Veysəloğlu Şirkətlər Qrupundan "yaşıl" iqtisadiyyata - SƏRMAYƏ
Veysəloğlu Şirkətlər Qrupu ölkənin dayanıqlı inkişaf məqsədlərinə töhfəsini artırmaq üçün ətraf mühitin mühafizəsinə nəzərəçarpan investisiya edib.
FED.az xəbər verir ki, qrupa daxil olan "AVT Logistics" şirkətinin istifadəyə buraxmağa hazırlaşdığı 50-dən artıq yeni çoxtemperaturlu yük avtomobili mərkəzi yollarda gedilən məsafəni azaldacaq.
Bu nəqliyyat vasitələrinə keçid aylıq qət edilən məsafəyə 128 min 741 kilometr qənaət edəcək. Şirkətlər qrupu buna müxtəlif temperaturlarda daşınma tələb edən ərzaq məhsullarını eyni avtomobildə daşımaq imkanı qazanmaqla nail olacaq.
Belə ki, şirkətlər qrupuna daxil olan "OBA", "Araz" mağazaları, həmçinin "Veysəloğlu Distribusiya" müştərilərinin sifarişlərinin daşınması üçün bir nöqtəyə gün ərzində hərəkət edən maşınların sayı müvafiq olaraq, 3, 2 və 1 ədəd azalacaq.
Veysəloğlu Şirkətlər Qrupu bu yenilik nəticəsində atmosferə buraxılan karbon emissiyasını ayda 290 min kq, ildə isə 3,5 milyon kq azaltmağa müyəssər olacaq.
Logistika Mərkəzi dövriyyəsində olan 90 nəqliyyat vasitəsinin fəaliyyətini dayandırıb və yeni çox temperaturlu avtomobillərlə əvəz edilir.
Qeyd edək ki, "AVT Logistics" avtomobilləri hər gün 64 min kilometr yol qət edərək Azərbaycanın 4 min 500 nöqtəsində müştərilərə mal çatdırır.

EIB "Bank Respublika" və "AccessBank"ın birləşməsi ilə əldə etdiyi kompensasiyanın detallarını açıqlayıb
Azərbaycanda yerli və xarici MMC-lərin elektron qeydiyyatı pulsuz olacaq
BOKT-un mənfəəti 5 dəfəyə yaxın artıb - Kredit portfeli 15,7 milyon manata çatıb
"PAŞA Həyat"ın ödənişləri 548 milyon manatı keçib, xalis mənfəəti artıb
"PAŞA Sığorta"da yığımlar artaraq 309 milyon manata çatıb, ödənişləri isə 131 milyon manata yaxınlaşıb
"A-Qroup"un mənfəəti 34% artıb, sığorta ödənişləri azalıb
"Xalq Həyat"ın mənfəəti artıb, sığorta ödənişləri azalıb
"İpək Yolu Sığorta"nın yığımları 75%, mənfəəti 53% artıb
Dövlət şirkətinin əmlak satışlarının müsabiqə vaxtı uzadıldı
ING: Azərbaycan Mərkəzi Bankı 2027-ci ildə uçot dərəcəsini sabit saxlayacaq
Kriptovalyuta nədir və necə alınır?
Yatırım olmadan necə biznes qurmaq olar?
Digital Card nədir?
Ən çox gəlir gətirən onlayn bizneslər
Elon Musk kimdir?