Vyetnamlı qaçqın Devid Tran acı sous sayəsində necə milyarder oldu?

Vyetnamlı qaçqın Devid Tran acı sous sayəsində necə milyarder oldu?Los-Ancelesə gəldikdən 45 il sonra Devid Tran şriraça sousunun istehsalını çox milyardlıq biznesə çevirdi. "NPD Group" tədqiqat şirkətinin məlumatına görə, xoruz loqosu və yaşıl qapağı ilə tanınan butulkalar ABŞ-ın demək olar ki, on mətbəxindən birində tapıla bilərdi. Bu gün "Huy Fong Foods"un istehsal etdiyi şriraça 1.5 milyard dollar gəlirlə ABŞ-ın acı sous bazarında üçüncü yeri tutur.
1978-ci ilin dekabrında 33 yaşlı Devid Tran 100 unsiya qızılı götürərək, Vyetnamdakı evini tərk edir. O, o vaxt 20 min dollar, bu gün isə təxminən 90 min dollar dəyərində olan qiymətli metal Vyetnam kommunist hakimiyyətinin diqqətindən yayınmaq üçün qatılaşdırılmış süd qutularında gizlətdi. Tran yük maşını ilə Honkonqa gedir və səkkiz ay müddətində qaçqın düşərgəsində qalır. Altı ay sonra gənc sahibkar nəhayət Los-Ancelesdə məskunlaşır.
Los-Ancelesə gələrək Tran qızılın bir hissəsini satır və 2500 kv. fut sahəsində bina alır. O, acı sous istehsal etmək məqsədilə "Huy Foods" şirkətini qurur. Qeyd edək ki, "Huy Fond Foods"un adı Tranın Vyetnamdan minib qaçdığı "Huey Fong" qayığı ilə əlaqəlidir.
40 il sonra şriraça sousunu Amerikanın "Survivor" realiti-şousunda, Beynəlxalq Kosmik Stansiyada və dünyada saysız-hesabsız insanların yemək masalarında görmək olardı. "NPD Group" tədqiqat şirkətinin məlumatına görə, xoruz loqosu və yaşıl qapağı ilə tanınan butulkaları ABŞ-ın demək olar ki, on mətbəxindən birində tapmaq olardı. "Huy Fond Foods"un istehsal etdiyi şriraça 1868-ci ildən "McIlhenny" ailəsinə məxsus olan "McIlhenny"s Tabasco" və "McCormick & Co" ədviyyat şirkətinin istehsal etdiyi "Frank"s RedHot"dan sonra 1.5 milyard dollar gəlirlə ABŞ-ın üçüncü ən məşhur acı sousu idi.
"IBISWorld" tədqiqat şirkətinə görə, 2020-ci ildə "Huy Fong Foods" proqnozlaşdırılan 131 milyon dollarlıq satışları aşaraq 1 milyard dollar göstəricisinə çatmışdı. Bu, 77 yaşlı Tranı ölkənin yeganə acı sous milyarderinə çevirmişdi. Son illərdə "Huy Fong Foods"un bəzi rəqibləri ələ keçirilsə də, Tran şirkəti satmaq niyyətində deyil. O, biznesini iki övladına – 47 yaşlı Uilyam və 41 yaşlı Yassiyə verməyi planlayır.
"Huy Fond Foods"un şriraçası çox populyarlaşdı, baxmayaraq ki, 1980-ci illərin əvvəllərindən bəri şirkət reklam üçün bir qəpik də xərcləmədi, topdansatış qiymətlərini də qaldırmadı.
Uğur Tranı dəyişmədi. "Mən keyfiyyətli məhsul istehsal etməyə davam etmək istəyirəm, məsələn, daha acı sous hazırlamaq… və qazanc əldə etməyi düşünmürəm", – sahibkar deyir.
Vyetnamlı qaçqın Devid Tran acı sous sayəsində necə milyarder oldu?Tran uğura qədər uzun bir yol keçib. O, 1945-ci ildə Vyetnamın Şokçanq əyalətində anadan olub. O vaxtlar ölkə hələ Fransanın müstəmləkəçiliyi altında idi. Tranın həyat hekayəsinə görə, onun atası tacir, anası isə evdar qadın idi.
16 yaşında ikən ibtidai məktəb təhsilli Tran kimyəvi maddələr satışı ilə məşğul olan mağazada işləmək üçün böyük qardaşının ardınca Sayqona köçür. Daha sonra məktəb təhsilini davam etdirmək üçün Şokçanqa geri qayıdır və hərbi xidmətə yollanır.
"Başqa seçimim yox idi. Gecə vaxtı polis qapımı döydü", – Tran xatırlayır.
Tran heç vaxt döyüşlərdə iştirak etmirdi. O, əsasən aşpaz kimi işləyirdi və 1975-ci ildə hərbi xidmətini başa vurdu. Bir neçə ay əvvəl Tran indiki həyat yoldaşı Ada ilə evləndi. Hərbi xidmətini başa vurduqdan sonra böyük qardaşı ilə birlikdə Sayqonun şimal-şərqindəki mülkündə çili yetişdirməyə başladı. Məhz o dövrdə o, acı sous sənayesinə daxil oldu. Belə ki, Tran bazardakı digər sousların kifayət qədər acı və parlaq dadlı olmadığını gördü. Buna görə də o, kimya sahəsində əldə etdiyi biliklərindən istifadə edərək, uzun müddət təzə və ədviyyatlı qalacaq bir sous yaratmaq üçün bibər yetişdirməyə qərar verdi.
"Mən kütləvi istehsal haqqında düşünməyə başladım, çünki çilinin qiyməti gah qalxırdı, gah da enirdi. Əgər sousu hazırlayıb təzə qalmağını təmin eləsəm, qiymətlər isə aşağı olsa.. Qiymətlər bahalaşanda biz qiymətlərimizi eyni saxlayacağıq. Beləliklə, bizə tələb artmış olacaq", – biznes strategiyasına izah gətirən Tran deyir.
Tran, böyük qardaşı və qayınatası evdə acı sous hazırlayaraq, onu ABŞ əsgərlərinin qoyub getdiyi "Gerber" uşaq qidası qablarına tökdülər. Lakin 1978-ci ilə qədər kommunist hökuməti çinli vyetnamlıları ölkəni tərk etməyə məcbur etdi. Buna görə Tran və ailəsi hər şeyi ataraq Honkonqa gedən yük gəmisinə mindilər. 1980-ci ilin yanvarında Tran, həyat yoldaşı və oğlu Kaliforniyada çilinin tapıla biləcəyini düşünərək, qismən Kaliforniyaya köçdü. Tran yerli bazarlardan bibər aldı və 1980-ci ilin fevralında "Huy Fong Foods"u qeydiyyatdan keçirtdi, loqo kimi xoruzu seçdi (Çin təqviminə əsasən Xoruz ilində anadan olduğu üçün).
Bundan sonra Tran mavi "Chevrolet" furqonundan şriraça satmağa başladı. 1987-ci ilə qədər tələb o qədər artmışdı ki, o, "Huy Fond Foods"u Los-Anceles qraflığının şərqindəki Rouzmid şəhərində köçürtdü.
2010-cu ildə "Huy Fond Foods" indiki 650 min kv fut təşkil edən ofisinə keçdi. Lakin sürətli böyümə ilə yanaşı, yeni problemlər də ortaya çıxdı: 2013-cü ildə İrvindeyl şəhəri "Huy Fond Foods"u şirkətin fabrikindən gələn bibər qoxusuna görə məhkəməyə verdi və bunu "asayişin pozulması" adlandırdı. Məsələ böyüdü və Texasın senatoru Ted Kruz şirkəti "Qızıl ştat"dan ayrılmağa çağırdı.
Adətən mətbuatdan qaçan Tran bütün bunlara sərt cavab verdi. "Tranı bu qədər maraqlı edən şeylərdən biri onun hekayəsini danışmaq istəməməsidir. Onu maraqlandıran yeganə şey biznesini dürüstlüklə idarə etməyə davam etməkdir", – deyə 2013-cü ildə şriraça haqqında sənədli film çəkən rejissor Qriffin Hemmond söyləyir.
Digər problem 2017-ci ildə "Huy Fong Foods"un 1988-ci ildən bəri eksklüziv çili tədarükçüsü olan "Underwood Ranches" ilə münasibətləri pozulduqda ortaya çıxdı və bu, məhkəmə çəkişmələrinə səbəb oldu. Hüquq mübarizəsi 2021-ci ilə qədər davam etdi, Kaliforniya apelyasiya məhkəməsi "Huy Fong"u "Underwood"a 23 milyon dollar təzminat ödəməyə məcbur etdi.
Bundan sonra, deyəsən, qıtlıq sona çatır və "Huy Foods" saatda 18 min butulka şriraça istehsal etmək kimi adi tempinə qayıdır. Lakin şriraça şirkətin yeganə məhsulu deyil, o, həm də daha iki isti sous hazırlayır: yalnız çili, duz və sirkədən istifadə edildiyi sarımsaqlı sous.
Tran 1980-cı ildə ilk dəfə satışlara başladıqdan bəri şriraçanı eyni reseplə hazırlamağa davam edir: çili, şəkər, duz və sirkə. Bu, "Huy Fong Foods"u kiçik startapdan milyard dollarlıq biznesə aparan uğur resepti olmuşdur. / banker.az

Maraqlı     Tarix: 14 fevral 2023

Oxşar xəbərlər

Apple tarixində ilk qatlanan iPhone-u təqdim etdi — iPhone Duo

Apple ilk qatlanan iPhone-un yeni detallarını açıqladı. Apple ilk qatlanan smartfonu iPhone Duo-nun yeni texniki xüsusiyyətlərini açıqlayıb. iPhone Duo qapalı vəziyyətdə 5,4 düymlük xarici ekrana malikdir. Telefon açıldıqd

Etimad böhranı və 40 trilyon dollarlıq borc: dünya iqtisadiyyatı niyə ABŞ-dən uzaqlaşır?

Amerikanın qlobal iqtisadi sabitliyin dayağı kimi mövqeyi əvvəlki qədər möhkəm görünmür. Tramp administrasiyası artan dövlət borcu ilə üzləşir və sanksiyalardan xarici siyasət aləti kimi daha fəal istifadə edir. Müəllif

Formula 1 yarışlarının keçiriləcəyi vaxt bəzi məktəblərdə tədris onlayn təşkil olunacaq

2026-ci ildə Formula 1 Azərbaycan Qran-prisi dövründə yarışların keçiriləcəyi ərazilərdə yerləşən ümumitəhsil müəssisələrində tədris onlayn təşkil olunacaq. Bu barədə Məktəbəqədər və Ümumi Təhsil üzrə Dövlət Agentliyində

Yaxşı rəhbər susmamalıdır: rəy bildirməyin 4 qaydası

Davranış psixologiyası üzrə ekspert Denni Kenni narazılığı içinizdə yığıb saxlamaq əvəzinə onu düzgün şəkildə ifadə etməyi və bunun üçün dörd qaydaya əməl etməyi tövsiyə edir. Lois bunu hələ mart ayında başa düşmüşdü. Onu

İqtisadi modellər niyə artıq işləmir?

Gələn ay 90 yaşı tamam olacaq nüfuzlu iqtisadçıdan nə öyrənmək olar?. Bu gün mərkəzi banklar tətbiq etdikləri tədbirlərin nə dərəcədə effektiv olduğunu anlamağa çalışarkən qaçılmaz sual ortaya çıxır: uğursuzluqların səbəb

Apple-dan tarixi təqdimat: İlk qatlanan iPhone Duo, iPhone 18 Pro, yeni Watch və AirPods modelləri təqdim edildi

Apple sentyabrın 9-da Kaliforniyanın Kupertino şəhərində yerləşən Apple Park-da "Surprise and shine" adlı illik məhsul təqdimatını keçirib. Tədbir həm şirkətin tarixində ilk qatlanan iPhone-un nümayişi, həm də sentyabrı

Çin əvvəllər Qərbin nəzarət etdiyi yüksək texnologiyalı bazarları necə ələ keçirir?

Dünyada turist obyekti kimi ziyarət edilə biləcək zavodların sayı çox deyil. Lakin Xiaomi-nin nəhəng "hiperzavodu"nda şirkət iki il əvvəl istehsal xətləri üzrə ekskursiyalar təşkil etməyə başlayandan bəri 300 mində

SpaceX-ə rəqib ilk dəfə orbitə çıxıb

Almaniyanın raket istehsalçısı "Isar Aerospace" həftəsonu ilk dəfə uğurla orbitə çatıb. xəbər verir ki, bu, Avropanın kommersiya kosmik sənayesi üçün mühüm mərhələ hesab olunur. Şirkət sürətlə artan tələbatı qarşılama

Süni intellekt bumu: bu texnologiya ABŞ iqtisadiyyatını necə yenidən formalaşdırır?

Süni intellekt ABŞ iqtisadiyyatının əsas hərəkətverici qüvvələrindən birinə çevrilib. Onun təsiri iri investisiya qərarlarından tutmuş iPhone kimi gündəlik istifadə olunan cihazların qiymətlərinə qədər demək olar ki, hə


iqtisadi xeberler avtomobil xeberleri biznes xeberleri online pul qazanmaq biznes ideyalari