Veysəloğlu Şirkətlər Qrupu işə qəbul prosesini - ASANLAŞDIRDI

Veysəloğlu Şirkətlər Qrupu işə qəbul prosesini - ASANLAŞDIRDIŞirkətlər Qrupu "job.veyseloglu.az" portalını istifadəyə verdi
Namizədlərin rahat və tez bir zamanda müraciətini təmin etmək məqsədi ilə yaradılan portalda cari vakansiyaları izləmək və Şirkətlər Qrupunun iş mühiti ilə tanış olmaq imkanı yaradılıb.
Şirkətlər Qrupu və Qrupa daxil olan bizneslərdə müxtəlif vakansiyalar üzrə namizəd olmaq istəyən şəxslər həmçinin "job.veyseloglu.az" portalına daxil olaraq özlərinə şəxsi kabinet yarada və məlumatlarını əlavə edə bilərlər.
Portalda artıq profiliniz mövcuddursa, həmin profil məlumatları ilə Şirkətlər Qrupuna daxil olan istənilən şirkətin karyera portalına yenidən qeydiyyat etmədən daxil ola bilərsiniz. Namizəd müəyyən vakansiyanı seçdikdən sonra, şəxsi kabinetdə ona uyğun olan digər vakansiyalar da avtomatik olaraq təqdim olunur.
Profilinizi daima yeniləyərək və məlumatları əlavə edərək işə qəbul üçün bir addım daha yaxın ola bilərsiniz.
Qeyd edək ki, işə qəbul komandası tərəfindən aktiv olan vakansiya tələblərinə uyğun gələn namizədlərlə əlaqə saxlanılır, digər profillər portalın namizəd bazasına əlavə edilərək münasib vakansiyalar üzrə yenidən dəyərləndirilir.
 "Veysəloğlu Şirkətlər Qrupu olaraq ölkədə əmək münasibətlərinin inkişafı və tam məşğulluğun təmin edilməsi istiqamətində dövlətin iqtisadi və sosial siyasətini dəstəkləyirik. Dövlət Məşğulluq Agentliyi ilə əməkdaşlıq çərçivəsində işaxtaran və işsiz şəxslərin məşğulluq imkanlarının genişləndirilməsinə dəstək göstəririk. Məlum olduğu kimi, şirkətimiz qeyri-neft sektorunda Azərbaycanın ən iri işə götürən təşkilatlarından biridir və komandamız gün ərzində işə qəbul ilə bağlı çox sayda müraciət qəbul edir. Belə bir portalı yaratmaqda məqsəd həm yeni namizədlərin müraciətlər prosesini asanlaşdırmaq, həm də şirkətimiz üçün müəyyən bir elektron namizəd bazasının yaradılmasıdır. Bundan əlavə, əmək bazarında ixtisaslı kadrları doğru dəyərləndirərək onların şirkətimizdə işlə təmin edilməsinə şərait yaradaraq ölkə iqtisadiyyatına dəyər qatırıq",- deyə Qrupun İnsan Resursları direktoru Ziya Rəcəbov vurğulayıb.
Veysəloğlu Şirkətlər Qrupu (VŞQ) pərakəndə, distribusiya, logistika və istehsalat daxil olmaqla, tədarük zəncirinin müxtəlif sahələrini əhatə edən çoxşaxəli FMCG (gündəlik istehlak malları) qrupudur. Dayanıqlı inkişafı dəstəkləmək Veysəloğlu Şirkətlər Qrupunun əsas fəlsəfəsidir. Şirkətlər Qrupu 2022-ci və 2023-cü ildə dünyada tanınmış konsaltinq şirkətlərindən biri olan Deloitte şirkətinin Azərbaycanda təşkil etdiyi nüfuzlu "Best Managed Companies" müsabiqəsində qaliblərdən biri elan edilib.  / fed.az

Biznes     Tarix: 10 oktyabr 2023

Oxşar xəbərlər

"Trendyol"da noyabr endirimləri: Bu noyabr da hər kəs "Trendyol"da

Türkiyənin aparıcı e-ticarət platforması və dünyanın ən böyük elektron ticarət platformalarından biri olan "Trendyol" "Super endirim günləri" kampaniyasını elan edir. xəbər verir ki, hər il ənənəvi olara

Sahibkarlar üçün yenilik - Ezamiyyət qaydaları dəyişdi

Azərbaycanda işçilərin ezamiyyətə göndərilməsi qaydalarında dəyişiklik edilib. xəbər verir ki, maliyyə naziri Sahil Babayevin sədrliyi ilə Maliyyə Nazirliyinin Kollegiyası "İşçilərin Ezamiyyə Qaydaları"na dəyişikliklər

Avropanın aparıcı lüks brendlərinin bazar dəyəri 251 milyard avro azalıb

Çində tələbatın azalması fonunda Avropanın aparıcı lüks brendlərinin ümumi bazar kapitallaşması 2026-cı ildə 251 milyard avro azalıb. Fransada talan edilən lüks brend məhsulları ucuz qiymətə satışa çıxardılar - VİDEO. xəbə

Şərikli biznes quranların problemlə üzləşməməsi üçün - HÜQUQŞÜNASDAN 5 VACİB TÖVSİYƏ

Son illər Azərbaycanda ortaq şəkildə qurulan bizneslərin sayı artmaqda, şərikli iş quranların sıraları genişlənməkdədir. xatırladır ki, insanlar bəzən tək güclə biznesi qura bilməyəcəklərini anlayaraq müxtəlif şərtlərlə ortaqlı

"Norm"un 5 illik strategiyası: Yeni zavodlar, məhsullar və Qarabağ planı – RAMİL MAHMUDOVLA MÜSAHİBƏ

Azərbaycanın sement sənayesində lider mövqeyə malik şirkətlərindən biri olan "Norm" ASC ölkənin tikinti materialları bazarında mühüm rol oynayır. Müasir istehsal texnologiyaları, illik 2,1 milyon ton sement istehsal

AZCON Holding-in IE Universiteti ilə birgə həyata keçirdiyi "Global Senior Management" proqramı uğurla yekunlaşıb

AZCON Holding və İspaniyanın nüfuzlu IE Universitetinin biznes məktəbi olan "IE Business School"un əməkdaşlığı çərçivəsində Holdinq və şirkətlərin strateji rəhbər heyəti üçün təşkil olunmuş "Global Senior Management"

Maskın sərvəti bir gündə 30 milyard dollar azaldı

Amerikalı sahibkar, "SpaceX" və "Tesla" şirkətlərinin rəhbəri İlon Mask ABŞ Konqresinə keçirilən son aralıq seçkilərdən sonra təxminən 30 milyard dollar itki ilə üzləşib. ABŞ-da Demokratların seçki qələbəs

Bakıda Azərbaycan-Laos biznes-forumu keçiriləcək

Müvafiq göstərişlər verildi ki, iqtisadi sahədə, o cümlədən ticarət dövriyyəsi sahəsində əməkdaşlıq intensivləşsin. xəbər verir ki, bu sözləri Prezident İlham Əliyev Laos Prezidenti Thonqlun Sisulitlə mətbuata bəyanatınd

Bakıda Almaniya-Azərbaycan biznes konfransı keçiriləcək

Oktyabrın 27-də Bakıda qida emalı və qablaşdırma avadanlıqları sahəsində ixtisaslaşmış Almaniya şirkətlərinin nümayəndə heyətinin iştirakı ilə Almaniya-Azərbaycan biznes konfransı və fərdi işgüzar görüşlər keçiriləcək. xəbə


iqtisadi xeberler leobank kart bu gunun xeberleri bitkoin almaq 1000 manatla biznes