Veysəloğlu Şirkətlər Qrupu bu il yerli fermerlərdən 47 milyon manatlıq kənd təsərrüfatı məhsulu alıb - FOTOLAR

Veysəloğlu Şirkətlər Qrupu bu il yerli fermerlərdən 47 milyon manatlıq kənd təsərrüfatı məhsulu alıb - FOTOLARVeysəloğlu Şirkətlər Qrupu (VŞQ) bu ilin 10 ayı ərzində fermerlerdən 45 min tondan artıq, təxminən 47 milyon manat dəyərində kənd təsərrüfatı məhsulu alıb.
FED.az xəbər verir ki, Şirkətlər Qrupu bu məhsulları öz satış nöqtələri olan "Araz" və "Oba" market şəbəkələrində təqdim edib.
"Veysəloğlu" hal-hazırda müxətlif regionlar üzrə 170-dən çox fermerlə əməkdaşlıq edir. Fermerlərdən birbaşa alınan məhsullar içərisində soğan, kök, kartof, sarımsaq, şaftalı, gavalı, alma, armud və gilas üstünlük təşkil edir.
Şirkətlər Qrupu bu fəaliyyətini 2021-ci ildən "Tarladan rəfə" konsepti üzrə həyata keçirir. Fermerdən birbaşa satınalma fəaliyyətinə Qrup ilkin mərhələdə Şəki-Zaqatala, Gəncə-Qazax, Aran iqtisadi rayonlarında başlayıb.
2023-cü ildə isə "Şəmkir Aqroparkı"nda Veysəloğlu Şirkətlər Qrupu üçün xüsusi məhsul qəbulu məntəqəsinin yaradılması həmin regiondakı fermerlərin işini asanlaşdırıb.
Bu il ölkənin önəmli istehsal bölgələrində soyuq depoların sayını artırılaraq, Mingəçevir və Salyanla yanaşı,  Xaçmaz bölgəsində də saxlama məntəqəsi yaradılıb və pomidor istehsalçıları ilə əldə edilən razılaşmaya əsasən məhsul yığımı həyata keçirilib.
"Fermerdən vasitəsiz alınan məhsulların qiyməti və yerli dad üstünlüyünü istehlakçılar asanlıqla fərqləndirə bilərlər. İstehlakçıları yerli ərzaq məhsulları ilə təmin etmək məqsədi daşıyan bu addımımızla yerli fermerlərin inkişafını da dəstəkləyirik. Şirkətin dayanıqlı inkişaf fəaliyyətlərindən olan bu istiqamət əhalini uyğun qiymətə təbii məhsullarla təmin etməklə yanaşı, ölkənin əkinçilik potensialının tam olaraq üzə çıxarmağa və kiçik və orta təsərrüfat subyektlərinə dəstək olmağa yönəlib" – bunu Veysəloğlu Şirkətlər Qrupunun Biznesə Dəstək üzrə direktoru Anar Cümşüdov bildirib.
"Veysəloğlu" nümayəndəsi əlavə edib ki, qurulmuş "soyuq zəncir" istehsalçıların məhsulunu satmaq üçün vaxt və pul sərf edərək Bakıya gəlməsinə ehtiyac qoymur. Öz məhsullarını "Veysəloğlu" regional depolarına çatdırmaqla, məhsullarının ölkə üzrə "Araz" və "Oba" marketlərində satışına nail olurlar.
Veysəloğlu Şirkətlər Qrupu bu ilin sonunadək əməkdaşlıq etdiyi fermerlərin sayını 200-ə çatdırmağı planlaşdırır. Həmçinin il sonuna qədər təsərrüfat sahiblərindən birbaşa alışların 60 min tona çatdırılması proqnozlaşdırılıb.

Biznes     Tarix: 01 noyabr 2023

Oxşar xəbərlər

"Trendyol"da noyabr endirimləri: Bu noyabr da hər kəs "Trendyol"da

Türkiyənin aparıcı e-ticarət platforması və dünyanın ən böyük elektron ticarət platformalarından biri olan "Trendyol" "Super endirim günləri" kampaniyasını elan edir. xəbər verir ki, hər il ənənəvi olara

Sahibkarlar üçün yenilik - Ezamiyyət qaydaları dəyişdi

Azərbaycanda işçilərin ezamiyyətə göndərilməsi qaydalarında dəyişiklik edilib. xəbər verir ki, maliyyə naziri Sahil Babayevin sədrliyi ilə Maliyyə Nazirliyinin Kollegiyası "İşçilərin Ezamiyyə Qaydaları"na dəyişikliklər

Avropanın aparıcı lüks brendlərinin bazar dəyəri 251 milyard avro azalıb

Çində tələbatın azalması fonunda Avropanın aparıcı lüks brendlərinin ümumi bazar kapitallaşması 2026-cı ildə 251 milyard avro azalıb. Fransada talan edilən lüks brend məhsulları ucuz qiymətə satışa çıxardılar - VİDEO. xəbə

Şərikli biznes quranların problemlə üzləşməməsi üçün - HÜQUQŞÜNASDAN 5 VACİB TÖVSİYƏ

Son illər Azərbaycanda ortaq şəkildə qurulan bizneslərin sayı artmaqda, şərikli iş quranların sıraları genişlənməkdədir. xatırladır ki, insanlar bəzən tək güclə biznesi qura bilməyəcəklərini anlayaraq müxtəlif şərtlərlə ortaqlı

"Norm"un 5 illik strategiyası: Yeni zavodlar, məhsullar və Qarabağ planı – RAMİL MAHMUDOVLA MÜSAHİBƏ

Azərbaycanın sement sənayesində lider mövqeyə malik şirkətlərindən biri olan "Norm" ASC ölkənin tikinti materialları bazarında mühüm rol oynayır. Müasir istehsal texnologiyaları, illik 2,1 milyon ton sement istehsal

AZCON Holding-in IE Universiteti ilə birgə həyata keçirdiyi "Global Senior Management" proqramı uğurla yekunlaşıb

AZCON Holding və İspaniyanın nüfuzlu IE Universitetinin biznes məktəbi olan "IE Business School"un əməkdaşlığı çərçivəsində Holdinq və şirkətlərin strateji rəhbər heyəti üçün təşkil olunmuş "Global Senior Management"

Maskın sərvəti bir gündə 30 milyard dollar azaldı

Amerikalı sahibkar, "SpaceX" və "Tesla" şirkətlərinin rəhbəri İlon Mask ABŞ Konqresinə keçirilən son aralıq seçkilərdən sonra təxminən 30 milyard dollar itki ilə üzləşib. ABŞ-da Demokratların seçki qələbəs

Bakıda Azərbaycan-Laos biznes-forumu keçiriləcək

Müvafiq göstərişlər verildi ki, iqtisadi sahədə, o cümlədən ticarət dövriyyəsi sahəsində əməkdaşlıq intensivləşsin. xəbər verir ki, bu sözləri Prezident İlham Əliyev Laos Prezidenti Thonqlun Sisulitlə mətbuata bəyanatınd

Bakıda Almaniya-Azərbaycan biznes konfransı keçiriləcək

Oktyabrın 27-də Bakıda qida emalı və qablaşdırma avadanlıqları sahəsində ixtisaslaşmış Almaniya şirkətlərinin nümayəndə heyətinin iştirakı ilə Almaniya-Azərbaycan biznes konfransı və fərdi işgüzar görüşlər keçiriləcək. xəbə


iqtisadi xeberler leobank kart bu gunun xeberleri bitkoin almaq 1000 manatla biznes