisi bəyannaməsind


iqtisadi xeberler bank faizleri bitcoin en son xeberler birbank