"Veysəloğlu" "Jardin" markasını - AZƏRBAYCANA GƏTİRDİ

Veysəloğlu Şirkətlər Qrupuna daxil olan "Veysəloğlu Distribusiya" şirkəti Azərbaycan bazarına yeni təbii qəhvə markası təqdim edib.
FED.az xəbər verir ki, Efiopiya, Braziliya və Kolumbiyadan seçilmiş mono və müxtəlif qitələrdə yetişdirilən "Arabica" sortlarının mükəmməl qarışığı olan "Jardin" məhsulları bu aydan etibarən marketlərdə satışdadır.
"Jardin" Rusiyanın isti içkilər üzrə bazar liderlərindən olan "Orimi" Şirkətlər Qrupuna məxsusdur. "Orimi" qəhvə zavodu 2019-cu ildə istifadəyə verilib və FSSC 22000 beynəlxalq keyfiyyət standartına malikdir. Müəssisə dünyanın aparıcı şirkətlərinin ən son avadanlıqları və qabaqcıl texnologiyaları ilə təchiz edilib və 50-dən çox qəhvə çeşidi istehsal edir. "Jardin" markasının "Jardin Gold", "Jardin Americano", "Jardin Latte", "Jardin Mocaccino" və digər qəhvə çeşidləri mövcuddur.
29 ildir ki, fəaliyyət göstərən "Veysəloğlu Distribusiya" Veysəloğlu Şirkətlər Qrupunun təməl şirkətidir. Dünyanın bir çox tanınmış markalarının təmsilçiliyini almış şirkət hazırda 3500-dən çox çeşiddə məhsulun ölkəmizdə distribusiyasını həyata keçirir. Şirkətin Bakıda yerləşən baş ofisindən başqa, Mingəçevir və Salyanda regional ofisləri, 2000-dən artıq əməkdaşı var.
"Veysəloğlu Distribusiya" "Orimi" ilə əməkdaşlığa 2016-cı ildə başlayıb. Əməkdaşlıq çərçivəsində "Tess", "Greenfield", "ШАХ", "Принцесса Нури" və "Жемчужина Нила" çaylarının distribusiyası həyata keçirilir.
Ölkədə və regionda etibar qazanmış müasir şirkətlər qrupundan biri olan Veysəloğlu Şirkətlər Qrupunun fəaliyyəti pərakəndə, distribusiya, logistika və istehsalat daxil olmaqla, tədarük zəncirinin müxtəlif sahələrini əhatə edir. Qrup müştəri ehtiyacına ən yaxşı şəkildə cavab verməyi hədəfləyib və ölkə iqtisadiyyatının dayanıqlı inkişafı üçün dəyər yaradır. Şirkətlər Qrupu 2022-ci və 2023-cü ildə dünyada tanınmış konsaltinq şirkətlərindən biri olan Deloitte şirkətinin Azərbaycanda təşkil etdiyi nüfuzlu "Best Managed Companies" müsabiqəsinin qaliblərindəndir.

Biznes     Tarix: 26 oktyabr 2023

Oxşar xəbərlər

"Trendyol"da noyabr endirimləri: Bu noyabr da hər kəs "Trendyol"da

Türkiyənin aparıcı e-ticarət platforması və dünyanın ən böyük elektron ticarət platformalarından biri olan "Trendyol" "Super endirim günləri" kampaniyasını elan edir. xəbər verir ki, hər il ənənəvi olara

Sahibkarlar üçün yenilik - Ezamiyyət qaydaları dəyişdi

Azərbaycanda işçilərin ezamiyyətə göndərilməsi qaydalarında dəyişiklik edilib. xəbər verir ki, maliyyə naziri Sahil Babayevin sədrliyi ilə Maliyyə Nazirliyinin Kollegiyası "İşçilərin Ezamiyyə Qaydaları"na dəyişikliklər

Avropanın aparıcı lüks brendlərinin bazar dəyəri 251 milyard avro azalıb

Çində tələbatın azalması fonunda Avropanın aparıcı lüks brendlərinin ümumi bazar kapitallaşması 2026-cı ildə 251 milyard avro azalıb. Fransada talan edilən lüks brend məhsulları ucuz qiymətə satışa çıxardılar - VİDEO. xəbə

Şərikli biznes quranların problemlə üzləşməməsi üçün - HÜQUQŞÜNASDAN 5 VACİB TÖVSİYƏ

Son illər Azərbaycanda ortaq şəkildə qurulan bizneslərin sayı artmaqda, şərikli iş quranların sıraları genişlənməkdədir. xatırladır ki, insanlar bəzən tək güclə biznesi qura bilməyəcəklərini anlayaraq müxtəlif şərtlərlə ortaqlı

"Norm"un 5 illik strategiyası: Yeni zavodlar, məhsullar və Qarabağ planı – RAMİL MAHMUDOVLA MÜSAHİBƏ

Azərbaycanın sement sənayesində lider mövqeyə malik şirkətlərindən biri olan "Norm" ASC ölkənin tikinti materialları bazarında mühüm rol oynayır. Müasir istehsal texnologiyaları, illik 2,1 milyon ton sement istehsal

AZCON Holding-in IE Universiteti ilə birgə həyata keçirdiyi "Global Senior Management" proqramı uğurla yekunlaşıb

AZCON Holding və İspaniyanın nüfuzlu IE Universitetinin biznes məktəbi olan "IE Business School"un əməkdaşlığı çərçivəsində Holdinq və şirkətlərin strateji rəhbər heyəti üçün təşkil olunmuş "Global Senior Management"

Maskın sərvəti bir gündə 30 milyard dollar azaldı

Amerikalı sahibkar, "SpaceX" və "Tesla" şirkətlərinin rəhbəri İlon Mask ABŞ Konqresinə keçirilən son aralıq seçkilərdən sonra təxminən 30 milyard dollar itki ilə üzləşib. ABŞ-da Demokratların seçki qələbəs

Bakıda Azərbaycan-Laos biznes-forumu keçiriləcək

Müvafiq göstərişlər verildi ki, iqtisadi sahədə, o cümlədən ticarət dövriyyəsi sahəsində əməkdaşlıq intensivləşsin. xəbər verir ki, bu sözləri Prezident İlham Əliyev Laos Prezidenti Thonqlun Sisulitlə mətbuata bəyanatınd

Bakıda Almaniya-Azərbaycan biznes konfransı keçiriləcək

Oktyabrın 27-də Bakıda qida emalı və qablaşdırma avadanlıqları sahəsində ixtisaslaşmış Almaniya şirkətlərinin nümayəndə heyətinin iştirakı ilə Almaniya-Azərbaycan biznes konfransı və fərdi işgüzar görüşlər keçiriləcək. xəbə


iqtisadi xeberler leobank kart bu gunun xeberleri bitkoin almaq 1000 manatla biznes